Nəsimi rayon orta məktəblərində Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilmişdir
12 dekabr - xalqımızın Ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu öndər Heydər Əliyevin anım günüdür. Bu günlər Nəsimi rayonunun bütün təhsil ocaqlarında Ulu öndərin xatirəsi böyük ehtiram və hörmətlə yad edilir. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Həftə ərzində orta təhsil müəssisələrinin şagirdləri Fəxri xiyabana yollanaraq dahi şəxsiyyətin məzarını ziyarət etmişdilər. Həmçinin rayon məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil edilmişdir.
12 dekabr 2016-ci il tarixdə məktəblərdə “Böyük xilaskar” başlığı altında “Açıq dərs”lər keçirilmişd. Məktəblərdə Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən video çarxlar nümayiş etdirilmiş, dəyirmi masalar, konfranslar keçirilərək Ulu Öndərin Azərbaycan dövlətinə bəxş etdiyi töhvələrdən danışılıb, təqdimatlar edilmişdi. Tədbirlərdə bildirilmişdir ki, “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən dövrü Ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Keçirilən tədbirlər bir daha sübut etdi ki, dahilər ölməzdir, tarixdə qoyduqları izlər onları əbədi edir və Azərbaycan xalqı Heydər Əliyevi qəlbində daim yaşadır.