Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ildə uğur qazanmış Nəsimi rayon gənclərinin mükafatlandırılması keçirilmişdir

22 dekabr 2016 | 16:00

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda günü gündən artmaqdadır.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Bu gün Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının  gənclər arasında birgə keçirdiyi Unudulmaz  Lider və  Mənim Prezidentim layihələrinin yekununa həsr edilmiş  55 Adda - 55 Qalib tədbiri keçirilmişdir.  Tədbirə   ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.

Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının  Sədri,  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə yaradılmış əmin-amanlıq  şəraitində  Azərbaycan gəncləri çox saylı uğurlarla  yeni ilə və yeni hədəflərə doğru addımlayır. Gənclər dövlətimizin həyata keçirdiyi siyasəti  yüksək qiymətləndirməklə çalışırlar  ki. həyata  keçirilən bu  əzəmətli işlərdə yaxından  iştirak etsinlər.  Həqiqətən də   ölkəmizdə qazanılmış uğurlarla Azərbaycan  gəncləri fəxr edirlər. Azərbaycan  gəncləri başa düşürlər ki,  ölkəmizdə əldə olunan hər bir uğur gənclərin gələcəyi naminədir. 

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı  da tədbirdə çıxış edərək ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gənclərimizi  qazandıqları uğurlar münasibəti  ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər  arzulamışdır.

Həmçinin tədbirdə ilin yekunlarına və layihələrdə fəal iştirakına gorə gənclər arasında  55 nominasiya üzrə  keçirilən müsabiqələrdə iştirak edən gənclərdən 55 qalibə mükafat təqdim edilmişdi. Tədbirdə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tərəfindən hazırlanmış  “Gənclər öz Liderini  təbrik edir” video filminin“Ulu Öndər Nişanəsi”  mahnısının  təqdimatı da keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ən fəal gəncləri xüsusi hazırlanmış lövhədə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə öz səmimi təbriklərini də  yazmışdırlar.

Azərbaycan Velosiped Federasiyası tətəfindən velosipedçilərin  yürüşü  təşkil edilmiş və qızlardan ibarət komandanın yarışı keçirilmişdir. Yarışda qalib gələn velosipedçi qızlar tədbirdə mükafatlandırılmışdırlar.

Tədbirdə iştirak edən gənclər   gənclərə olan etimada,  qayğıya  və verilən dəyərə görə cənab Prezidentə    təşəkkürlərini  bildirmişdilər.   Göstərilən diqqətin  onları  daha çox  məsuliyyətli etməyə  sövq etdiyini  və gənclərin  bu etimadı  fəaliyyətləri ilə hər zaman doğruldacaqlarını bildirmişdilər.

Tədbirdə Ombudsman Elmira Süleymanova,  Milli Məclisin üzvləri -  Ziyad Səmədzadə,Sahibə Qafarova, Şahin İsmayılov və digər rəsmilər iştirak edirdilər.

Tədbir  bədii proqramla yekunlaşmışdır. 

Keçidlər