Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral – Azərbaycan Gənclər Günü” münasibətilə tədbir

03 fevral 2013 | 16:00

“2 Fevral – Azərbaycan Gənclər Günü” münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Niaqara restoranında rayon gəncləri üçün bayram tədbiri təşkil edilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, millət vəkilləri, icra hakimiyyətinin nümayəndələri, universitet tələbələri, rayonun fəal və qabaqcıl gəncləri iştirak etmişlər. Tədbirdə gənclər üçün təşkilatçılar tərəfindən ziyafət təşkil olunmuş, klassik, caz və milli musiqi nümunələri səslənmiş, sual-cavab formasında maraqlı viktorina keçirilmiş, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək Azərbaycanda gənclərə olan dövlət qayğısından, gənclər gününün yaranmasından söz açmış, onun əhəmiyyətini dilə gətirmiş, dövlət qulluğunda gənclərə xüsusi yer verilməsini və son bir ildə təkcə Nəsimi rayon İcra Hakimiyyətində 10-a yaxın gəncin işlə təmin olunmasını vurğulamışdır. Sonra o, təhsildə, idmanda və rayonun ictimai həyatında fəallıq göstərmiş bir qrup gəncə RİH-nin “Fəxri Fərman”larını təqdim etmişdir.
Tədbirdə iştirak edən Nəsimi rayonundan seçilmiş millət vəkilləri Ziyad Səmədzadə, Asim Mollazadə, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək gəncləri bayram münasibətilə təbrik etmişlər. Tədbir musiqi sədaları və rəqs nömrələri ilə davam etdirilmişdir.
 

Keçidlər