Nəsimi rayonunda Bakı Dövlət Sirkində uşaqlar üçün bayram tədbiri təşkil edildi
Ümummilli lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün keçirilən silsilə mədəni kütləvi tədbirlər davam edir. Həmçinin rayon ərazisində yaradılan Abad həyətlərdə uşaqların istirahəti üçün əyləncəli uşaq qurğuları quraşdırılır.
Tədbirlərin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən, həmçinin 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər olmaqla, ümumilikdə - 500 nəfər məktəblinin Bakı Dövlət Sirkində bayram tədbiri təşkil edilmişdir. Bayram tədbirində “Hindistan fili və dostları” proqramından əvvəl Şaxta baba və Qar qız Yeni il yolkası ətrafinda uşaqlarla görüşmüş, onlarla söhbət edərək rayon İcra hakimiyyəti tərəfindən hazırlanmış bayram hədiyyələrini təqdim etdilər.
Bayram tədbiri uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.