Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları verilib

29 dekabr 2016 | 16:00

Heydər Əliyev Fondu tərəfindən respublikamızın hər yerində olduğu kimi aztəminatlı ailələrin təbrik edilməsi tədbirləri çərçivəsində dekabr ayının 28-də Nəsimi rayonunda  aztəminatlı ailələrdən olan 400 nəfərin  iştirakı ilə təntənəli bayram tədbiri keçirilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən ictimai təşkilatların – Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsi, Vətən müharibəsi veteranları Birliyinin Nəsimi rayon şöbəsi, Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon bölməsi, Gözdən Əlillər Cəmiyyətinin Nəsimi rayon şöbəsi, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Nəsimi rayon filialı, Əlillər Cəmiyyəti Nəsimi rayon şöbəsi, 20 Yanvar Cəmiyyəti Nəsimi rayon şöbəsi, Nəsimi rayon Veteranlar Şurası, Nəsimi rayonunun Rus İcması, “Sodrujestvo” Cəmiyyətinin Nəsimi rayon şöbəsinin üzvlərinin, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrin bayram münasibətilə  təbrik edilməsinə həsr edilmiş bu tədbirdə iştirak edənləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

O, Nəsimi rayonunda təşkil olunan bu tədbirin rayon əhalisinin sosial müdafiəsi baxımından xüsusi əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Fondun təşəbbüsü ilə Nəsimi rayonunda bir sıra sosial layihələr həyata keçirilmişdir ki, bu da Möhtərəm Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin tərkib hissəsidir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində həyata keçirilən bu tədbir Heydər Əliyev Fondu tərəfindən rayon vətəndaşlarına bir bayram hədiyyəsi olmaqla yanaşı, həmdə tədbir iştirakçılarını bayram süfrəsi arxasında həmrəy olmağa səsləyən rəmzi məna daşıyır.

Rayon ictimaiyyəti adından ağsaqqal İmamverdi Həmidov çıxış edərək qeyd etdi ki, Heydər Əliyev Fondu tərəfindən rayon vətəndaşlarına bir bayram töhfəsi olmaqla keçirilən bu tədbir aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin bütün güşələrində  olduğu kimi Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda da görülən çoxsaylı işlər rayonumuzun sakinləri üçün böyük töhfədir. Çıxışının sonunda tədbir iştirakçıları adından aztəminatlı ailələrə bəxş etdiyi bu günə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

Sonra təbdir bayram süfrəsi arxasında davam etdirilib. Aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib. 

Keçidlər