Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2016-ci ilin yekunları üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə HESABATI
Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının
2016-cı il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə
H E S A B A T I
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan 2016-cı ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləmiş və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq inkişaf, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, balanslaşdırılmış xarici siyasət, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilmişdir.
Аzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Ölkə başçısı ötən ildə Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Möhtərəm Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox haqlı olaraq qeyd etdiyi kimi, 2016-cı ili təhlil edərkən regionda və dünyada gedən proseslər nəzərə alınmalıdır və Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib.
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə də davam edib. Belə bir şəraitdə neftin qiymətinin dünya bazarlarında üç dəfə ucuzlaşması nəticəsində bir çox ölkələr kimi Azərbaycanın da gəlirləri aşağı düşüb. Lakin ağır iqtisadi dövr olmasına rəğmən, Azərbaycan ötən il özünün iqtisadi dayanıqlılığını qoruyub saxlaya bilib. Ən əsası, ölkədə iqtisadi sabitlik təmin edilib. Ən mühümü isə ondan ibarətdir ki, yeni islahatlara başlamaqla iqtisadi azalmadan yeni inkişaf hədəflərinə doğru keçid təmin olunub. Nazirlər Kabinetinin iclasında cənab Prezident İlham Əliyev bu məsələyə toxunaraq böhranlı vəziyyətdən çıxış yolunun tapıldığını bəyan edib
İqtisadiyyatın inkişafı ilə bağlı 2016-cı ildə başlanan islahatlar doğrudan da düşünülmüş, çoxşaxəli və perspektivlidir. İl ərzində cənab Prezident İlham Əliyevin fərman və sərəncamları ilə qeyri-neft sektorunun inkişafı ölkənin ixrac imkanlarının artırılması, xüsusən valyuta axınına yol açan sahələrə diqqətin artırılması, bu məqsədlə sahibkarlığın və sərmayələrin təşviqi, yoxlamalar və lisenziyaların verilməsi ilə bağlı məsələlərdə kardinal dəyişikliklərin edilməsi istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar iqtisadi islahatların hüquqi tərəfini təmin edib və imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına Azərbaycan iqtisadiyyatı inkişaf etsin. Möhtərəb Prezident İlham Əliyevin dediyi kimi 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu baxımdan ötən ilin yekunları bu ilki uğurların başlanğıcıdır. 2016-cı ilin iqtisadi yekunları bununla bitmir. Belə ki, ötən il qeyri-neft sənaye istehsalının keçən ili 5 faiz artım, aqrar sahədə 2,6 faizlik artım baş verib ki, bu da olduqca mühüm uğurlu iqtisadi nəticədir.
Ölkə Başçısının sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olmasına, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb. “Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir” - deyən dövlət başçısı respublikanın dayanıqlı iqtisadi inkişafına yönələn bütün islahatlarda ilk növbədə, mühüm sosial proqramların icrasını, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin təmin edilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edib. Bu istiqamətdə təkcə 2016-cı ildə 30-dək fərman və sərəncamın imzalanması ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn əməkhaqları və pensiyaların, təqaüd və müavinətlərin növbəti dəfə artırılması ilə nəticələnib.
2016-cı ilin vacib hadisələri olaraq «Cənub» qaz dəhlizi və «Şahdəniz-2» layihəsi ilə bağlı bütün аddımlar atıldığı, TANAR layihəsinin böyük hissəsi icra edildiyi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması tədbirlərinin görüldüyü, İdmançılarımız RİO Olimpiadasında tarixi nailiyyətə imza atdığı qeyd edilmiş, tarixi əhəmiyyət kəsb edən Referendumun nəticələri xalqımızın iradəsini əks etdirdiyi vurğulanmışdır.
«Мultikulturalizm ili» çərçivəsində Bakıda keçirilən mötəbər tədbirlər sırasında Roma Papasının səfər Аzərbaycanın önəmini təsdiqləmişdir.
2017-ci ilin vəzifələrini müəyyənləşdirərək ölkə başçısı makroiqtisadi sabitliyin təmin olunması, inflyasiyanın birrəqəmli olması, bank sektorunun sağlamlaşdırılması, sənaye parklarının yaradılması, kənd təsərrüfatının, o cümlədən, əkinçilik və heyvandarlığın inkişafı – infrastrukturların yaradılması, hərbi potensialın gücləndirilməsi, еkoloji tədbirlərin görülməsi, ölkəyə turist axınının stimullaşdırılması, «АSAN xidmətin» coğrafıiasının və funksiyalarının genişləndirilməsi, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasını qeyd etmişdir.
2017-ci ildə Bakı bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyi, İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi qeyd olunaraq Möhtərəm Prezident 2017-ci ili Аzərbaycanda «İslam həmrəyliyi ili » еlan edilib.
Regionlarda bütün infrastrukturun yeniləşdirilməsi, istehsal müəssisələrinin, iş yerlərinin yaradılması, vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi rayonu ötən il uğurlara imza atıb. Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər görülür. Ötən ildə Nəsimi rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub. Rayonda sosial yönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsini yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, həm də turizmin inkişafına böyük imkanlar yaradır.
2016-cı ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində ölkə başçısı şəxsən iştirak etmişdir.
Azərbaycan Рespublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatında əlamətdar hadisə kimi tarixi əhəmiyyət kəsb etmişdir.
2016-cı il aprel ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin yeni bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.
Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub, fiziki imkanları məhdud insanların istifadəsi üçün lift quraşdırılıb.
“Memar Əcəmi” stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilmiş, tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılmışdır. Tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. Ümumi uzunluğu 168.5 metr olan “Memar Əcəmi” stansiyasında 3 çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də rayonun Səməd Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni salınmış istirahət parkında yaradılan şəraitlə tanış olmuşlar.
Ümumi ərazisi 10 min kvadratmetrə qədər olan yeni parkın salınmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmiş, parkın 5 min kvadratmetr ərazisində yaşıllıq zolağı salınmış, parkda, həmçinin müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılmışdır. Parkda istirahət üçün hər cür şərait yaradılmış, müasir tələblərə cavab verən iaşə obyektləri inşa edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr ayının 7-də rayonun şəhid Abdulla Rəhimov adına 247 saylı tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
1969-cu ildə inşa edilməsinə baxmayaraq əsaslı təmir olunmayan məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilmiş, təmir işləri ən yüksək səviyyədə icra olunmuşdur. Ümumi ərazisi 15.600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris bir növbəli olmaqla Azərbaycan və rus dillərində aparılır, şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və Fondun vitse-prezidenti xanım Leyla Əliyeva oktyabrın 6-da rayon ərazisində yeni salınan “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olmuşlar.
Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət parkı dünyanın məşhur şirkətinin dizaynı əsasında layihələndirilmiş, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olunmayan 1906-cı ildə inşa edilmiş Radio Mərkəzinin ərazisində salınmışdır. Təmir işləri yüksək keyfiyyətlə həyata keçirilmiş, əvvəllər Radio Mərkəzin binası kimi fəaliyyət göstərən tikili müasir memarlıqla uzlaşdırılmaqla yenidən qurulmuşdur.
Yeni salınan parkda Bakı sakinlərinin, şəhər qonaqlarının mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmış, uşaqlar üçün xüsusi istirahət guşəsi, müxtəlif attraksionlar quraşdırılmışdır. İstirahət məkanındakı yaradılmış meydança və fəvvarə ərazinin gözəlliyini daha da artırır. Parkda geniş yaşıllaşdırma işləri aparılmış, ərazidə mövcud olan çoxillik ağaclar saxlanılmış, 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 5-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Regional Data və Beynəlxalq Kommutasiya Mərkəzlərinin açılışında olmuşlar. İnzibati bina müasir standartlara uyğun şəkildə yenidən qurulmuş binanın yerləşdiyi ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını rəhbər tutaraq rayon icra hakimiyyəti öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmuşdur.
Respublikamızın hər yerində olduğu kimi Bakı şəhəri Nəsimi rayonunda da 2016-cı ildə davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bir sıra layihələr uğurla həyata keçirilmişdir.
2016-cı ilin yanvar - dekabr aylarında
rayonun sosial, iqtisadi inkişafının
makroiqtisadi göstəriciləri
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 516094.6 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.3 % coxdur.
Nəqliyyat. 2016-cı ilin yanvar- dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 348959.5 min manatlıq xidmətlər göstərilmişdir .
İnformasiya və rabitə. 2016-cı ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 113727.6 min manatlıq rabitə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63.6 % coxdur.
Tikinti. 2016-cı ilin yanvar- dekabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 1640106.1 min manat məbləğində investisiya yönəldilmişdir ki, da keçən ilin müvafiq dövrünə nisbətən 50.9 faiz çox olmuşur. İstifadə edilmiş vəsaitin 1274698.5 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 33.1 faiz çox olmuşdur.
Ticarət. 2016-cı ilin yanvar - dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 823550.2 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 108.1 faiz çox istehlak məhsulları satılmışdır.
Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 438689.0 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 9.2 faiz artaraq 563.4 manata çatmışdır.
Qeyd: Göstəricilər ilkin məlumatlar əsasında hesablanmışdır.
Rayonun əsas sosial –iqtisadi göstəricilərinin (2015 -2016-ci illər) dinamikası
Makroiqtisadi göstəricilər
|
2016-cı ilin yanvar- dekabr ayları faktiki, min manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi |
516094.6 |
*) 101.3 |
Nəqliyyat sektorunda xidmətlərin həcmi |
348959.5 |
90.5 |
İnformasiya və rabitə xidmətlərinin həcmi |
113727.6 |
163.6 |
Əsas kapitala yönəldilən investisiyalar |
1640106.1 |
150.9 |
Əsas kapitala yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işləri |
1274698.5 |
133.1 |
Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi |
912012.5 |
122.7 |
Pərakəndə ticarət dövriyyəsi |
823550.2 |
108.1 |
Əhaliyə göstərilən pullu xidmətlər |
438689.0 |
94.2 |
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat (yanvar-noyabr aylarında) |
563.4 |
109.2 |
*) Fiziki həcm indeksinə görə hesablanmışdır.
Rayonun əsas sosial –iqtisadi göstəricilərinin
(2015 -2016 illər) dinamikası
S ə n a y e
2016-cı ilin yanvar-dekabr aylarında rayonun sənayesində 516094.6 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3 faiz çoxdur. Sənaye istehsalının 24 faizi məhsul istehsalının, 76 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 182709.5 min manatlıq və ya ümumi istehsalın 35.4 faizi qədər, qeyri-dövlət sektorunda isə 333385.1 min manatlıq və ya ümumi istehsalın 64.6 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehlakçılara 629373.8 min manatlıq və ya bütün sənaye istehsalının 121.1 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2017-ci il yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 2765.2 min manat olmuşdur.
E M A L S Ə N A Y E S İ
Rayonda mühüm növ qida məhsulları əsasən özəl müəssisələr tərəfindən istehsal edilmiş və aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Məhsul növləri |
2016-cı ilin yanvar- dekabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2017-cı il vəziyyətinhazır məhsul ehtiyatı |
Qida məhsullarının istehsalı |
|||
|
|||
Buğda kəpəkləri, min ton |
26.5 |
120.0 |
- |
İçalatdan hazırlanmayan kolbasalar, ton |
1088.7 |
294.7 |
- |
Qatılaşdırılmış süd, ton |
1.5 |
5.9 |
- |
Tortlar və şirniyyat məmulatları ton |
14.4 |
104.9 |
- |
2016-cı ilin yanvar- dekabr aylarında mühüm
qida məhsullarının kecən ilin müvafiq dövrünə
nisbətən müqayisəsi (faizlə)
Tikinti məmulatlarının istehsalı müəssisələrində mühüm növ məhsulların buraxılışı aşağıdakı göstəricilərlə xarakterizə olunur.
Məhsul növləri |
2016-cı ilin yanvar- dekabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Beton, gips və sementdən məmulatların istehsalı |
|||
Təbii asvalt min ton |
67.5 |
86.0 |
- |
Tikinti kərpici min kub m |
37.7 |
75.1 |
- |
Tikinti gipsi min ton |
140.4 |
75.2 |
- |
Faktiki qiymətlərlə sənaye müəssisələrinin
göndərdikləri məhsulun həcmi
min manat
2016-cı ilin yanvar- dekabr aylarında göndərilmiş məhsulun həcmi |
O cümlədən özünün istehsalı olan məhsulun göndərilməsi |
629373.8 |
517220.5 |
Yanvar- dekabr aylarında istehlakçılara 629373.8 min manatlıq və ya bütün sənaye istehsalından 1.5 faiz cox məhsul göndərilmişdir.
İ n f o r m a s i y a və r a b i t ə İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 113727.6 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63.6 faiz xidmətlərin 97.4 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən gösdərilmişdir.
İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri
|
2016-cı ilin yanvar- dekabr aylarında, min manatla |
2015- ci ilin müvafiq dövründə, min manatla |
2016- cı ilin müvafiq dövrünə nisbətən, faizlə |
İnformasiya və rabitə üzrə göstərilmiş xidmətlərin həcmi faktiki qiymətlərlə |
113727.6 |
69508.9 |
163.6 |
2016-cı ilin yanvar- dekabr aylarında informasiya və rabitə müəssisələrində işcilərin orta siyahı sayı 1819 nəfər, orta aylıq əmək haqqı isə 1098.2 manat olmuşdur.
N ə q l i y y a t
2016-cı ilin yanvar - dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 348959.5 min manatlıq xidmətlər göstərilmişdir.
T i k i n t i
2016-cı ilin yanvar-dekabr aylarında rayonda bütün maliyyə mənbələri hesabına 44982.9 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
2016-cı ilin yanvar-dekabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1640106.1 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 50.9 faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 507093.3 min manat (31.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 1133012.8 min manat (69.0 faiz) sərmayə yönəltmişlər.
2016-cı ilin yanvar- dekabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların mülkiyyət formalarına görə bölgüsü
2016-cı ilin yanvar-dekabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 1274698.5 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 33.1 faiz çox olmuşdur.
Rayon üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin strukturu aşağıdakı kimi xarakterizə olunur:
2016-cı ilin yanvar-dekabr aylarında podratcı təşkilatların gördükləri işlərin həcmi 912012.5 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 22.7 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 881888.7 min manat (96.7 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 30133.1 min manat (3.3 faiz) olmuşdur.
2016-cı ilin yanvar- dekabr aylarında podrat təşkilatlarının öz gücləri ilə
yerinə yetirdikləri işlərin dəyəri
|
Cəmi min manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən faizlə |
Rayon üzrə cəmi
|
912012.5 |
122.7 |
2016-cı ilin yanvar-dekabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyalar və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi
|
Əsas kapitala yönəldilmiş investisiyalar
|
o cümlədən tikinti-quraşdırma işləri
|
||
|
Cəmi min manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | Cəmi min manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə. |
Rayon üzrə |
1640106.1 | 150.9 | 1274698.5 | 133.1 |
2016-cı ilin yanvar-noyabr aylarında
tikinti müəssisələrində işcilərin sayı
və orta aylıq əmək haqqı
|
Siyahı tərkibin- də olan işçilərin orta sayı (nəfərlə) |
Əvvəlki ilin müvafiq dovrünə nisbətən faizlə
|
Orta hesabla bir işciyə düşən orta aylıq əmək haqqı manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Rayon üzrə |
6960 |
106.2 |
1023.4 |
115.2 |
2016-cı ilin yanvar-dekabr aylarında tikintidə işçilərin orta siyahı sayı 6960 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.2 faiz çox olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1023.4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15.2 faiz çoxdur.
Əmtəə bazarı
2016-cı ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 823550.2 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 8.1 faiz çox əmtəə satılmışdır. Əmtəələrin 37.6 faizi hüquqi şəxslərin, 48.1 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 14.3 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.
2016-cı ilin yanvar-dekabr aylarında
pərakəndə ticarət dövriyyəsinin quruluşu
Pərakəndə ticarət dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 821902.5 min manatlıq və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox istehlak məhsulları satılmışdır.
Pərakəndə ticarət dövriyyəsinin mülkiyyət növləri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:
|
2016-cı ilin yanvar-dekabr ayları, min manat |
2016-cı ilin yanvar- dekabr ayları 2015-ci ilin yanvar-dekabr - aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi - cəmi |
823550.2 |
108.1 |
o cümlədən: dövlət bölməsi |
1647.7 |
69.7 |
qeyri-dövlət bölməsi |
821902.8 |
108.0 |
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 448885.2 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 374665.1 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 54.5 və 45.5 faiz təşkil etmişdir.
Hesabat dövründə pərakəndə ticarətin dövriyyəsinin göstəriciləri aşağıdakı kimi xarakterizə olunur:
|
2016-cı ilin yanvar-dekabr ayları, min manat |
2016-cı ilin yanvar- dekabr ayları 2015-ci ilin yanvar- dekabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi- cəmi |
823550.2 |
108.1 |
o cümlədən: hüquqi şəxslər |
207956.4 |
104.2 |
fiziki şəxslər |
615593.8 |
109.5 |
ondan: yarmarka və bazarlar |
78295.6 |
111.3 |
İaşə xidmətləri
2016-cı ilin yanvar- dekabr ayları ərzində əhaliyə 60478.1 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 2.4 % çox iaşə xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 8.2% hüquqi şəxs statuslu müəssisələrin, 91.8 % isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.
|
2016-cı ilin yanvar-dekabr ayları, min manat |
2016-cı ilin yanvar-dekabr ayları 2015-ci ilin yanvar- dekabr aylarına nisbətən, faizlə |
İaşə dövriyyəsinin həcmi - cəmi |
60478.1 |
102.4 |
o cümlədən: hüquqi şəxslər |
6567.1 |
124.3 |
hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar |
53911.0 |
100.2 |
Əhaliyə göstərilən pullu xidmətlər
2016-cı ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 faizi azalaraq 438689.0 min manat olmuşdur. Ümumi həcmin 72.5 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 318049.5 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş pullu xidmətlərin 4.2 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 408418.7 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Pullu xidmətlərin həcmi aşağıdakı məlumatlarla səciyyələnir:
|
2016-cı ilin yanvar-dekabr ayları,min manat |
2016-cı ilin yanvar - dekabr ayları 2015-cü ilin yanvar-dekabr aylarına nisbətən, faizlə |
Pullu xidmətlərin ümumi həcmi-cəmi |
438689.0 |
94.2 |
o cümlədən: hüquqi şəxslər üzrə |
318049.5 |
84.6 |
hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə |
120639.5 |
130.4 |
İşcilərin sayı və əmək haqqı
2016-cı ilin yanvar-noyabr aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz artaraq 149330 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 9.2 faiz artaraq 563.4 manat olmuşdur.
Cari ilin yanvar- noyabr ayları üzrə işçilərin orta sayı və orta aylıq nominal əmək haqqı səviyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməsi rayon üzrə aşağıdakı kimi xarakterizə olunur.
|
İşçilərin orta sayı-cəmi (nəfərlə) |
Orta aylıq əmək haqqı (manat) |
||
|
2016-cı ilin yanvar-noyabr aylarında |
2015-ci ilin yanvar-noyabr aylarında |
2016-cı ilin yanvar-noyabr aylarında |
2015-ci ilin yanvar-noyabr aylarında |
Rayon üzrə |
149330 |
145830 |
563.4 |
515.9 |
İşçi sayının mülkiyyət növünə görə xüsusi çəkisi (faizlə)
Rayon üzrə muzdla işləyənlərin sayı dövlət mülkiyyətində qeyri-dövlət mülkiyyətinə nisbətdə 2.3 dəfə cox olsa , onlara hesablanmış əmək haqqı fondu qeyri dövlət mülkiyyətində 1.5% çox olmuşdur. Bir nəfərə orta aylıq əmək haqqı cari ilin11 ayında rayon üzrə 563.4 manat o cümlədən dövlət mülkiyyətində 421.6 manat, qeyri-dövlət mülkiyyətində isə 887.9 manat təşkil etmişdir.
2016-cı ilin IV rübündə yeni açılmış iş yerləri
2016-cı ilin IV rübündə 684 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.
2016-cı ilin IV rübündə yeni açılmış iş yerləri aşağıdakı kimidir:
Yeni açılmış iş yerlərinin sayı |
O cümlədən |
||||
Yeni yara-dılmış müəssisə və təşkilatlarda |
Mövcud müəssisə və təşkilatlarda |
Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda |
Fiziki şəxslərdə |
Digər tədbirlər üzrə |
|
684 |
73 |
3 |
- |
608 |
- |
Yeni acılmış iş yerlərinin sayı (01 oktyabr 2003- 01 yanvar 2017-ci il)
Yekun |
2003-cü il IV rüb 2009-cu il |
2010-cu il |
2011-ci il |
||||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
37973 |
37943 |
17633 |
17603 |
1397 |
1397 |
2034 |
2034 |
Cədvəlin davamı
2012-ci il |
2013-cü il |
2014-cü il |
2015-ci il
|
2016-ci il |
|||||
cəmi |
ondan daimi |
ondan daimi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
3366 |
3366 |
2634 |
2634 |
3133 |
3133 |
3247 |
3247 |
4529 |
4529 |
Demoqrafik vəziyyət
2017-cı il yanvarın 1-i vəziyyətinə rayonun əhalisi 219.8 min nəfər olmuşdur. Ərazisi 0,01 min kv. km, əhalinin sıxlığı 1 kv km-ə 21980 nəfərdir.
2015-ci və 2016-cı illərin yanvar- dekabr aylarında əhalinin təbii hərəkətinin göstəriciləri aşağıdakı kimi olmuşdur:
|
yanvar- dekabr aylarında |
|||
Göstəricilər |
nəfər |
əhalinin hər 1000 nəfərinə |
||
|
2016-ci il |
2015-cı il |
2016-cı il |
2015-cı il |
Doğulanlar |
2067 |
2044 |
9.9 |
9.4 |
Ölənlər |
1046 |
1016 |
4.8 |
4.7 |
Təbii artım |
1021 |
1028 |
4.7 |
4.7 |
Nikahlar |
1026 |
1151 |
4.7 |
5.2 |
Boşanmalar |
398 |
418 |
1.8 |
1.9 |
2016-cı ilin yanvar- dekabr aylarında rayonda 2067 nəfərin doğumu və 1046 nəfərin ölümü qeydə alınmışdır. Cari ildə 2015-сi ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 9.4-dən 9.9-a qalxmış, ölənlərin sayı eyni səviyyədə qalmış, təbii artım 4.7-dən 4.8-ə qalxmışdır.
Rayonda 2016-cı ilin yanvar- dekabr aylarında 1026 nikah və 398 bosanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5.2-dan 4.7-ə, boşanmaların sayı 1.9-dan 1.8-ə enmişdir.
2016-cı ilin yanvar-dekabr aylarında doğum, ölüm, nigah və boşanmalar
haqqında məlumat
İllər |
Doğum |
Ölüm |
Nigah |
Boşanma |
Təbii artım |
2016 |
2067 |
1046 |
1026 |
398 |
1021 |
2015 |
1983 |
1086 |
1244 |
418 |
897 |
2016-cı və 2015-ci ilin yanvar- dekabr aylarında əhalinin təbii hərəkəti
2016-cı ilin yanvar dekabr aylarında
əhalinin şəhərlər arasında yerdəyişməsi
|
Gələnlərin sayı |
Gedənlərin sayı |
|
Yanvar – dekabr |
Yanvar- dekabr |
2016-cı ldə |
351 |
- |
2015-ci ildə |
443 |
- |
2016-cı ilin yanvar dekabr aylarında pasport xidmətləri tərəfindən daimi yaşamaq üçün rayona gələn 351 nəfər qeydə alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır. Rayonun yerli icra hakimiyyəti strukturlarının, o cümlədən Məşğulluq Mərkəzinin, Sosial Müdafiə Fondunun, Sosial Müdafiə Mərkəzinin rayon şöbələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri qərərgahın tərkibinə daxil edilmiş, qaynar xətt xidməti təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir.
Görülmüş tədbirlər nəticəsində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində 250, digər dövlət qurumları üzrə 460, özəl qurumlar üzrə 60 iş yeri açılmış və ümumilikdə 770 nəfər işə götürülmüşdür. Rayonun mikrorayonları ərazisində 7 çoxmənzilli yaşayış binasının təmiri ilə bağlı 238 nəfər iş ilə təmin olunmuşdur.
Bir sıra səbəblərdən istehsalın dayandırılması və ixtisarların aparılması hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
“Bakı Tikiş Evi” ASC-nın, “Moskva” ATSC-də, “ANİMA-MMC” MTK, “Kontinental-M” MTK, “ETO HOUSE” MTK-larda yaranmış mübahisəli vəziyyət aradan qaldırılmış 1800-ə qədər nəfər işçinin işdə qalması təmin olunmuşdur.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə rayon İcra Hakimiyyətinə əlavə səlahiyyətlərin verilməsi təklifləri ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı imzalanmışdır. Keçən dövr ərzində həmin qərarın icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Azərbaycan Respublikası mülki mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən XIX əsrin sonları və ötən əsrin əvvələrində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının və digər qeyri-yaşayış, sosial təyinatlı obyektlərin sökülərək yenidən qurulması istiqamətində işlərin təşkili üçün 2016-cı il ərzində rayon üzrə ərazilərə baxış keçirilmiş, sahibkarların prosesə cəlb olunması və layihələrin müzakirəsi işləri aparılmışdır. Bir sıra ünvanlar üzrə tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədləri və binaların layihəsi hazırlanmışdır.
Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması üçün hazırlıq işləri aparılmışdır. İl ərzində 30-dan çox təklifə baxılmış, 12 ünvanla bağlı layihə sənədləşmələri hazırlanaraq müvafiq qaydada razılaşdırılmış, 3 ünvanla bağlı köçürmə-söküntü işlərinə başlanmışdır. Ölkə başçısının bu istiqamətdə verilmiş tapşırığının icrası daim nəzarətdə saxlanılır.
2016-cı il ərzində “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.
Proqramda qaz, elektirik enerjisi, istilik və su təchizatı, kanalizasiya, abadlıq və yaşıllaşdırma, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, gənclər və idman məsələləri üzrə bəndlər tam icra olunmuş, təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə bəndlər qismən həll olunmuşdur.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə 29 dekabr 2015-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 225 saylı Sərəncamı ilə “2016-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.
“Ərazi Məşğulluq Proqramı”na əsasən 2016-cı il ərzində Məşğulluq Mərkəzinə 3000 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə 3733 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 2266 nəfər olmuşdur.
Hesabat dövrü ərzində Mərkəzə müraciət edən 3733 nəfərdən, yəni Mərkəzdə əvvəllər qeydiyyatda duranlardan, dəvət edilənlərdən və təkrar müraciət edənlərdən boş iş yerlərinə əsasən müəssisə və təşkilatlara göndərilən 1116 nəfəri oradakı əmək haqqının aşağı olması və digər səbəblərdən təklif olunan işdən imtina etmişdirlər.
“Ərazi Məşğulluq Proqramı”na əsasən hesabat dövrü ərzində müraciət edənlərdən 800 nəfərin daimi işlə təmin edilməsi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 1469 nəfəri daimi işlə təmin edilmişdir ki, bu da proqramda nəzərdə tutulduğundan 669 nəfər çoxdur. İşə düzələnlərdən 1143 nəfəri fəhlə peşələrindən, xidmət sahələrindən olanlar, 326 nəfəri mühəndis-texniki işçilərdən olmuşdurlar. Məşğulluq Mərkəzinə müraciət edənlərin 1112 nəfər isə təklif olunmuş iş yerlərində əmək haqqı aşağı olması səbəbindən işdən imtina etmişdirsə, digər bir hissəsinə isə heç bir münasib iş təklif etmək mümkün olmamışdır. Bunun səbəbi bir tərəfdən işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun ixtisas və peşələrinin olmamasıdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab R.Mehdiyevin yanında 29 yanvar 2016-cı il tarixdə keçirilən müşavirənin nəticəsi olaraq bir çox işəgötürənlər Məşğulluq Xidmətinə 3143 boş iş yeri vermişdir.
Peşə hazırlığı işinin səmərəliliyinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının ən vacib məsələlərdən biri olmasını nəzərə alıb işəgötürənlərin real tələbləri nəzərə alınaraq hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 200 nəfərin peşə təlimi kurslarına cəlb ediləcəyi proqnozlaşdırılsa da bu dövr ərzində 144 nəfər 5 ixtisas üzrə (kompyuter istifadəçisi, qənnadçı, dərzi, mebel quraşdırıcısı, aşpaz) kursa cəlb edilmişdir.
İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə 210 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə xüsusi diqqət göstərilmişdir.
Hesabat dövrü ərzində Məşğulluq Mərkəzi tərəfindən 41 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 4 nəfər qaçqın və məcburi köçkünə isə işsizliyə görə müavinət ödənilmiş, 6 nəfər isə peşə təlimi kurslarına cəlb edilmişdir.
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Prezidentinin Fərmanını rəhbər tutaraq gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması qarşıda duran başlıca vəzifələrdən biri olmuşdur.
2016-cı il ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanlardan 65%, peşə kurslarına cəlb olunanların 75%, işsizlik müavinəti alanların 15.0% gənclər olmuşdur.
Başlıca istiqamətlərindən biri də qadınların işlə təmin olunmasına, onların əmək bazarında rəqabətə davamlı olmasına əməli köməklik göstərilməsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutaraq hesabat dövründə qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verilmişdir.
Belə ki, 2016-cı il ərzində münasib işlə təmin olunanların 463 nəfəri və ya 32%, peşə hazırlığı kurslarına cəlb olunanların 39% və ya 48 nəfəri qadınlar olmuşlar. 157 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir ki, müavinət alanların 34,1 % -ni təşkil edir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərinə 2016-cı ilin hesabat dövrü ərzində 24 nəfər işlə təmin olunmuşdur ki, onlardan 15 nəfər əlil, 6 nəfər məcburi köçkün, 1 nəfər çox uşaqlı qadın, 1 nəfər yetkinlik yaşına şatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valideyinlər, 1 nəfər 20 yaşadək gənclər olmuşdur.
Hesabat dövrü ərzində “Ərazi məşğulluq proqramı”na əsasən 200 nəfərə işsizlik müavinəti verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 421 nəfərə işsizlik müavinəti verilmişdir. Müavinət alanlardan 132 nəfər qadın, 122 nəfəri minimum əmək haqqı məbləğində müavinət almışdır. Müavinət alanlardan 55 nəfəri sərbəstləşmə ilə, 363 nəfəri kadr axıcılığı ilə işini itirənlər, 3 nəfər hərbi xidmətdən tərxis edilənlərdir.
2016-cı il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 2016-cı il ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 24072 nəfər (5166 nəfəri işləyən, 18906 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16791 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5311 nəfər, аilə başçısını itirməyə görə əmək pensiyaçıları 1970 nəfər təşkil edir.
2016-cı ilin «Əmək pensiyasınınsığorta hissəsinin deksləşdirilməsi haqqında » Аzərbaycan Reaspublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli 1721 nömrəli Sərəncamına əsasən 01.01.2016-cı il tarixdən əmək pensiyalarının cığorta hissəsi ölkə üzrə ötən 2015-ci ilin istehlak qiymətlərinin filyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.
Ümumiyyətlə, 2016-cı il ərzində pensiyaların ödənilməsinə 69027,9 min manat, dəfn xərcinin ödənilməsinə 199,7 min manat, qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 235,3 min manat, fiziki şəxslərə 38,8 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 277,7 min manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 286,3 min manat vəsait xərclənmişdir.
Bundan başqa 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 71-ci il dönümü ilə əlaqədar «1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmi şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 30 аprel 2016-cı il tarixli Sərəncamının icrası məqsədilə 163,2 min manat vəsait ödənilmişdir.
2016-cı il ərzində Nəsimi rayonu üzrə 1082 ailənin 3945 ailə üzvü sosial yardımla təmin olunmuşdur. Hər bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 149.08 manat, hər bir ailə üzvünə düşən orta aylıq məbləğ isə 40.88 manat olmuşdur.
2016-cı ilin yanvar ayından ölkədə ehtiyac meyarının 105 manata çatdırılması rayonumuzda yoxsul ailələrə ünvanlanan yardımların məbləğinin artmasına səbəb olmuş, yardımların təyinatı qanunvericiliyin tələblərinə əsaslanan ünvanlılıq, şəffaflıq, bərabərlik, ədalətlilik prinsiplərinə uyğun tərzdə yerinə yetirilmiş və özündən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan hər bir ailə sosial yardım ilə təmin edilmişdir.
Keçən dövr ərzində sosial yardımın tətbiqində aztəminatlı qaçqın və məcburi köçkün ailələri də diqqətdən kənarda qalmamışdır. 2016-cı il ərzində 20 qaçqın və məcburi köçkün ailəsi sosial yardım ilə təmin olunmuşdur.
Eyni zamanda şöbə tərəfindən 280 nəfər tənha, ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərilmişdir. 12 ay ərzində 9 nəfər vəfat etdiyinə görə xidmətdən kənarlaşdırılmışdır. 14 nəfər bu müddət ərzində xidmətə götürülmüşdür.
Bundan əlavə 83 nəfər Naftalan sanatoriyasına, 38 nəfər Lənkəranda yerləşən “Palıdlı Sahil” sanatoriyasına, 22 nəfər Xaçmazda yerləşən “Əlincə” istirahət mərkəzinə, 15 nəfər Şəkidə yerləşən “Servis” istirahət mərkəzinə, 7 nəfər Kürdəmirdə yerləşən “Ulusu” sanatoriyasına, 10 nəfər isə Mərdəkanda yerləşən sanatoriyaya göndərilmişdir. 360 nəfər əlil “Əlillik vəsiqəsi” ilə təmin olunmuşdur.
Hal-hazırda DSMF-nin Nəsimi rayon şöbəsində 4585 nəfər sosial müavinət və təqaüd alan vətəndaş vardır ki, onların da ödənişləri hər ay vaxtında həyata keçirilir.
Hesabat dövründə əlilliyə görə cəmi - 1745 nəfər o cümlədən I qrup - 354 nəfər, II qrup - 830 nəfər, III qrup - 561 nəfər;
Ailə başçısını itirdiyinə görə - 298 nəfər
Yaşa görə –378 nəfər
18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə –561 nəfər
20 Yanvar şəhidi -10 ailə
Milli Qəhrəman - 16 ailə
Şəhid ailəsi kimi - 147 ailə
“Xalq” fəxri adına görə- 42 nəfər
“Əməkdar” fəxri adına görə - 282 nəfər
Müharibə əlili kimi - 314 nəfər, o cümlədən I qrup -34 nəfər, II qrup - 245 nəfər, III qrup -35nəfər
Müddətli hərbi xidmət qulluqçularının uşaqları - 1 nəfər
Müharibə əlilərinin uşaqları - 71 nəfər
Şəhid ailələrinin uşaqları - 1 nəfər
Çernobl əlillərinin uşaqları - 3 nəfər
Müharbə veteranı - 628 nəfər
BVM iştirakçısı - 22 nəfər
20 Yanvar əlili kimi - 38 nəfər, o cümlədən I qrup - 5 nəfər, II qrup - 25 nəfər, III qrup - 8 nəfər
1 yaşadək uşağı olan ailələrə - 10 nəfər
Yetim və valideyn himayəsindən mərhum olmuş uşaqların qəyyumlarına - 7 nəfər müavinət və təqaüd almışdır.
Bundan əlavə 586 nəfər uşağın anadan olmasına, 35 nəfər dəfn üçün, 188 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və 66 nəfər radiasiya qəzasının nəticəsində əlil olmuş vətəndaşlara müalicə üçün cəmiyyətə sosial adaptasiyası məqsədi ilə birdəfəlik müavinət təyin edilərək ödənilmişdir.
Azərsığorta Nəsimi rayon filialı sığorta haqlarının 2016-cı il ərzində müəyyən olunmuş tədiyyə tapşırıqlarının yerinə yetirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirləri nəticəsində sığortanın bütün növləri üzrə 2016-cı il ərzində 563931 manat tədiyyə toplanmışdır.
Belə ki, müəssisə əmlakının könüllü sığortası üzrə 300000 manat, fərdi qəza üzrə 112553 manat, səyahət sığortası üzrə 32 manat, nəqliyyat vasitələrinin tam sığortası üzrə 2180 manat, nəqliyyat vasitələrinin icbari sığortası üzrə 143836 manat, İpoteka sığortası üzrə 488 manat, daşınmaz əmlak sığortası üzrə 4832 manat, auditorun icbari sığortası üzrə 10 manat sığorta tədiyyəsi toplanmışdır. Beləliklə plan - 500000 manat olduğu halda, - 563931 manat artıq tədiyyə toplanmışdır.
Əhali arasında könüllü növlərinin təbliğini və reklamını təşkil etməklə sığortanın bütün növləri üzrə müəyyən edilmiş tədiyyə tapşırıqlarının yerinə yetirilməsi təmin еdilmişdir.
Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin vaxtında bərpa olunmasını və yeni müqavilələrin bağlanmasını təmin etməklə verilmiş tapşırıqlar yerinə yetirilmişdir.
Müəssisə əmlakının könüllü növ sığortası üzrə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmiş, bədbəxt hadisələrdən sığortanın səmərəliliyini nəzərə alıb, bu növ sığortanın daha da inkişaf etməsinə və müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinə nail olmuşlar.
8 saylı Xəzinədarlıq İdarəsi tərəfindən 2016-cı ildə dövlət büdcəsinin Nəsimi rayonu üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 5 milyon 256 min 269 manat vəsait proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 5 milyon 032 min 349 manat yəni 95.7% vəsait xərclənmişdir.
Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 979 min 909 manat təyinata qarşı 882 min 698 manat və ya 90.1%, sosial təminat xərcləri 632 manat təyinata qarşı 247 manat və ya 39.1%, kommunal təsərrüfatı xərcləri 4 milyon 87 min 7 manat təyinata qarşı 3 milyon 991 min 985 manat və ya 97.7%, əsas bölmələrə aid edilməyən xərclər üzrə 188 min 721 manat təyinata qarşı 157 min 419 manat və ya 83.4% icra olunmuşdur.
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2016-cı il ərzində rayon ərazisində yerləşən 5 saylı tam orta məktəbin ətrafında 1500 ağac, A.Məhərrəmov küçəsi, 20 Yanvar küçəsi boyunca 1500 ağac əkilmiş, Ü.Hacıbəyov küçəsi boyunca 2500 ədəd gül-çiçək, 600 kv.m qazon əkilmiş və onlara qulluq edilmişdir. Eyni zamanda Tbilisi prospekti 68 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Autist Uşaqların Reabilitasiyasına kömək İctimai Birliyinin binasının qarşısında 600 kv.m asfalt örtüyü vurulmuş, 20 Yanvar küçəsi 2/51 saylı, Moskva prospekti 92 və Asif Məhərrəmov küçəsi 47 saylı yaşayış binalarının fasadlarında əsaslı təmir işləri yerinə yetirilmiş, həyətləri abadlaşdırılmış, asfalt örtüyü vurulmuş, eləcə də həmin binaların qarşısındakı istirahət parkında əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılmış, ağaclar əkilmiş, yaşıllıqlara qulluq edilmişdir. A.Əliyev və Tbilisi prospektinin kəsişməsində 400 kv.m qazon döşənmiş, 200 ədəd ağac əkilmiş və ərazidə təmizlik-abadlıq işləri aparılmışdır.
R.Behbudov, Bakıxanov küçələrində və Vaqif prospektində ümumilikdə 300 ədəd işıq dirəkləri, eləcə də S.Vurğun küçəsi və Vaqif prospektinin kəsişdiyi ərazidə yerləşən ümumi səthi 800 kv.m olan dəmir hasar təmizlənərək, rənglənmişdir. T.Şevçenko bağında olan 10 ədəd oturacaq cari təmir olunmuş, abadlıq işləri aparılmışdır.
Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 70 ədəd konteyner alınmış, 130 ədəd konteynerin təkərləri yenisi ilə əvəz edilmiş, eyni zamanda 4 ünvanda yeni zibil meydançası tikilmiş, digərləri təmir olunaraq, ağardılmışdır. R.Behbudov küçəsi boyunca, Milli Bank və Kapitalbankın qarşısında ümumi səthi 120 kv.m olan dekorativ metal məhəccər-maneələr təmir olunaraq, rənglənmişdir.
Habelə, il ərzində MKTB-nin maşın-mexanizmlərindən istifadə olunmaqla Ak.M.Qaşqay, Sarabski və Ceyhun Hacıbəyli küçələrinin əhatə etdiyi ərazidən, Azərbaycan Neft Akademiyasının sökülmüş tələbə yataqxanalarının yerində olan zibil və tikinti qalıqlarının 300 kub.m. həmin ərazidən götürülmüşdür.
2016-cı il ərzində Cavadxan küçəsi 1, 58, 60, Moskva prospekti 46, 48,70 və 82 saylı yaşayış binalarının fasadları əsaslı təmir olunmuş, Moskva prospekti 52, 62, 74, 86 saylı binaların fasadlarında əsaslı təmir işləri başa çatdırılmışdır.
4-cü mikrorayon ərazisində yerləşən 247 saylı orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq yaxınlıqdakı H.Seyidzadə küçəsi 18 saylı binanın 900 kv.m, H.Seyidzadə küçəsi 20a saylı binanın 705 kv.m, H.Seyidzadə küçəsi 24 saylı binanın 630 kv.m, Mir Cəlal küçəsi 60 saylı binanın 340 kv.m, Mir Cəlal küçəsi 62 saylı binanın 180 kv.m, Mir Cəlal küçəsi 64 saylı binanın 405 kv.m, Mir Cəlal küçəsi 66 saylı binanın 630 kv.m, 20 Yanvar küçəsi 39 saylı binanın 240 kv.m yan fasadlarında əsaslı təmir işləri aparılmışdır.
Eyni zamanda, H.Seyidzadə küçəsi 16 saylı binanın fasadında 3060 kv.m əsaslı təmir işləri aparılmış, binanın dam örtüyünə 1080 kv.m şüşəli ruberoid vurulmuşdur, 6 ədəd giriş qapısı və 24 ədəd pəncərə dəyişdirilib, yenisi ilə əvəz olunmuş, pilləkən və giriş meydançasına 25 kv.m aqlay daşı və 140 kv.m tamet döşənmiş, karniz və günlüklərin altına 150 kv.m lambir, binaətrafı əraziyə 4000 kv.m asfalt örtüyü vurulmuş, 450 kv.m sahəyə qazon döşənmiş, 400 p.m bardyur düzülmüşdür.
Ərazidə (26x52) m ölçüdə futbol meydançası tikilib ətrafına (156x3) m=468 kv.m metal tor çəkilmiş, (3x6)m ölçüdə istirahət guşəsi (besedka) quraşdırılmış, yaşıllıq və qazon örüyünün suvarılması məsədilə 150 p.m. su xətti çəkilmişdir.
2-ci mikrorayon ərazisində H.B.Əliyev küçəsi 15 saylı ünvandan H.Seyidzadə küçəsi 17 saylı ünvana, eləcə də 132 saylı bağçaya qədər olan məhəllədaxili yollara MKTB tərəfindən 3500 kv.m asfalt örtüyü vurulmuş, H.B.Əliyev küçəsində asfalt örtüyü (Cavadxan küçəsindən R.Məmmədov küçəsinə qədər) “AzərAvtoYol” ASC tərəfindən əsaslı təmir olunmuş, bardürlər dəyişdirlmişdir.
MKTB tərəfindən yol kənarındakı səkilərə 3600 kv.m tamet daşlarının döşənməsi təmin edilmişdir.
S.Rüstəm küçəsində “AzərAvtoYol” ASC tərəfindən yolun asfalt örtüyünün əsaslı təmiri işləri başa çatdırılmışdır, bardürlər dəyişdirilmişdir.
MKTB tərəfindən ümuimilikdə 20670 kv.m asfalt örtüyünün vurulması təmin olunmuşdur.
Eləcə də, L.Tolstoy küçəsinin 1 saylı tam orta məktəbin qarşısındakı hissəsinə 300 kv.m asfalt örtüyü vurulmuş, səkidə təmir işləri aparılmışdır. Bu işlər N.B.Vəzirov küçəsində də icra olunmuşdur.
Belə ki, yola 1200 kv.m asfalt vurulmuş, yol kənarında 100 ədəd ağac əkilmiş, 400 kv.m divar ağardılmışdır. Tbilisi prospekti boyunca salınmış yaşıllıqların suvarılması məqsədilə 600 p.m. boru quraşdırılmışdır.
C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda cari təmir işləri aparılmış, sınmış aqlay daşları dəyişdirilmiş, 28 ədəd oturacaq təmir edirələk rənglənmişdir.
Tbilisi prospekti 68 ünvanında, “Autist sindiromlu uşaqların reabilitasiyası mərkəzi” fəaliyyət göstərən binanın həyətyanı sahəsində 100 ədəd, 5-ci mikrorayon ərazisindəki 54 saylı tam orta məktəbin və Humanitar Liseyin binası ətrafında hər birində 100 ədəd olmaqla 200 ədəd, eləcə də 4-cü mikrorayon ərazisindəki 240 saylı tam orta məktəbin ətrafında 100 ədəd ağac əkilmiş, 5 saylı tam orta məktəbin ətrafındakı ərazilərdə ümumilikdə 1254 kv.m çəpərlər sökülmüş, təmizlik işləri aparılmış və həmin ərazidə 850-dən çox ağac əkilmişdir.
20 Yanvar küçəsindəki, “20 Yanvar” abidəsi ətrafında da iməcilik keçirilmiş, 250 ədəd ağac əkilmiş, 100 p.m su xətti çəkilmişdir.
Habelə, Ü.Hacıbəyov küçəsi boyunca 4000 ədəd, Vaqif prospekti boyunca Koroğlu, Koala və R.Zorqe parklarında 50000 ədəd gül kolları əkilmişdir. Ü.Hacıbəyov küçəsi boyunca 400 kv.m, Z.Əliyeva küçəsi boyunca, 450 kv.m, qazon döşənmişdir.
C.Məmmədquluzadə küçəsinin, Ak.H.Əliyev küçəsindən Hərbi Hospitala qədər olan hissəsində yolun hər 2 tərəfində 1200 kv.m fasad hissələr rənglənmiş, Hospitalın həyətinə 680 kv.m asfalt örtüyü vurulmuş, 6 ədəd dekorativ oturacaq quraşdırılmışdır.
C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda cari təmir işləri aparılmış, sınmış aqlay daşları dəyişdirilmiş, 28 ədəd oturacaq təmir edirələk rənglənmişdir.
R.Zorqe parkındakı “1941-1945” abidəsinin qopub-tökülmüş üzlük daşları bərpa edilmişdir.
S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişdiy ünvandakı istirahət guşəsində cari təmir-bərpa işləri yerində yetirilmiş, yeni oturacaqlar quraşdırılmışdır.
Bakıxanov küçəsi 50 ünvanında 3500 kv.m asfalt vurulmuş, 450 p.m bardyur dəyişdirilmişdir.
Ak.Mirqasımov küçəsi 2-də 500 kv.m asfalt salınmış, 100 kv.m qazon döşənmiş, 4 ədəd oturacaq quraşdırılmışdır. Ak.Mirqasımov küçəsi 2 və 4 saylı ünvanlar 2 səkiyə 100 kv.m (60 kv.m+40 kv.m) tamet daşı döşənmişdir.
Bütün bunlarla yanaşı I-V mikrorayon ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəpərlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.
Habelə, İmran Qasımov küçəsi boyunca səki və yol kənarlarında olan çəpərlər sökülmüş, yerində təmizlik işləri aparılmşdır.
MKTB tərəfindən əhali və hüquqi şəxslərə əsasən уaşayış binalarının və evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması, rayon ərazisindən keçən yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, yaranmış tullantı kütləsinin zərərsizləşdirilməsi üçün aidiyyəti poliqonlara daşınması istiqamətləri üzrə kommunal xidmətlər göstərilmişdir.
Balansda olan binalardakı qeyri-yaşayış sahələrinin istismarı üzrə keçən il ərzində 40045 manat məbləğində 931 ədəd müqavilə bağlanmışdır ki, bu da keçən ilin müvafiq dövü ilə müqayisədə 107 müqavilə çox, yəni 6450 manat artıq mədaxil deməkdir.
Keçən il ərzində MKTB tərəfindən yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 145 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.
Aprel-may aylarında binalara “yaz baxışı” keçirilmiş, tədbirlər planı işlənib hazırlanıb təsdiq edilmiş və may ayından etibarən 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq işlərinə başlanmışdır, 7880,5 kv.m planlaşmaya qarşı 8640 kv.m dam örtüyü, 425 kv.m planlaşmaya qarşı 436 kv.m keçid meydançası və pilləkən qəfəsi, 519 ədəd planlaşmaya qarşı 446 ədəd pəncərə, 340 ədəd planlaşmaya qarşı 280 ədəd giriş qapısı, 1091,5 p.m. planlaşmaya qarşı 1348.5 p.m. istilik xətti, 1044,2 p.m planlaşmaya qarşı 1296 p.m. suaxıdıcı boru, 254 ədəd planlaşmaya qarşı 204 ədəd ventil təmir olunub, 35 ədəd planlaşmaya qarşı 43 ədəd ventil dəyişdirilmiş, 14 ədəd planlaşmaya qarşı 24 ədəd siyirtmə dəyişdirilmiş, ümumi istifadə yerlərində 717,5 kv.m planlaşmaya qarşı 740 kv.m şüşələnmə işləri yerinə yetirilmişdir.
Eyni zamanda 53925 p.m. planlaşmaya qarşı 61357 p.m. tüstü bacası və ventilyasiya kanalları təmizlənmişdir.
Ərazinin sanitar-təmizlik və ekoloji vəziyyətinə gündəlik nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır.
Rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.
Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır.
Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir.
Əhali tərəfindən və aidiyyəti dövlət orqanlarından sanitar-təmizlik işlərinin vəziyyətinə dair müraciətlərə vaxtında münasibət bildirilmiş, işlərin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilmişdir.
Rayon İcra Hakimiyyətinin balansında olan binalarda yaşayan əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, kommersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbulu üçün 356 ünvanda qəbul məntəqəsi vardır.
Həmin qəbul məntəqələri 849 ədəd xüsusi konteyner və 268 ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur. Hər gün bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına nəzarət təşkil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.4-cü bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının şəhərsalma fəaliyyəti, habelə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti sahəsində 2016-cı ildə RİH tərəfindən məqsədyönümlü işlər aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2016-cı il tarixli «Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar» Sərəncamının icrası ilə bağlı Nəsimi rayonu ərazisində yağış suları yığılan ərazilə müəyyənləşərək siyahı tərtib olunmuş və Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur.
Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 97, 86, 88, 99, 100, 101, 111, saylı y/st-da kabel xəttləri, transormatorlar cari təmir olunmuş və mühafizəsi yoxlanılmışdır, cərəyan transormatorlar və diqər avadanlıqları dəyişdirilmişdir. KTM 464, 823,1853, 1906 də 4 ədəd KTM yenisi ilə əvəz edilmiş, 10/6 kv-luq kabel xəttlərinin təmiri zamanı 2200 metr yüksək enerjilikli kabel, 0,4 kv-luq kabel xəttinin dəyişdirilməsi, təmiri və sayğaclaşma zamanı 22242 metr müxtəlif markalı kabellər istifadə olunmuşdur. Sayğaclaşma və yenidənqurma zamanı 167 ədəd təksayğaclı qutu, 2 ədəd SMS, 6 saygaclı pano, 5 ədəd SMS, 8 saygaclı pano və 3 ədəd SMS, 10 saygaclı pano quraşdırılmışdır. Yenidənqurma zamanı 14 ədəd yeni SİP dayaqlar quraşdırılmışdır. 136 ədəd Y/S,TM və KTM-də elektrik avadanlıqları təftiş olunub və mühafizə yoxlanılıb, 99 ədəd ТМ-də abadlıq bərpa işləri aparıldı, qapılar fasad və içəri divarlar suvanıb və rənglənmişdir. Şəbəkənin içində 2900 ədəd sayğac panoları təmir olunub, sms sayğaclarının quraşdırılması üçün hazırlanmışdır.
"Baki Şəhər İşıği" EŞM-nin Nəsimi TİR tərəfindən Nəsimi rayonu ərazisində 2016-cı il ərzində Tbilisi prospekti, Bakıxanov küçəsindəki Mədəniyyət və İstirahət parkı - Cavadxan küçəsi 5, Ə.İsgəndərov küçəsi, Seyidzadə küçəsi 16 ünvanlarda 106 sinkli dirək, 428 çıraq quraşdırılmış, 332, 414, 623, 228, 331,48, 470, 230 və 45 PQ yenisi ilə əvəz edilmişdir. II, V və IV mikrorayonlarda bir çox həyətlər düzəldilmişdir. M.Cəlal küçəsi 56, 54, 10, H.Əliyev küçəsi 6, 38, 28, 29, 20 Yanvar küçəsi 34, 36, 30, Cavadxan küçəsi 18, 20, C.Məmmədquluzadə küçəsi 95 ünvanlarda köhnə işıqlar yeniləri ilə əvəz edilmişdir.
Nəsimi rayon Sukanal İdarəsi tərəfindən 2016-cı il ərzində qeydiyyata alınmış 218155 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilmişdir. Abonentlərin ümumi sayı 71989 abonent təşkil edir, o cümlədən əhali sektoru üzrə 65589 abonent, qeyri-əhali sektoru üzrə-6400 abonentdir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 75,6%-i, yəni 165000 nəfərdən çox əhali sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin ümumi uzunluğu 303.0 km-dən (magistral xətlər-138.8 km, məhəllədaxili şəbəkə-165.0 km) artıqdır.
İstismar olunan kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 162.0 km, yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı 12000 ədəd, yağış barmaqlıqlarının sayı isə 690 ədəddir.
8 (səkkiz) ünvanda ümumi həcmi 5154.0 m3 olan su anbarı istismar olunur və yuyulub-zərərsizləşdirilmişdir.
Daimi su alan əraziılərdə bir-birinə yaxın olan nasosxanalar birləşdirilmiş, məsrəflərə qənaət məqsədi ilə 32 ədəd nasosxananın fəaliyyəti dayandırılmış və fasiləsiz su təminatına keçilmişdir.
Sayğaclaşma və metrologiya üzrə 71989 abonentin 55000 nəfərindən artıq su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı 76.4 % təşkil edir.
Ümumi abonentlərin 20.0%-i “Smart” tipli sayğaclarla təmin olunmuşlar.
2016-cı ilin 12 ayı ərzində 7000-dən artıq yeni su sayğacı quraşdırılmış, təmir olunmuş, dəyişdirilmiş və ya qeydiyyata alınmışdır.
Su və kanalizasiya şəbəkələri üzrə ümumi uzunluğu 1500.0 pm-dən artıq olan müxtəlif diametrli su xətləri çəkilmiş, 1200.0 metrdən çox təmir olunmuşdur. 510,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək, yenisi ilə əvəz olunmuşdur.
Magistral və məhəllədaxili su kəmərlərində 3180 ünvanda, kanalizasiya şəbəkələrində isə 7896 ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır.
Rayon ərazisində müxtəlif diametrə malik 30 ədəd yeni siyirtmə quraşdırılıb istismara verilmiş, 53 ədəd siyirtmə təmir olunmuşdur. 5 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır.
Məhəllədaxili nasos stansiyalarında 2016-cı ilin 12 ayı ərzində müxtəlif gücə malik 108 ədəd elektrik mühərriki, müxtəlif markalı 155 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir.
2016-ci ilin 12 ayı ərzində 56000.0 pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 7200.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 3700 ədəd yağış barmaqlıqları, 3500 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 7 ədəd yeni yağış barmaqlığı, 12 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.
Vətəndaş müraciətləri üzrə; 2016-cı ilin 12 ayı ərzində Nəsimi rayon Sukanal idarəsinə müxtəlif təyinatlı 3100-dan artıq müraciət daxil olmuşdur. 3037 müraciət müsbət həll olunmuş, 63 ədədi isə hal-hazırda icraatdadır.
Nəsimi rayon Sukanal İdarəsinin xidməti ərazisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar işlər yekunlaşdırılmışdır:
Su təsərrüfatları üzrə:
Rayon ərazisində payız-qış mövsümünə hazırlıqla əlaqədar 25000.0pm su kəməri təftiş edilmiş və cari təmir işləri aparılmışdır; 1000.0 pm-dən çox müxtəlif diametrli su xəttlərinin yenisi ilə əvəz olunmuşdur; 8 (səkkiz) ünvanda ümumi tutumu 5154.0 m3 olan ehtiyyat su anbarlarının yuyularaq dezinfeksiya edilməsi işləri başa catdırılmışdır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar, məhəllədaxili nasos stansiyalarını elektrik enerjisi ilə təchiz edən transformator və kabellərin yerində yoxlanılması və üzə çıxan çatışmamazlıqların aradan qaldırılması işləri yekunlaşdırılmışdır.
Kanalizasiya şəbəkəsində payız-qış mövsümünə hazırlıqla əlaqədar aşağıdakı işlərin görülməsi planlaşdırılmış və icra olunmuşdur. 30000.0 pm fekal kanalizasiya şəbəkəsinin yuyulub təmizlənməsi, 6500.0 pm yağış kanalizasiya şəbəkəsinin yuyulub təmizlənməsi, 2900 ədəd yağış barmaqlıqlarının təmizlənməsi, 3300 ədəd kanalizasiya quyusunun təmizlənməsi, 5 ədəd yeni yağış barmaqlığının quraşdırılması, 10 ədəd yeni kanalizasiya quyusu üçün çuqun qapaq dəstinin quraşdırılması, yaşayış binalarının zirzəmilərində kanalizasiya xətlərinin təftiş edilməsi-12000.0 pm, yaşayış binalarının zirzəmilərində kanalizasiya xətlərinin cari təmiri və qəzalı hissələrinin dəyişdirilməsi 200.0 pm, məhəllədaxili kanalizasiya xətlərinin cari təmiri və qəzalı hissələrinin dəyişdirilməsi- 50.0 pm.
Suyun satışı və yığım üzrə 2016-cı il ərzində abonentlərə 13187747.0m3 həcmində su satılmışdır. Göstərilən xidmətlərin həcmi 11339876.0 manat təşkil edmişdir. Abonentlər tərəfindən 10696395.0 manat həcmində ödəniş edilmişdir. Yığım faizi 94.32% olmuşdur. O cümlədən, əhali kateqoriyalı abonentlərə 8111693.0m3 həcmində su satılmışdır. Göstərilən xidmətlərin həcmi 3571463.0 manat, yığım 3397298.0 manat, yığım faizi isə 95.12% olmuşdur. Qeyri-əhali kateqoriyalı abonentlərə 5076054.0m3 həcmində su satılmışdır. Göstərilən xidmətlərin həcmi 7768413.0 manat, yığım 7294096.0 manat, yığım faizi isə 94.0% olmuşdur.
Nəsimi rayonu, 1 saylı İSİS-in ərazisində yerləşən RİQ-1 və 25 ədəd məhəllədaxili qazanxana, 19 ədəd istilik məntəqəsi istilik enerjisi istehsal edərək tələbatçıları fasiləsiz istilik enerjisi ilə təmin etmişdir.
Mövsüm ərzində 223 yaşayış binası, 17 məktəb, 9 uşaq bağçası, 6 səhiyyə və 31 digər obyekt istiliklə təmin olunmuşdur.
Mövsüm bitdikdən sonra, aprel ayının 10-dan etibarən bütün qazanxanalarda hidravlik sınaq aparılmış, qüsurlar aşkarlanmışdır. Bununla əlaqədar, tədbirlər planı tərtib olunmuş və tədbirlər planına uyğun olaraq aşkarlanan qüsurların aradan qaldırılması prosesinə və qazanxanaların 2016-2017-ci il payız qış mövsümünə hazırlıq işlərinə başlanmışdır.
25 ədəd qazanxanada 145 ədəd elektrik nasosu və 91 ədəd qoruyucu klapan, 129 ədəd əks klapan, 67 ədəd genişlənmə çənləri və manometrlər təftiş və təmir olunmuşdur.
1 saylı İSİS-n ərazisində olan bütün qazanxanalarda tüstü boruları təftiş və təmir olunmuş, qaz avadanlıqlarına baxış keçirilmiş, qaz xətlərinin üzərindəki süzgəclər açılaraq təmizlənmiş, manometrlər yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir.
Nəsimi rayonu ərazisində olan 199, 85 saylı qazanxanalarında, 3 mikrorayon 1, 2, 5; IV əlavə mikrorayon 1 saylı istilik məntəqələrində və 1 saylı İstilik Sistemləri İstismar sahəsinin inzibati binasının dam örtükləri, ümumilikdə, 940 m2 təmir olunmuşdur.
RİQ-1, 34, 83, 90, 199, 232, 500, 501, 312 və 81 saylı qazanxanalarda 15 ədəd istilik mübadilə aparatları açılaraq mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.
71, 77 və 85 saylı qazanxanalarda KSQJ tipli 5 ədəd qazan açılaraq mexaniki üsulla ərpdən təmizlənmişdir.
139 və 99 saylı qazanxanalarda 4 ədəd qazan kimyəvi və mexaniki üsulla təmizlənərək əsaslı təmir olunmuşdur.
25 ədəd məhəllədaxili qazanxanada 71 ədəd qazan açılaraq profilaktik təmir işləri görülmüş, 23 ədəd su yumşaldıcı qurğunun kationit məhlulu yoxlanmış və başlıqları təftiş və təmir olunmuşdur.
Ümumilikdə, ərazidə istilik xətləri üzərində və qazanxanalarda 80 ədəd çirk tutan, 940 ədəd siyirtmə açılaraq təftiş olunmuşdur.
İstilik xətləri üzərində olan 77 ədəd istilik kameralarında olan armaturlar təftiş və təmir olunmuş, istilik kameraları təmizlənmiş və təmir olunmuşdur.
71, 77, 81, 99, 139, 232, 339, 500, 501, M18/46, M26/MTE saylı qazanxanalarda şəbəkə, bəsləyici, dövriyyə, məişət və s. təyinatlı nasoslar açılaraq, diyircəkli yasdıqları sürtkü yağı ilə yağlanmışdır.
90 saylı qazanxanada, qazanxananın istilik gücünü artırmaq məqsədi ilə, 2 ədəd 5 qkal/saat gücündə təbəqəli su – su qızdırıcı qurğu quraşdırılmışdır.
1 saylı Rayon İstilik qazanxanasında, 2 saylı PTVM-50 tipli qazanda, cari təmir işləri aparılaraq, 160 p/m qazanın ekran borusu dəyişdirilmiş, 4 ədəd kollektor açılaraq ərpdən təmizlənmişdir.
1 saylı İSİS-nin ərazisində olan bütün qazanxana və istilik məntəqələrində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq, hidravlik təzyiq altında “Azəristiliktəchizat” ASC-n nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.
Bu işlərlə yanaşı, tədbirlər panına uyğun olaraq, I mikrorayon, 20 Yanvar küçəsi 2/51; II mikrorayon Hüseynbala Əliyev küçəsi 5,7; Səməd Vurğun küçəsi, 110; III mikrorayon Cavadxan küçəsi, 28; Alı Mustafayev küçəsi, 27, ; IV əlavə mikrorayon Mir Cəlal küçəsi 54. Ə.İsgəndərov küçəsi 3; V mikrorayon Asif Məhərrəmov küçəsi, 38 ünvnlarında məhəllədaxili istilik xətləri əsaslı təmir olunraq, 1300 p/m istilik xətti dəyidirilərək yenisi ilə əvəz olunmuşdir Ərazidə qazıntı işləri aparılan zaman, sökülmüş asfalt öttüyü yenidən bərpa olunmuşdur.
Moskva pospekti, 70, 72, 74 saylı yaşayış binalarının aşağı paylama istilik xətləri əsaslı təmir olunmuş, 6 ədəd kollektor quraşdırılmış, 1200 p/m boru dəyişdirilmişdir.
Noyabr ayının 15-dən etibarən, 26 ədəd məhəllədaxili qazanxana və 19 ədəd istilik məntəqəsi ardıcıl olaraq işə qoşulmuşdur.
Hal-hazırda 1 saylı İSİS-in Nəsimi rayonu üzrə xidməti ərazisində 223 yaşayış binası, 17 məktəb, 9 uşaq bağçası, 6 səhiyyə və 31 digər obyekt istiliklə təmin olunur.
Bununla yanaşı, rayonun bir sıra ərazilərdəki yaşayış binalarında, xüsusilə mikrorayonlarda istilik təchizatı normal olmamış və nəticədə sakinlərin bəzi hallarda narazılığına səbəb olmuşdur. Bu sahədə çatışmazlıqların aradan qaldırılması tədbirləri bu il davam etdirilməlidir.
Nəsimi rayonu üzrə Gigiyena və Epidemiologiya Mərkəzinin 2016-cı il ərzində yoluxucu xəstəliklərin vəziyyəti 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı kimidir:
Xəstəliklərin adı |
2016 |
2015 |
Nəticə |
Salmanellyoz |
42 |
38 |
azalma 4 hadisə 13.7% |
ümumi bağırsaq infeksiyası |
479 |
475 |
azalma 4 hadisə,1 % |
Bunlardan: Protey enteriti |
120 |
152 |
artım 32 hadisə, 21% |
Yoluxucu enterit |
359 |
323 |
azalma- 34 hadisə,9.5% |
Qida zəhərlənməsi |
22 |
20 |
Azalma 2- 13.3% |
Dizenteriya |
|
|
- |
ersinyoz |
|
|
- |
Viruslu hepatit Cəmi: |
3 |
3 |
= |
Viruslu hepatit A |
- |
|
- |
Viruslu hepatit B |
1 |
|
azalma |
Viruslu hepatit C |
2 |
3 |
artım 1 hadisə |
Su çiçəyi |
685 |
633 |
azalma 52 hadisə,7.6% |
Epid.parotit |
|
|
- |
Vərəm |
42 |
39 |
azalma 3 hadisə, 7.1% |
Skarlatina |
|
|
- |
Göy öskürək |
|
|
- |
Brüsellyoz |
1 |
5 |
artım 4 hadisə |
2016-cı il ərzində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir. Yoluxucu bağırsaq xəstəlikləri 1.0 % azalmışdır (479 qarşı 475 hadisə).
Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir.
Qida zəhərlənməsi 13.3% azalmışdır (22-ə qarşı 20 hadisə).
2016-cı il müddətində malyariya xəstəliyi aşkar olunmamışdır. Eləcə də dizenteriya, viruslu hepatit “A”, epid.parotit, qızılca, məxmərək, göy öskürək xəstəlikləri baş verməmişdir.
2016-cı il ərzində isə 15156 malyariyaya görə müayinə aparılmışdır- aşkarlanma yoxdur.
Helmentlərə görə 2016-cı il müddətində 33504 müayinə aparılmış və aşkarlanma 872 olmuşdur.
Rayonun uşaq poliklinikaları və doğum şöbələri vaksin preparatları, şpris və iynələrlə tam təmin olunmuşlar.
Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi, kəskin süst iflic (KSİ) hadisəsi qeydə alınmamışdır.
Azərbaycan Respublikası SN- in 08.12.15-ci il tarixli 101 saylı “Donuz qripi xəstələrinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” və 19.01.16-cı il tarixli 3 saylı “Donuz qripi xəstəliyinə qarşı əlavə tədbirlər barədə” əmrlərinə əsaslanaraq seminar məşğələləri keçirilmiş, MPM-də bu əmrlərin icrasına nəzarət gücləndirilmişdir. Qripə şübhəli xəstələrdən müayinələrin götürülməsi və hospitalizasiya olunub müalicə edilməsi təşkil olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 370 saylı qərarı ilə təsdiq edilmiş, “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair” tədbirlər proqramına əsasən “Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi” təsdiq edilmişdir. Bu təqvimə İnaktivləşdirilmiş poliomilelit vaksini əlavə edilmiş və 18.04.16-cı il tarixdən 3 valentli OPV vaksinasiyası dayandırılmış 2 valentli OPV vaksinasiyasına keçid edilmişdir. Bu barədə bütün MPM məlumatlandırılmışdır və görülən işlər barədə əmr verilmiş, tədbirlər planı tərtib olunmuş, seminar məşğələləri keçirilmişdir.
Rayon ərazisində əhalinin içməli su təchizatı üzərində mütəmadi olaraq sanitariya nəzarəti aparılır. Bu məqsədlə rayon Sukanal Departamenti tərəfindən təyin olunmuş stasionar nöqtələrdən (29 ədəd) və 5 ədəd məhəllədaxili su anbarından və 19 ədəd məhəllədaxili çənlərdən mütəmadi olaraq su nümunələri müvafiq olaraq kimyəvi və bakterioloji laboratoriyalarda müayinəyə verilir.
İl ərzində məktəb və məktəbəqədər uşaq müəssisələrində “Donuz qripi xəstəliyinə qarşı” profilaktik tədbirlər aparılıb.
Məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri və tibb işçiləri ilə MUM-da yaz-yay mövsumunə hazırlıq vəziyyəti, yay sağlamlaşdırıcı tədbirlərin, qida zəhərlənməsinin profilaktikası barədə seminar müşavirə aparılıb.
2016-cı il ərzində rayonda Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər və toplantılar təşkil olunaraq həyata keçirilmişdir.
İlk olaraq yanvar ayında rayonun 1, 2 və 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yollarından danışılmışdır. Yığıncaqlarda həmçinin nümayəndəliklərin ərazisində yaşayan sakinlər çıxışlar etmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.
Yanvar ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin birgə təşkilatçılığı ilə Y.Mirzəyev adına 44 saylı tam orta məktəbin iclas zalında ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.
Görüşdə iştirak edənlər tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmа münasibətilə təbrik edib, gənclərin bir şəxsiyyət kimi formalaşmasında Milli Ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmış, əsgərlərimiz işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə daim hazır olduqlarını bildirmişlər. Tədbirin sonunda Nəsimi rayon Əmək və Əhalinin Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən hərbi xidmətdən tərxis olunmuş gənclərə ixtisaslarına uyğun işlər təklif olunmuşdur. Göstərilən diqqət və qayğıya görə görüşdə iştirak edən hərbi xidmətdən tərxis olunmuş gənclər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdmişdilər.
Yanvar ayında 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətində Tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Yanvar ayının 18-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş İbrahimov Tağı Sabir oğlunun Nəsimi rayonu H.Seyidzadə küçəsi 35 ünvanında yaşadığı binanın həyətində baraleyfi qoyulmuş, guşənin açılış mərasimi keçirilmişdir. Açılışda şəhidin təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin şagirdlərinin vətənpərlik mövzusunda hazırladıqları kompozisiya göstərilmişdir.
Tədbirlər planı çərçivəsində yanvar ayının 19-da RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə iştirak edən rayon rəhbərliyi, rayonun digər ictimai təşkilatlarının və birliklərinin rəhbərləri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. 20 Yanvar Respublika cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, 2-ci qrup əlil Tofiq Allahverdiyev çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Görüşdə şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.
Rayonun ali və orta məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar yığıncaqlar və toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuşdur.
Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur.
Rayonun orta məktəblərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində fotostendlər düzəldilmiş, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Оrta və ali təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Tərtib olunmuş qrafik üzrə 17-19 yanvar tarixlərində orta və ali məktəblərin şagird və tələbələri tərəfindən «Şəhidlər Xiyabanı»nın ziyarət olunması təşkil edilmişdir.
Fevral ayının 2-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2016-cı il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağın yekunlarına görə rayon İcra Hakimiyyətinin 2015-ci il üçün fəaliyyəti «qənaətbəxş» qiymətləndirilmişdir.
2 Fevral – Azərbaycan Gəncləri günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Azərbaycan Gəncləri günü ərəfəsində isə şəhərimizin gözəl məkanlarından birinə çevrilən «Gülüstan» sarayında Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş, 2500 nəfərdən çox qonağın iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Nəsimi gəncləri təbrik edənlər arasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin üzvləri - Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Mirzəzadə, Sevinc Hüseynova, Hikmət Məmmədov, Aydın Hüseynov, Rauf Əliyev, Şəmsəddin Hacıyev, Şahin İsmayılov, Elman Nəsirov, Azərbaycan Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Gənclər təşkilatlarının rəhbərləri və digər rəsmilər var idi. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatmışdır.
Fevral ayının 10-da Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən görüşdə iştirak etmişdir. Qonaqlar Ulu öndər Heydər Əliyevin Kompleksdəki abidəsinin önünə güllər qoymuş, sonra Kompleksin orta məktəbində azərbaycan, rus və ingilis bölmələrinin dərslərində müasir təlim metodikasının tətbiq olunmasının, uşaq bağçasında ən müasir üsullardan istifadə olunaraq buradakı uşaqların hərtərəfli inkişafı üçün hər bir şəraitin olduğunun şahidi olmuşlar. Qonaqlara məktəbin Estetika kafedrasının və Kompleksin nəzdindəki 39 saylı Musiqi Məktəbinin hazırladığı konsert proqramı təqdim olundu. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı öz növbəsində bu təhsil müəssisəsində Ulu öndər Heydər Əliyevin tövsiyələrinin daim uca tutulduğu, nəinki Nəsimi rayonu üzrə, həmçinin respublika təhsil müəssisələrinin içərisində həmişə öndə olduğunu bildirmiş, Kompleksin rəhbərliyinə yeni-yeni uğurlar arzulamışdır.
Fevral ayından başlayaraq rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin tədris olunması təşkil olunmuşdur. Фevral-may ayları ərzində keçirilən açıq dərslərə rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdləri cəlb olunmuşlar.
Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə hər birinə 2 akademik saat ayrılan mövzuların tədrisi üçün xususi qrafik tərtib olunmuş, dərslərlə bağlı tövsiyə və tezislər alınmış, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilmişdir.
Təcrübəli tarix müəllimləri tərəfıindən tədris edilən açıq dərslərin hamısı canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçirilmişdir.
Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən son illərdə digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri Bakı şəhərinin mərkəzi rayonlarından olan Nəsimi rayonunda da geniş həyata keçirilmişdir.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri həyata keçirilmişdir. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur. Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür. Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlik, ongünlük və aylıq yekunlar araşdırılmış, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tibbi müayinələrin nəticələri ilə bağlı gündəlik və yekun hesabatlar verilmişdir.
Tibbi müayinələrin başlandığı fevral ayının 15-dən olan müddət ərzində rayon üzrə 138945 nəfər müayinələrdən keçmişdir.
«Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Nəsimi rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilmiş, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunmuşdur.
Faciənin ildönümü ərəfəsində - fevral ayının 23-də Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə qeyd edilmişdir ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur.
Fevral ayının 24-də Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Nəsimi rayonu 1 saylı tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.
Fevral ayının 25-də rayonun bütün ali və orta məktəblərində keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, divar qəzetləri buraxılmış, inşa müsabiqəsi keçirilmişdir.
Fevral ayının 25-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı döyüşlərində qəhrəmancasına həlak olmuş, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Aqil Sahib oğlu Quliyevin xatirəsi anılmış və şəhidin xatirə lövhəsi önünə gül dəstələri qoyulmuşdur.
Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.
Xocalı faciəsi ilə bağlı rayondakı məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunmuş, ehsanlar verilmişdir.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ölkəmizin tarixinin daha dərindən öyrənilməsinə olan marağının artırılması, gələcək nəslin bilikli və savadlı böyüməsi istiqamətindəki işlər rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Fevral ayında RİH tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olmuş, video roliklərə tamaşa etmişlər.
Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın tədbirlər planına əsasən fevral ayının 29-da Nəsimi rayonu 16 saylı THL-də “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsi olmuşdur. Tədbir öncəsi qonaqlar mövzu ilə bağlı təşkil olunmuş dərslərin iştirakçıları olub, daha sonra isə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24.06.2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə mart ayının 3-də Nəsimi Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının işçi qrupunun birgə təşkilatçılığı ilə təlim-məşğələ keçirilmişdir.
Təlim-məşğələdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın İşçi Qrupunun rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı Şəhəri Baş Təhsil İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, rayonda fəaliyyət göstərən tam orta məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları və tibb işçiləri iştirak etdilər.
Hesabat dövrü ərzində rayonun 8, 9, 14, 16, 19, 46, 159, 240 və 266 nömrəli tam orta məktəblərində “Narkotiklərə yox deyək” mövzusunda tədbirlər keçirilmişdir.
Mart ayının 4-də 8 mart – Beynəlxalq qadınlar günü münasibəti ilə Şövkət Ələkbərova adına 20 nömrəli Musiqi məktəbində geniş konsert proqramı keçirilmişdir. Tədbirdə məktəbin xor kollektivi, xalq çalğı alətləri ansamblının və müxtəlif janrlarda yerli və xarici bəstəkarlarının mahnıları səsləndirilmişdir.
Mart ayının 7-də RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə «Maestro» restoranında tədbir və konsert təşkil olunmuşdur. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
Taras Şevçenkonun anadan olmasının 202-ci ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Mart ayının 9-da Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur. Тədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər. T.Şevçenkonun ölməz əsərlərindən nümunələr səsləndirilmiş, Ukrayna diaspor təşkilatının uşaq yaradıcılıq qruplarının ifasında şairin həyat və yaradıcılığına həsr olunmuş səhnəciklər göstərilmişdir. Tədbirin təşkilinə dəstəyə görə səfirliyin rəhbərliyi rayon İcra Hakimiyyətinə təşəkkür bildirilmişdir.
Mart ayının 10-da əhalinin tibbi müayinə tədbirlərinin davamı olaraq 20 saylı şəhər poliklinikasında tədbir keçirilmişdir. Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Nəsimi rayonunda Novruz şənliklərinin keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı yanında Şuranın iclası keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Mart ayının 11-də 46 saylı tam orta məktəbdə keçirilən “Novruz gəlir, Yaz gəlir” adlı tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, Tibb Univerisitetinin prorektoru, professor Sabir Əliyev, Təhsil Nazirliyinin Təhsil sektorunun İnkişaf Layihəsinin İctimaiyyətlə Əlaqələr Sahəsinə İnstusiyanal İnkişaf üzrə kordinator Elçin Sərdarov, İpək Yolu Gənclər Birliyinin Baş katibi Aytən Əliyeva, UNİCEF-in məsləhətçisi Nik Nvolisa, Bakı şəhər Təhsil İdarəsinin metodistləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri iştirak etmişlər.
Mart ayının 11-də Azərbaycan Milli Elmlər Akademiyasının "Alimlər evi" və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nəsimi rayonunda yerləşən orta məktəblərin direktorları və şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə AMEA-nın elmi nailiyyətlər sərgisinə baxış keçirilib. Şagirdlərdə maraq oyadan sərgi ilə tanışlıq alimlərin çıxışları ilə davam edib. Novruz bayramının tarixi, etimologiyası, adət-ənənələrimiz Astronomiya elminin tarixi, elmi nailiyyətləri, Marağa rəsədxanasının banisi, görkəmli alim Nəsirəddin Tusi haqqında məktəblilərə geniş məlumat verilib.
Yaşıl Marafon layihəsi təşəbbüsünə ilk qoşulanlardan olan Bakı şəhərinin Nəsimi rayonunun ictimaiyyət nümayəndələri tərəfindən layihə çərçivəsində ağacəkmə aksiyasiyası keşirilmişdir. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin – ümumilikdə 300 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində mart ayının 12-də ağacəkmə aksiyası təşkil olunmuşdur.
Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi təmin olunmuşdur.
Mart ayının 14-də A.Zeynallı adına Musiqi Kollecində Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birgə “Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi” mövzusunda seminar-görüş keçirilmişdir.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi, Ədliyyə Nazirliyinin Nəsimi Rayon Qeydiyyat şöbəsinin rəisi, Ədliyyə Nazirliyinin Bakı Nikah evinin müdir müavini, 1 saylı Bakı “ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi, Nəsimi rayon 20 saylı şəhər poliklinikasının baş həkiminin müavini, Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili bölməsinin baş inspektoru və Nəsimi Rayon Prokurorunun köməkçisi bu problemlərin həll olunması üçün valideyn, müəllim və məktəb psixoloqları ilə birgə əməkdaşlıq etmələrinin əhəmiyyətindən, erkən nikahların qarşısının alınmasının səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reablitasiyası və cəmiyyətin inteqrasiyası mövzularında çıxış etmişlər.
Mart ayının 15-də Novruz bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində çay süfrəsi arxasında müharibə və əmək veteranları ilə görüş keçirilmişdir. Tədbirdə iştirak edən Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev müharibə veteranlarına göstərilən böyük diqqət və qayğıya görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısına “Veteran Həmrəyliyi” medalı təqdim etmişdir.
Görüşdə çıxış edən əmək və müharibə veteranları göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda veteranlara Novruz bayramı ilə əlaqədar bayram sovqatları təqdim edilmişdir.
Mart ayının 16-da Novruz Bayramı ərəfəsində Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə səfər etmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.
Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, istirahət parkları, həyətlər, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyə, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunmuşdur.
Novruz bayramı tədbirləri çərçivəsində rayonda keçirilən tədbirlərdən biri Mart ayının 16-da 44 saylı tam orta məktəbdə Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qırmızı Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyənin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə, ümumilikdə 2000-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri məcburi köçkünlərin, ictimai birliklərin nümayəndələri, iş adamları və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəbliləri 16-19 mart və 24-27 mart 2016-cı il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyalarda iştirak etmişlər. Nəsimi rayonundan 28 nəfər məktəbli Naxçıvan Muxtar Respublikasına səfər etmişlər. İlk əvvəl qrupların təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçıların qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.
Mart ayının 15-də RİH-də turda iştirak edən şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə turun məqsədi barədə məlumat verilmiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışılmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulamışdır.
Mart ayının 16-da və 24-də məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınması mərasimləri keçirilmişdir. Tur iştirakçıları Naxçıvan şəhərində “Duzdağ” otelində yerləşdirilmişlər. Turlar zamanı məktəblilərimiz Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar. Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası, Naxçıvan Dövlət Universiteində, Naxçıvan Avtomobil zavodunda, “Gəmiqaya Mineral Sular” MMC-də, Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyini və “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.
Həmçinin Ordubad şəhərinə səyahətlər davam etdirilmiş və burda şagirdlər Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad rayon Tarix-Diyarşünasliq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar.
Daha sonra Şahbuz rayonuna səfər çərçıvəsində tur iştirakçıları Şahbuz şəhər 2 nömrəli orta məktəbi, “Farma-Şah”MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası və Ağbulaq İstirahət Mərkəzində olmuşlar.
Kəngərli rayonuna səfər edən tur iştirakçıları “Naxçıvan Sement Zavodu” MMC, Kəngərli rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qarabağlar Memarlıq Kompleksi və Qarabağlar kənd 1 nömrəli tam orta məktəbi ilə tanış olmuşlar. Sonra Naxçıvan şəhərinin Gənclər Mərkəzində Naxçıvan MR-nın Gənclər, İdman naziri və Təhsil naziri ilə tur iştirakçılarının görüşü keçirilmişdir. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsində ilk dəfə idi ki, olmuş və onlar evlərinə çox böyük təəssüratlarla qayıtmışlar. Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şarait yaradılmışdır.
“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərimizin Naxçıvan Muxtar Respublikası ilə tanışlığı uğurla başa çatmış, şagirdlərimiz bu möhtəşəm layihədən məmnun olduqlarını bildirmiş və layıhənin yaradıcısı olan Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək bundan sonra daha da səylə çalışacaqlarına, yaxşı oxuyacaqlarına söz vermişlər.
Mart ayının 18-də Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmişdir.
Mart ayının 30-da Nəsimi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətinin iclas zalında “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Öncə rayon rəhbərliyi və rəsmi qonaqlar Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanmışdır. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan və Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Qarabağ müharibəsi veteranları, əliləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və digər çıxış edənlər gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiyini, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini və dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etmişdir. Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib.
Mart ayının sonunda rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Belə ki, rayonda yerləşən tam orta məktəblərdə sərgilər təşkil olunmuş, dəyirmi masalar, konfranslar, rəsm sərgiləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində birinci dərs soyqırım tarixinə həsr olunmuşdur.
Aprel ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından irəli gələn vəzifələrin icrasına həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Nəsimi rayon ictimaiyyətinin Azərbaycan Ordusunun Qarabağdakı Qələbələrindən hədsiz qürurlandıqları bildirilmiş və Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin müraciəti qəbul edilmişdir.
Aprel ayının 4-də Rayon İcra Hakimiyyəti tərəfindən 20 saylı şəhər poliklinikasında və Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Korpusunda rayon ictimaiyyətinin iştirakı ilə Milli Ordumuza dəstək olaraq qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında rayon ərazisində yerləşən idarə və təşkilatların kollektivləri, orta təhsil müəssisələrinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Universitetinin müəllim və tələbə heyəti, yüzlərlə könüllülər iştirak etmişdir.
Qanvermə aksiyasından sonra Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Kliniki Tibbi Mərkəzdə müalicə olunan yaralı əsgərlərimizi ziyarət etmişlər.
Aprel ayının 5-də N.Məmmədov adına 9 saylı tam orta məktəbdə ordumuza dəstək və Ermənistanın Azərbaycana qarşı silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin xatirəsini yad etmək məqsədilə “Vətən bizi çağırır!” adlı aksiya keçirilmişdir.
Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri davam etdirilmişdir. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklərə əsasən tibbi müayinələr davam etdirilmişdir.
Aprel ayının 7-də 5 saylı şəhər poliklinikasının səyyar həkim briqadası “Bakı Tikiş Evi” ASC-də olmuş, burada 200-dən artıq əməkdaş tibbi müayinədən keçmişdir.
Aprel döyüşlərində qəhrəmancasına vuruşmuş hərbiçilərə, yaralı əsgərlərimizə dəstək olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyalarının davamı olaraq aprel ayının 9-da Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Nəsimi rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmiş və aksiyada ümumilikdə 300-ə yaxın şəxsdən qan götürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr aprel ayının 12-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın I rübün sosial- iqtisadi inkişafın yekunlarına dair rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
Aprel ayının 13-də “Nəsimi rayonunda bütün azyaşlılar məktəbəqədər təhsil müəssisələrinə!” devizi altında rayonda məktəbəqədər təhsilin genişləndirilməsinə dair UNİCEF-lə birgə seminar keçirilmişdir. Tədbirdə UNİCEF-in nümayəndələri Yan Van Raves, Şərafət Şirinli, eləcə də rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları, bağça müdirlərinin iştirakı ilə geniş fikir mübadiləsi aparılmışdır.
Aprel ayının 16-da Azərbaycan Universitetində (AU), AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu, Türkiyənin Anadolu Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai birliyi və “Səs” Media Qrupunun birgə iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr edilmiş “Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə” mövzusunda III beynəlxalq elmi konfrans keçiriilmişdir. Konfransda Millət vəkili Aydın Mirzəzadə iştirak etmişdir.
Aprel ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Elmi kitabxanasında Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Alimlər Evinin təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim”mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin IV kurs tələbələri Əli Əliyevin və Eldəniz Ələkbərzadənin ifasında Zərifə Əliyevaya həsr olunan musiqilər səsləndirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Aprel ayının 23-də Nəsimi rayonunda yerləşən Zorge parkında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və "Hədəf” nəşrlərinin təşkilatçılığı ilə kitab bayramı keçirilmişdir. Keçirilən "Oxu günü 2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, "Medika Hospital”, "Qlobal Karyera” İnstitutu, "ASAN Könüllüləri” və "Hədəf” kursları təşkilati dəstək verib. "Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil edilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edib.
Tədbirdə həmçinin xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas, digər yazıçılardan İlqar Fəhmi, Müşfiq Xan, şairə Zərəngiz Dəmirçi Qayalı, Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlu öz oxucuları ilə həmsöhbət olublar. Layihənin dəstəkçilərindən olan "ASAN-radio" və "ASAN könüllüləri"nin iştirakı ilə maraqlı flaşmob təşkil edilib: hər kəs bir dəqiqə müddətində yüksək səslə kitab oxuyub.
Aprelin 25-də bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan “Çernobıl” qəzasının ildönümü ilə bağlı qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Görüşdə qəzanın səbəbləri və fəsadları, onun aradan qaldırılmasında iştirak edən Azərbaycanlıların fədakarlığı, Ulu öndər Heydər Əliyev tərəfindən Çernobıl faciəsinin aradan qaldırılması zamanı xəsarət almış vətəndaşlara olan diqqət və qayğısından, hazırda ölkə rəhbərliyi tərəfindən onların sosial reabilitasiyası və təminatı istiqamətində görülən işlərdən danışılmış və Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur. Tədbirdə “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin “Mültikulturalizm ili” elan edilməsi ilə bağlı aprel ayının 26-da Nəsimi rayonu İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə “Azərbaycanı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin şağird kollektivi ölkəmizin bütün rayonlarının adət-ənənələrini və rəqslərini görüş iştirakçılarına nümayiş etdirmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlarının icra edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin Başçısı və RİH Aparatının məsul işçiləri Aprel ayının 27-də “Bakı Tikiş Evi” ATSC-nin kollektivi ilə görüş keçirmiş, yeni açılmış iş yerləri və burada çalışan işçilərin iş şəraiti ilə yaxından tanış olmuşdur.
Aprel ayının 27-də 54 saylı tam orta məktəbdə “Şahin” hərbi idman oyunlarının Nəsimi rayonu üzrə final mərhələsi keçirilib. Yarışlarda rayonunun 24 orta ümumtəhsil məktəbinin 350-yə yaxın şagirdi iştirak etmişdir.
Komandalar “Sıra hazırlığı” da daxil olmaqla 8 mərhələ üzrə öz güclərini sınamışlar. Hakimlər heyətinin qərarına əsasən I yerə 23 saylı məktəbin komandası, II yerə Bakı Atatürk liseyinin komandası, III yerə isə 54 saylı məktəbin komandası layiq görülmüşdür. Aprel ayının 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilmiş Bakı şəhəri üzrə zona birinciliyində Nəsimi rayonunu təmsil edən 23 saylı tam orta məktəbin komandası III yerə layiq görülərək respublika mərhələsinə vəsiqə qazanmışdır. May ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyunlarının Respublika final mərhələsində yarışın nəticələrinə əsasən Nəsimi rayonunu təmsil edən 23 saylı tam orta məktəbin komandası I yerə layiq görülərək qalibiyyət qazanmışdır.
Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftolmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi Nəsimi rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar tarixlə bağlı rayonun orta məktəblərində görkəmli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, rəsm əsərləri sərgisi, idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.
Aprel ayının 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Görkəmli oftolmoloq- alim Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışmanın final mərhələsi keçirilmişdir. “Qələbəyə doğru” intellektual yarışa 29 mart 2016-cı ildən start verilmiş, 29 mart-19 aprel 2016-cı il tarixlərində 9 regionda Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilmiş, seçim turlarında fərqlənən 12 komanda final yarışlarında iştirak hüququ qazanmışdır. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarüstü abidəsini ziyarət etmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, millət vəkili Əhliman Əmiraslanov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov görkəmli alim, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından geniş söz açmışlar. Tədbirdə həmçinin Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı film nümayiş etdirilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra yarışa start verilmiş, final yarışında I yeri İsmayıllı rayonunun komandası, II yeri Nizami rayonunun komandası və III yeri isə Bərdə rayonunun komandası qazanmışlar. Qaliblərə “Qələbəyə doğru” kuboku, diplomlar və qiymətli hədiyyələr verilmişdir. Tədbirdə respublikanın tanınmış alimləri və ziyalıları iştirak etmişdir.
Aprel ayının 29-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın görkəmli oftolmoloqu, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Mərasimin əvvəlində Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın ömür yoluna həsr edilmiş film nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri bədii kompozisiya təqdim etmiş və tələbələrin ifasında Zərifə Əliyevaya həsr olunmuş şeir və mahnılar səsləndirilmişdir.
Paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda xüsusi sevgi və məhəbbətlə qeyd olunan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar rayonun idarə, və təşkilatlarında, təhsil, səhiyyə, elm və mədəniyyət müəssisələrində keçirilən çoxsaylı tədbirlərdə ulu öndərin xatirəsi böyük hörmət və məhəbbətlə yad edilmişdir.
May ayının 2-də Nizami kino mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı YAP Gənclər Birliyi ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbir keçirmişdir. Tədbirdə YAP Gənclər Birliyinin Ümummilli liderin anadan olmasının 93-cü ildönümü ilə bağlı hazırladığı “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı film nümayiş etdiriimişdir.
May ayının 3-də Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda XIII şagird-tələbə elmi konfransı keçirilmişdir.
May ayının 3-də Bakı Slavyan Universitetində Təhsil Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq may ayının 5-də Azərbaycan Dövlət Akademik Dram Teatrında Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan xalqının ümummilli qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki tarixi rolu barədə danışılmış, onun əziz xatirəsi böyük ehtiramla yad olunmuşdur.
May ayının 6-da Azərbaycan Tibb Universitetində (ATU) Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
May ayının 10-da - Ulu öndərin doğum günündə rayon ictimaiyyətinin nümayəndələri «Fəxri Xiyaban»da Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsi ehtiram və məhəbbətlə yad edilmişdir.
Əlamətdar günlə əlaqədar Nəsimi RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan aztəminatlı, imkansız 1000 ailəyə ərzaq bağlamaları paylanmışdır.
May ayının 4-8-dək ölkəmizin paytaxtında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş «Tur d”Azerbaijan» Beynəlxalq velosiped turu keçirilmişdir. Velo yarışın keçirildiyi günlərdə rayonumuzun idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri tamaşaçı kimi yaxından iştirak etmişlər.
May ayında Nəsimi rayonunda Faşizm üzərində Qələbənin 71-ci ildönümü geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər təşkil olunmuşdur.
Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməciliklər keçirilmiş II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur.
Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.
May ayının 7-də ənənəvi olaraq Qələbə günü münasibəti ilə “1941-1945” abidəsinin yerləşdiyi parkda Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Abidənin önünə RİH adından əklil qoyulmuş, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar və məktəblilər abidənin önünə tər çiçəklər düzmüşlər.
Sonra tədbir Nəsimi rayon İcra Hakimiyyətində çay süfrəsi arxasında davam etdirilmişdir. Tədbirdə çıxış edənlər II Dünya Müharibəsi illərində Azərbaycanlıların cəbhə xəttində və arxa cəbhədəki fədakar döyüş yolu və əməyindən, bu gün müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışılmış, veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə həmçinin 90 və 101 yaşı tamam olan veteranların ad günləri də təbrik edilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və maddi yadımlar verilmişdir. Səhhəti və qocalığı ilə əlaqədar tədbirdə iştirak etməyən Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırılmışdır.
Həmçinin tədbirdən sonra “Sağlam Ailə” Tibb Mərkəzində Böyük Vətən Müharibəsi veteranlarının müayinədən keçirilməsi təşkil edilmişdir.
May ayının 6-da Faşizm üzərində Qələbə günü ərəfəsində 23 saylı məktəbdə "Qəhrəmanlar ölməz, Vətən bölünməz" adlı tədbir keçirilmişdir.
May ayının 9-da Faşizm üzərində qələbənin 71 iliyi ərəfəsində Böyük Vətən Müharibəsi iştirakçısı-veteran Ağababa İsgəndərovun 90 yaşı tamam olmuşdur. Bu münasibətlə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı veteranın ailəsində qonaq olaraq onu doğum günü münasibəti ilə təbrik etmiş və xoş arzularını bildirmişdir.
Ağababa İsgəndərov qonaqlara müharibə zamanı keçdiyi döyüş yolundan maraqlı söhbətlər etmişdir. Veteran bildirmişdir ki, hal-hazırda ən böyük arzusu Azərbaycan Bayrağını Şuşada və Qarabağda ucaltmaqdır.
May ayının 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq Nəsimi rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir. Bu iməcilikdə məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur. İməcilikdə rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, park və bağlarda 50.000 gül kolu, 3000-dən artıq həmişəyaşıl ağac, 400 dekorativ ağac əkilmiş və 2000 kv.m-dən çox qazon otu vurulmuşdur.
May ayının 13-də 240 saylı tam orta məktəbdə Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin Sağlamlıq Forumları” adlı layihənin açılış mərasimi keçirilmişdir.
Forumun keçirilməsində əsas məqsəd məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artırıllmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirmələrinə kömək etməkdir.
Forum çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanmışdır.
28 may - Respublika Günü münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilmişdir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şer müsabiqələri təşkil edilmiş, divar qəzetləri buraxılmişdır. May ayının 24-də 54 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Doğma Azərbaycanım” adlı tədbir keçirilmişdir.
May ayının 25-də Nəsimi rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-cı ilin Tədbirlər Planı çərçivəsində Bakı şəhəri rayonlarının və Abşeron rayon İcra Hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəhbərlərinin iştirakı ilə “Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirilmişdir. Qonaqlar Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş və onlara yaradılan şəraitlə də yaxından tanış olmuşlar.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində may ayının 26-da rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, uşaq bağçalarında tərbiyə alan uşaqlar üçün Zorge parkında musiqili əyləncəli bayram şənliyi təşkil olunmuşdur. Tədbir zamanı LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin peşəkar psixoloqları tərəfindən ödənişsiz konsultasiyalar, art terapiya keçirilmişdir. Parkda musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs etmiş, yallı getmiş daha sonra isə öz məharətlərini göstərərək şer, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər.
May ayının 27-də Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 4-cü mikrorayonda yerləşən stadionda 28 may - Respublika gününə həsr olunmuş idman bayramı keçirilmişdir. Tədbirdə rayonun “Şahin” hərbi-idman, taekvando, güləş, basketbol, voleybol, futbol komandaları, eyni zamanda müxtəlif idman növləri üzrə yüksək nailiyyətlər qazanmış idmançılar iştirak etmişlər. Tədbir komandaların təntənəli yürüşü ilə başlamış və Azərbaycan Dillər Universitetinin tələbələrindən ibarət “Dalğa” rəqs qrupunun ifasında “Cəngi rəqsi”, 7 saylı uşaq musiqi məktəbinin nağara qrupunun ifasında “Abşeron ritmləri” təqdim edilmişdir. 5 saylı tam orta məktəbin şagirdlərinin ifasında flaşmob nümayiş olunmuşdur. Eyni zamanda, 12 saylı Uşaq Gənclər İdman Məktəbinin “taekvando” və 6 saylı Uşaq-Gənclər Güləş İdman Məktəbinin güləş komandalarının nümunəvi çıxışları olmuş və sonda ayrı-ayrı idman növləri üzrə yüksək nailiyyətlər qazanaraq yerlər tutmuş idmançılar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və müxtəlif hədiyyələrlə mükfatlandırılmışlar.
İyun ayının 1-də “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə rayonun 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların iştirakı ilə 268 saylı məktəbdə tədbir keçirilmişdir. 268 saylı xüsusi məktəb 1927-ci ildən fəaliyyət göstərir, 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmişdir. Məktəbdə 879 nəfər fiziki qüsurlu uşaq təhsil alır. 11 saylı xüsusi məktəb isə 1947-ci ildən fəaliyyət göstərir. Bu məktəbdə 894 nəfər fiziki qüsurlu uşaq təhsil alır. Tədbir zamanı hər iki məktəbdə təhsil alan fiziki qusurlu 9 nəfər uşağa TUSİAB tərəfindən əlil arabaları təqdim edilmişdir. 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqlar qonaqların qarşısında rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində də uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar şən klounların iştirakı ilə parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
Azərbaycan xalqının Milli Qurtuluş günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Nəsimi rayonunda silsilə tədbirlər təşkil edilib keçirilmişdir.
İyun ayının 4-də Azərbaycan Universiteti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Anadolu Universiteti, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir" mövzusunda IV beynəlxalq elmi konfrans keçirilmişdir.
İyun ayının 8-də S.Poladi adına 159 saylı tam orta məktəbdə 15 iyun Milli Qurtuluş günü münasibətilə “Vətən torpağı əzizdir mənə” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və siniflərin aylıq divar qəzetləri ilə tanış olmuş və qurtuluş günü ilə bağlı slayd və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı filmə tamaşa etmişlər.
İyun ayının 9-da Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan qələbəyə” adlı tədbir keçirilmişdir.
İyun ayının 14-də Azərbaycan Tibb Universiteti (ATU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ATU-nun rektoru Gəray Gəraybəyli, rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri İsfəndiyar İsmayılov çıxış edərək, Milli Qurtuluş gününün əhəmiyyətindən danışdılar. Tədbir iştirakçılarına rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış video-çarx nümayiş olunmuşdur.
İyun ayının 11-də Nəsimi Rayon İcra Hakimiyyətinin akt zalında “Multikulturalizm və Azərbaycançılıq” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə Millət vəkilləri – Məlahət İbrahimqızı, Asim Mollazadə, Kamran Nəbizadə, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran və Dağ Yəhudilərinin dini icmasının sədri Melix Yevdayev də Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən çıxış etmişdilər. Tədbirdə iştirak edən Neft və Sənaye İnstitutunda və Bakı Slavyan Universitetində təhsil alan xarici tələbələr tədbir iştirakçılarına salamlarını çatdırmış, Azərbaycanda onlara göstərilən diqqət və qayğıdan danışmışlar. Tədbirin bədii hissəsində 1 saylı tam orta məktəbin şagirdləri dünya xalqlarının rəqslərini nümayiş etdirmişlər.
İyun ayının 13-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan zalında 11 nömrəli Xüsusi Təhsil Məktəbinin şagirdlərinin «Son zəng» tədbiri keçirilmişdir.
İyun ayının 14-də Nəsimi rayonunun bütün orta məktəblərində təntənəli şəkildə ənənəvi «Son zəng» tədbirləri keçirilmişdir. Orta məktəblərdə keçirilən son zəng tədbirlərində Nəsimi rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
«Son zəng» tədbirinin keçirildiyi 35 saylı tam orta məktəbdə iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Milli Məclisin üzvü Fazil Mustafa, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
«Son zəng» tədbirinin keçirildiyi digər 164 saylı tam orta məktəb öz ənənələri ilə seçilir. 2011-ci ildə 164 saylı orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilərək bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Bu il məktəbi 86 nəfər məzun bitirmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı, Təhsil Şurasının sədri və başqa qonaqlar iştirak etmişlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98 illiyi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları və rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmış, respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.
Tədbirdə hərbi hissə komandanlığı qonaqlara şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
İyun ayının 25-də 26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmişdir. Tədbirdə incəsənət nümayəndələrinin çıxışları əsgərlərdə xoş təəssürat yaratmışdır.
İyun ayının 23-də Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir. Bu əlamətdar gün münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdilər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmiş və Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşdular. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Nəcməddin Yunusov Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
İyun ayının 25-də Nəsimi rayonunda rayon İcra Hakimiyyəti rəhbərliyinin, Rayon hüquq-mühafizə orqanlarının, pedaqoji işçilərin və gənclərin nümayəndələrinin iştirakı ilə «26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş tədbir keçirilmişdir.
İyun ayının 25-də Azərbaycan Respublikasının “Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli Qanununa uyğun olaraq Səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrə təyin olunan hərbi nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.
İyun ayının 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 96-cı Məzun günü təntənə ilə qeyd edilib. 2015-2016-cı tədris ilində universiteti 33 ixtisas üzrə 1600 tələbə bakalavr pilləsini başa vurmuş, bunlardan 126 nəfər fərqlənmə diplomuna layiq görülmüşdür. Magistraturanı başa vuran 354 tələbənin 159-u tədrisi fərqlənmə diplomu ilə bitirmişdir.
İyun ayının 28-də Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində 44 nəfər insanın ölümü, 147 nəfərin yaralanması ilə nəticələnən hadisə ilə bağlı Nəsimi rayon gəncləri iyun ayının 29-da Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi qarşısında bir araya gəldilər. Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilmiş, yaralananlara şəfalar dilənmişdir. Nəsimi rayon gəncləri terror aktını pisləyən şüarlar səsləndirmiş, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğu bildirilmişdirlər.
İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardım göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunmuşdur.
İyunun 29-da rayonun 3-cü mikrorayon ərazisində yerləşən «Qold Baku» şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan II Dünya və Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələr - ümumilikdə 400 nəfərin iştirakı ilə iftar süfrəsi verilmişdir. İftar süfrəsi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunmuşdur. İftarda iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
İyul ayının 04-də uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Nəsimi rayonundakı orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.
İyul ayının 12-də Nəsimi Rayon İcra Hakimiyyətində “Sərhədçi” yay istirahət düşərgəsində istirahət edəcək uşaqlar, onların valideynləri və məktəb rəhbərləri ilə birgə görüş keçirilmişdir.
İyul ayının 13-də məktəblilər Heydər Əliyev Sarayının qarşısında Ümummilli Liderin abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun yay düşərgəsinə yola düşmüşlər. Həmin gün “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” yay düşərgəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmış, qeyd edilmişdir ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.
Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmış və bu plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçirilmiş, video proyektor vasitəsi ilə açıq səma altında Azərbaycan filmləri nümayiş etdirilmiş, Qəbələ rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunmuşdur. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli etmişdir.
İyul ayının 20-də Nəsimi rayon məktəblilərinin Qəbələ rayonundakı “Sərhədçi” yay düşərgəsindəki istirahəti başa çatmışdır. Bu il ilk dəfə yaradılan bu düşərgədə 100 nəfər Nəsimi rayon məktəblisi dincəlmişdir. Bağlanış mərasimində yeniyetmələr öz məharətlərini ifa etdikləri mahnılar və rəqslərlə nümayiş etdirmiş, “Sərhədçi” vokal-instrumental ansamblı solistlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur. Daha sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə hədiyyələri və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmiş, konsert proqramı təşkil olunmuşdur.
İyul ayının 18-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahət düşərgələrində istirahətlərinin təşkilinin davamı olaraq Nəsimi rayon məktəbliləri “Gənc İlhamçılar” Quba şəhərində təşkil olunmuş yay istirahət düçərgəsinə yola salınmışlar. Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsinə yola salınma mərasimi «Zabitlər» parkında təşkil olunmuşdur. Quba şəhərində yaradılmış Hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 150 yeniyetmə-məktəbli Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzdükdən sonra Quba şəhərinə yola düşmüşdülər.
İyul ayının 26-da “Gənc İlhamçılar” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi iştirakçılarının istirahəti başa çatmışdır.
Məktəblilərin yay istirahət düşərgələrində mənalı və yaddaqalan istirahət uşaqların xatirəsində silinməz izlər buraxmışdır. Onlar burada yeni-yeni dostlar qazanmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
İyul ayının 5-də Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlər, ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlara paylanılmışdır.
İyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə birinci yarımilliyin yekunlarına dair rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.
İyul ayının 13-də Ulu öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, 47 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildiyi gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanmışdır.
İyul ayının 14-də Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibəti ilə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan park əsaslı təmir edilmişdir.
Parkın ətrafındakı yaşayış binalarının fasadları - Moskva 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının 14.000 kv.m fasadı, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı hər birinin fasadı 5.800 kv.m olan 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur. Binaların girişlərinə yeni qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün hər biri 20 kv.m olan 3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan Türkiyə istehsalı xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda 2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir. Parkda gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənilmiş, 500 m bardür qoyulmuşdur. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmiş, xarici istehsal olan yeni işıq dirəkləri quraşdırılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır.
Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
İyul ayının 14-də Ukrayna Prezidenti Petro Poroşenko görkəmli şair Taras Şevçenkonun Bakı şəhəri Nəsimi rayonunda ucaldılmış abidəsini ziyarət edib.
İyul ayının 15-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar.
Səfər zamanı qonaqlar Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını və orada dəfn olunan türk əsgərlərinin məzarlarını, daha sonra Mustafa Kamal Atatürkün abidəsini ziyarət etmişlər. Həmçinin qonaqlar Bayraq Meydanı Kompleksi, Heydər Əliyev Mərkəzi ilə və şəhərimizin görməli yerləri ilə tanış olmuşlar.
İyul ayının 18-də Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak etmişlər.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
İyul və avqust aylarında məktəblilərin yay tətilinin və asudə vaxtın səmərəli təşkil olunması istiqamətində görülən tədbirlərin davamı olaraq 500 nəfər Nəsimi rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən Muzeylərə - C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə və Azərbaycan İstiqlal Muzeyinə və Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Avqust ayının 2-də tədbirlərin davamı olaraq rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, həmçinin aztəminatlı ailələrdən olan ümumilikdə - 120 nəfər məktəblinin «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin yeni, müasir «Üfüq» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur.
Avqust ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı yeni mənzilə köçməkləri münasibəti ilə Əlişir Mirzəyevin ailəsində qonaq olmuş, onları təbrik etmiş və xoş arzularını bildirmişdir. Nəsimi rayon sakini, I qrup gözdən əlil, Qarabağ veteranı Əlişir Mirzəyev bildirmişdi ki, 1994-cü ildən mənzil növbəsində idi. 2015-ci il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nərimanov rayonunda gözdən əlillər üçün istifadəyə verilən yaşayış binasında 3 otaqlı tam təmirli mənzillə təmin olunmuşdur. 132 mənzildən ibarət olan binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılmışdır. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub. Mənzillərin hamısı təmir olunmuş, bütün lazımi şərait yaradılmışdır.
Əlişir Mirzəyev və ailəsi mənzillə təmin olunduqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişdir.
Avqust ayının 6-da Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyevi 50 yaşının taman olması münasibəti ilə təbrik edilmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova – Mühaibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin İdarə Heyətinin qərarı ilə Fəxri Fərman təqdim etmişdir.
Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam etmişdir.
Avqust ayının 9-da Novxanı AQUAPARK əyləncə mərkəzində uşaqlar üçün tədbir keçirilmişdir. Uşaqlar üçün təşkil olunan tədbirdə rayonun məktəblərində təhsil alan 150-dək məktəbli iştirak etmişdir. Məktəblilər həmçinin Novxanıda yerləşən Flora Klubda da olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar.
Ahıllara, müharibə veteranları və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Avqust ayının 10-da bir qrup müharibə veteranları, ahıllar və əlillər üçün Bilgəh qəsəbəsindəki İstirahət Mərkəzində tədbir təşkil edilmişdir. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, professor İmamverdi Həmidov, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Avqust ayının 19-da ahıllara və müharibə veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkil edilib keçirilməsi istiqamətində növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları iştirak etmişdilər.
Avqust ayının 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 104 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Avqust ayının 23-də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 22-24 avqust 2016-cı il tarixlərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kursları keçirilmişdir.
Avqust ayının 26-da 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası mini futbol yarışı keçirilmişdir. Yarışda 8 komanda iştirak etmişdir. Yarış Mir Cəlal küçəsində yerləşən parkdakı futbol meydançasında keçirilmişdir. Mini futbol yarışının qalib komandaları Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.
Sentyabr ayının 1-də Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ASAN könüllülərinin "Yaşıl ASAN" təşəbbüsü ilə 1 və 3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin könüllüləri ilə Koroğlu parkında ekoloji maarifləndirici görüş keçirilmişdir. Görüşdə "Yaşıl ASAN" təşəbbüsün fəaliyyəti, tədbirləri, aksiyaları və insanların ekologiyanı necə qorumalı olduğu haqqında məlumat verilmişdir.
Sentyabr ayının 6-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.
2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb. 2015-2016-cı tədris ilində Elitar Gimnaziyadan 695 bal toplamış məzun Fatimə Abdinli, Texniki Humanitar Liseydən 695 bal toplamış Valeh Rəcəbov və 42 saylı tam orta məktəbdən 690 bal toplamış Aidə Qəhrəmanova Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
2015-2016-cı tədris ilində məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 28 nəfər, 54 saylı məktəbdən 18 nəfər, 19 saylı orta məktəbdən 16 nəfər, 5 saylı məktəbdən 12 nəfər, 14 saylı orta məktəb və Elitar Gimnaziyadan 10 nəfər 500-dən çox bal toplamışdır.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə olunmuşdur.
Sentyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısına məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilmişdir. Yeni dərs ilində şagirdlərə tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün məktəbdə yüksək şərait yaradıldığı qeyd edilib.
Binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə diqqət və qayğısını, həmçinin təhsilin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirləri əks etdirən fotolardan ibarət stend qurulub.
247 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq həyata keçirilib. 1969-cu ildə inşa edilən məktəbin binasında bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Məktəbdə təmir işləri ən yüksək standartlar səviyyəsində icra olunub. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır.
Sentyabr ayının 8-də “Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
Şuranın geniş iclasında Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ümumxalq səs verməsi − referendum ilə bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında ətraflı məlumat verilərək müvafiq tapşırıqlar verilmişdir.
Sentyabr ayının 10-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz Qurban bayramı münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.
Rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlara - şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilmişdir.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sentyabr ayının 15-də Nəsimi rayonunun orta məktəblərində 15 sentyabr - «Bilik günü» yüksək təntənə ilə qeyd edilmişdir. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdirlər. Tədbirlərdə yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə şagirdlər və onların valideynləri təbrik edilmiş, məktəb kollektivlərinin yeni tədris ilinə tam hazır olduğu bildirilmişdi.
A.Rəhimov adına 247 saylı tam orta məktəbdə, Texniki Humanitar Liseydə, Bakı Slavyan Universitetində iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Sentyabr ayının 22-də 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir, yolların kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri quraşdırılmışdır.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Söhbətgahın döşəməsinə və ətrafına mozaika tipli tamet daşlar döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün “Abad həyət”də mini futbol meydançası da salınmışdır. Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
H.Seyidzadə 16 a ünvanının sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
Ötən il ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri ölkə başçısının Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncamına uyğun olaraq Sentyabr ayının 26-da keçirilmiş referendum olmuşdur. Referenduma hazırlıq mərhələsindən başlayaraq səsvermə gününədək Nəsimi rayonunda Seçki Məcəlləsinin tələblərinə uyğun bütün zəruri tədbirlər görüldü və 3 Dairə Seçki Komissiyası – 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının məntəqələrində səsvermə prosesi yüksək səviyyədə təşkil olunaraq referendum demokratik və şəffaf nəticə ilə tamamlandı. Bunu istər yerli, istərsə də xarici müşahidəçilər də təsdiqlədilər. Rayonda olan 97414 seçicidən 59654 nəfəri, yəni 61,2%-i səsvermədə iştirak etmişdir.
Sentyabr ayının 29-da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Çoşkunun Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində vida mərasimi keçirilmişdir.
Sentyabr ayının 30-da gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihəsinin son tədbirini Yusif Mirzəyev adına 44 nömrəli orta məktəbdə həyata keçirmişdir.
Sentyabr ayının 30-da Beynəlxalq Ahıllar günü münasibətilə Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir.
Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 279 ahıl vətəndaşdan 260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri qadın, 53 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil, 35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.
Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.
Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.
Tədbirdən sonra ahıl vətəndaşların istəyi nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən onlar ayrı-ayrılıqda qəbul edilmiş və qəbul zamanı qaldırılan sosial məişət məsələlərinin həlli üçün müvafiq tapşırıqlar verilmişdir.
Oktyabr ayının 3-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verilmişdir.
Oktyabr ayının 6-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə məktəblilərin Respublika Velotreki ilə tanışlığı və velosiped yarışlarına start verilib. Layihəyə əsasən məktəblilər Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadionu, fitnes klubu ilə tanış olublar. Onlara dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında məlumat verilib.
Oktyabr ayının 10-da Bakı Slavyan Universitetində (BSU) "Din və müasirlik" mövzusunda elmi seminar keçirilib. Dəyirmi masada BSU-nun YAP Gənclər Birliyi, Tələbə Xeyriyyə Fondu, Tələbə Gənclər və Tələbə Həmkarlar təşkilatlarına üzv olan və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.
“ASAN School” könüllülük məktəbinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin K-55 “Ekologiya” könüllü qrupu Nəsimi Rayon İcra Hakimiyyətinin vә "Yaşıl ASAN" tәşәbbüsünün dəstəyi ilə “Bir ovuc yem” adlı təqdimatını həyata keçirtmişdir.
Təqdimatda ASAN könüllüləri tərəfindən quş yuvaları ilə yanaşı məişət tullantısı sayılan plastik qablardan yem qabları hazırlanaraq Nəsimi rayonu Zabitlər parkı boyunca ağaclardan asılmışdır.
Oktyabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rübdə görülmüş işlərə dair rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.
Oktyabr ayının 13-də Nəsimi rayonu A.Loqinov adına 8 nömrəli tam orta məktəbdə Nəsimi rayonu İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı yol təhlükəsizliyi pasportunun yaradılması və tətbiqi ilə bağlı məlumat sessiyası keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil edildi.
Oktyabr ayının 17-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Ş.Məmmədova adına Opera Studiyasının konsert salonunda “Müstəqilliyimizin yaşıdları”tədbiri keçirilib.
Oktyabr ayının 18-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP Gənclər Birliyinin hazırladığı “Müstəqilliyimizin banisi: Əbədidir bayrağımız” filmi nümayiş etdirilib.
Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyası davam etdirilərək artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümimrespublika Yaşıl marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirmişdir. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunmuşdur.
Oktyabr ayının 22-də keçirilən iməcilikdə ilk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilmiş, biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac və gül kolları alınmışdır. Keçirilən aksiya zamanı ərazidə 2000 ədəd yeni ağac və parklarda yeni gül kolları əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
Noyabr ayının 4-də Dövlət Bayrağı Günü münasibəti ilə Dənizkənarı Milli Parkda Nəsimi rayon ictimaiyyətinin nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, ali təhsil müəssisələrinin tələbələrinin, idmançıların və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə «Bayrağımız – qürur mənbəyimizdir» yürüşü keçirilib.Tədbir Azərbaycan Velosiped idmanı Federasiyasının velosipedçilərinin yürüşü ilə başlanıb. Yürüşdə 5 minə yaxın Nəsimi rayon sakini iştirak edib.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələr artmobda daha fəal iştirak etdilər. Azərbaycan Dövlət Dillər Universitetinin tələbələri 9 NOYABR sözlərini canlı şəkildə yazdılar. Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzasını Bakı Slavyan Universitetinin 300 nəfərdən artıq tələbələri canlı şəkildə yazdılar. Nəsimi rayon orta məktəblərində təhsil alan şagirdlər də Flaşmobda Azərbaycan bayrağını canlandırdılar. Meydanda toplaşan bütün iştirakçılar “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyərək Azərbaycan bayraqlarını başları üzərində dalğalandırdılar. Tədbirin sonunda Azərbaycan bayrağı ilə bəzədilmiş minlərlə şar havaya qaldırıldı.
Noyabr ayının 7-də Nəsimi rayon nümayəndə heyəti rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişdir. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə təntənəli görüş keçirilmişdir. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Noyabr ayının 8-də Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış «Bayrağımız – qürur mənbəyimizdir» video çarxı nümayiş etdirildi. Video çarxda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbəti əks olunub. Filmdə həmçinin 7 noyabr 2016-cı ildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində və cəbhə xəttindəki səngərlərdə əsgər və zabitlərlə Bayraq günü münasibətilə keçirilən görüş-bayram tədbiri də yer almışdır.
Tədbirdə Milli Məclisin deputatları Asim Mollazadə, Məlahət İbrahim qızı, Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər. Tədbirdə Azərbaycanın incəsənət ustaları İlqar Muradov və Samir Cəfərovun, bədii qiraətçi Ağalar Bayramın ifasında vətənpərvərlik mahnıları və şeirləri səsləndirilmişdir.
Nəsimi rayonunda 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam etmişdir. Həmin tədbirlər çərçivəsində 5 nömrəli tam orta məktəbdə, 16 nömrəli Texniki Humanitar Liseydə Bayraq Gününə həsr olunmuş bayram tədbirləri keçirilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün də istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi respublikamızın bütün bölgələrində təntənəli surətdə qeyd edilmişdi.
Noyabr ayının 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Bakı Slavyan Universitetində Konstitusiya Günü və partiyanın yaranmasının 24 illiyi münasibətilə Nəsimi rayonundan olan bir qrup yaradıcı gəncin əl işlərindən ibarət sərgi keçirib. YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etdiklərinə görə bir qrup gəncə diplomlar, Yeni Azərbaycan Partiyasının sıralarına üzv olmuş gənclərə isə vəsiqələr təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 12-15 noyabr 2016-cı il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün VI maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada 40 nəfər Nəsimi rayon məktəbliləri Lənkəran - Masallı - Astara rayonlarına səfər etdilər.
Tur aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunmuşdur.
Noyabr ayının 14-də Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.
Noyabr ayının 15-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev Məşədi Dadaş məscidi dini icmasının rəhbəri Hacı Şahin Həsənov Millət vəkili Məlahət İbrahim qızı Millət vəkili Asim Mollazadə Bakı Musiqi akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış etdilər. Tədbirdə Togo Mərkəzi Afrika Respublikasının ABŞ-dakı konsulu, Los Angelesdəki Amerika Yəhudi Komitəsinin üzvü Grant Gochin də iştirak etmişdi.
Noyabr ayının 16-da Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Erkan Özoralın Azərbaycanda diplomatik fəaliyyətə başlaması ilə əlaqədar tanışlıq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində nəzakət görüşü keçirilib.
Noyabr ayının 16-da 111 saylı tam orta məktəbdə “Ucal, Yaşa Azərbaycan” mövzusunda tədbir keçirilmişdir.
Məktəbin foyesində şagirdlərin müxtəlif kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunmuşdu. Sərgidə 3 rəngli bayrağımızı və tarixi abidələrimizi simvolizə edən müxtəlif eksponatlar öz əksini tapmışdı.
Noyabr ayının 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində “ Fitnə” adlı filmin təqdimatı baş tutub.
“22 noyabr - Ədliyyə işçiləri günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birlikdə Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tədbir keçirmiş və buradakı uşaqlara doğum haqqında şəhadətnamələr təqdim edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsindən gələn qonaqlar körpələr evindəki valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşmüş, onların vəziyyəti ilə maraqlanmış, uşaqlara hədiyyələr təqdim edilmişdir.
Noyabr ayının 23-də Nəsimi rayonu “Qərənfil” körpələr evi-uşaq bağçasında keçirilən “Qızıl payız” adlı bayram valideyn, müəllim və qonaqların böyük marağına səbəb oldu. Balaca fidanların ifasında payız fəslini tərənnüm edən mahnı, şeir və rəqslər öz rəngarəngliyi ilə seçildi. Bu bayram bir daha uşaqlarda ana təbiətə qayğı və sevgi hisslərini aşılayaraq, onlarda doğma Azərbaycanın füsunkar təbiətinə məhəbbət və gücləndirilməsinə həsr edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, vətənpərvərlik mövzusunda mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir.
Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Turizm və Təhsilin inkişafına Dəstək” İctimai Birliyinin layihəsi əsasən rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir. Texniki Humanitar Liseydə və 44 saylı tam orta məktəbdə “Şəhidlər ölməz, vətən bölünməz” adlı tədbirləri keçirilmişdir.
Noyabr ayının 30-da 14 saylı tam orta məktəbdə “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilmişdir.
3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi, 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan və Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış uşaq bağçasındakı əlil uşaqlar- ümumilikdə 200-dən çox əlil uşaq üçün dekabr ayının 2-də «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbirdə 200 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş, populyar incəsənət ulduzları- Nadir Bayramlı, Təranə Qumral, Musa Musayev,Tural Salmanov, Zahid Qubadlı, Yaşar Yusub, Şadi Sehrab qızı və şən klounlar öz mahnıları və ifaları ilə tədbiri uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişlər.
İl ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuşdur. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 268 və 11 saylı məktəblərdə təhsil alan 20 nəfər uşağa əlil arabası təqdim edilmişdir. Bu il müxtəlif kateqoriyalardan olan 158 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Şəki, Kürdəmir rayonları və Bilgə qəsəbəsindəki istirahət mərkəzləri və sanatoriyalara göndərilmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Nəsimi rayonunda silsilə tədbirlər keçirilmiş, rayonun idarə, təşkilatlarında, ali və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında keçirilən tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılmışdır.
Dekabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, ağsaqqallar, veteranlar və gənclər təşkilatlarının, dini qurumların nümayəndələrinin, Milli Məclis üzvlərinin, nazirlik və komitə rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, qeyri hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə Ulu Öndərin keçdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunmuş, mərasim iştirakçıları ulu öndərin parlaq və unudulmaz xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər.
Dekabr ayının 9-da Nəsimi rayon ictimaiyyətinin, ağsaqqalların, ziyalıların, qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi verilmişdir.
Tədbirdə Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, “Azintur” SC-nin Sədri Aydın Heydərov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edilərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyulduğu bildirilmişdir. Dindarlar Ulu Öndərin əziz xatirəsini dualarla yad etmişlər. Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə ərzaq payları təqdim edilmişdir.
Həftə ərzində orta təhsil müəssisələrinin şagirdləri Fəxri xiyabana yollanaraq dahi şəxsiyyətin məzarını ziyarət etmişdilər. Həmçinin rayon məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil edilmişdir.
12 dekabr 2016-ci il tarixdə məktəblərdə “Böyük xilaskar” başlığı altında “Açıq dərs”lər keçirilmişdir. Məktəblərdə Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən video çarxlar nümayiş etdirilmiş, dəyirmi masalar, konfranslar keçirilərək Ulu Öndərin Azərbaycan dövlətinə bəxş etdiyi töhvələrdən danışılıb, təqdimatlar edilmişdi.
Dekabrın 16-da respublikamızda elm və təhsilin inkişafında, müstəqil Azərbaycanın humanitar ixtisaslar üzrə yüksəkkeyfiyyətli mütəxəssis hazırlığında, beynəlxalq əlaqələrimizin qurulmasında və milli-mənəvi dəyərlərimizin dünyada təbliğində xüsusi yeri olan Bakı Slavyan Universitetinin 70 illik yubileyi qeyd edilib.
Dövlət Sərhəd Xidmətinin Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər planına uyğun olaraq 21 dekabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon orta məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olmuşlar.
Dekabr ayının 22-də YAP Nəsimi rayon təşkilatının gənclər arasında birgə keçirdiyi Unudulmaz Lider və Mənim Prezidentim layihələrinin yekununa həsr edilmiş 55 Adda - 55 Qalib tədbiri keçirilmişdir. Tədbirə ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Həmçinin tədbirdə ilin yekunlarına və layihələrdə fəal iştirakına gorə gənclər arasında 55 nominasiya üzrə keçirilən müsabiqələrdə iştirak edən gənclərdən 55 qalibə mükafat təqdim edilmişdi. Tədbirdə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tərəfindən hazırlanmış “Gənclər öz Liderini təbrik edir” video filminin və “Ulu Öndər Nişanəsi” mahnısının təqdimatı da keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ən fəal gəncləri xüsusi hazırlanmış lövhədə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə öz səmimi təbriklərini də yazmışdırlar.
Azərbaycan Velosiped Federasiyası tətəfindən velosipedçilərin yürüşü təşkil edilmiş və qızlardan ibarət komandanın yarışı keçirilmişdir. Yarışda qalib gələn velosipedçi qızlar tədbirdə mükafatlandırılmışdırlar.
Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri - Ziyad Səmədzadə, Sahibə Qafarova, Şahin İsmayılov və digər rəsmilər iştirak edirdilər.
Nəsimi Rayon İcra Hakimiyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə dekabr ayının 23-də Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Uşaq hüquqları: İnkişaf və perspektivlər” mövzusunda tədbir təşkil edilmişdir. AQUPDK və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyat keçirilən layihələrə fəal qoşulan 55 uşağa hədiyyələr təqdim edilib.
Dekabr ayının 24-də rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən, həmçinin 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər olmaqla, ümumilikdə - 500 nəfər məktəblinin Bakı Dövlət Sirkində bayram tədbiri təşkil edilmişdir. Bayram tədbirində “Hindistan fili və dostları” proqramından əvvəl Şaxta baba və Qar qız Yeni il yolkası ətrafinda uşaqlarla görüşmüş, onlarla söhbət edərək rayon İcra hakimiyyəti tərəfindən hazırlanmış bayram hədiyyələrini təqdim etdilər.
Heydər Əliyev Fondu tərəfindən respublikamızın hər yerində olduğu kimi aztəminatlı ailələrin təbrik edilməsi tədbirləri çərçivəsində dekabr ayının 28-də Nəsimi rayonunda aztəminatlı ailələrdən olan 400 nəfərin iştirakı ilə təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən ictimai təşkilatların – Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsi, Vətən müharibəsi veteranları Birliyinin Nəsimi rayon şöbəsi, Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon bölməsi, Gözdən Əlillər Cəmiyyətinin Nəsimi rayon şöbəsi, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Nəsimi rayon filialı, Əlillər Cəmiyyəti Nəsimi rayon şöbəsi, 20 Yanvar Cəmiyyəti Nəsimi rayon şöbəsi, Nəsimi rayon Veteranlar Şurası, Nəsimi rayonunun Rus İcması, “Sodrujestvo” Cəmiyyətinin Nəsimi rayon şöbəsinin üzvlərinin, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Sonra təbdir bayram süfrəsi arxasında davam etdirilib, aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri dekabr ayının 29-da rayon İcra Hakimiyyətinin bayram münasibəti ilə təşkil olunmuş tədbir olmuşdur.
Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan aztəminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1000-dən çox ailəyə bayram payları təqdim edilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri 2016-cı hesabat ilində Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə uyğun olaraq vəzifə və səlahiyyətləri çərçivəsində işlərini quraraq ərazidə fəaliyyət göstərən dövlət qurumları, xidmət sahələri, bələdiyyə digər təşkilatlarla qarşılıqlı fəaliyyətitəmin etmişlər.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində ötən il ərzində quruculuq və abadlıq işləri davam etmişdir.
14 iyul - Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibəti ilə açılışı olan, birinci mikrorayon ərazisində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan parkda əsaslı təmir işləri başa çatmışdır.
Moskva prospekti 46 ,52 ,62, 70, 74, 82, 86 saylı binaların, Məmmədcəfər Cəfərov küçəsi 1 saylı binanın və Cavadxan küçəsi 58, 60 saylı binaların fasadları təmir olunmuşdur, giriş qapıları dəyişdirilmiş və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunmuşdur. Artıq Hüseyin Seyidzadə 16 sayli binanın fasadının təmirinə başlanmışdir. İşlər davam edir.
Hüseyn Bala Əliyev küçəsi 38, 42 saylı binaların, Əliisgəndər İsgəndərov küçəsi 3/1 saylı binanın arxa və qarşı hissəsində, 20 Yanvar küçəsi 39, M.Cəlal 54,60,62,64 və 66 saylı binaların ön və arxa hissəsində yerləşən qanunsuz çəkilmiş çəpərlər sökülərək təmizlənmiş və abadlıq işləri görülmüşdür.
“Abad həyət” layihəsi çərçivəsində yeni təmir olunmuş Hüseyn Seyidzadə 16a saylı binanın sakinlərinin ixtiyarına verilmişdir.
Hüseyn Bala Əliyev küçəsində köhnə asfalt örtüyü qaşınaraq yeni asfalt örtüyü ilə əvəz olunmuş və köhnə bardürlar yenisi ilə dəyişdirilmişdir.
Cavadxan küçəsi 20 ünvanda ümumilikdə 310 kv.m sahədə köhnə asfalt örtüyü qaşınaraq yeni asfalt örtüyü döşənmiş və istinad divari 40 sm hündürlüyündə bütün yol boyu hər iki tərəfi suvanmış və ağlay ilə üzlənmişdir. Hüseyn Bala Əliyev küçəsi 12, 18, 22 ünvandakı binaların həyətinə ümumi sahəsi 52 kv.m olmaqla 6 ədəd seyrangah əsaslı təmir olunmuş və 12 ədəd oturacaq quraşdırılmışdır. Cavadxan küçəsi 20, 32 ünvanlarda 2 ədəd seyrangah ümumi sahəsi 16 kv.m olmaqla təmir olunmuş və 10 ədəd oturacaq quraşdırılmışdır.
Hesabat ilində ərazidə bir sıra yadda qalan tədbirlər keçrilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş İbrahimov Tağı Sabir oğlunun yaşadığı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 35 ünvanındakı binanın həyətində baraleyfi qoyulmuş və guşənin yanvarın 18-də rayon rəhbərliyinin iştirakı ilə açılışı olmuşdur.
Ötən bir il ərzində 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Nəsimi Rayon İcra Hakimiyyətindən, eləcədə müxtəlif təşkilatlar tərəfindən 82 məktub daxil olmuşdur. Hər bir məktuba qanunvericiliyə uyğun olaraq baxılmış, səlahiyyətlərimiz çərçivəsində tədbir görülmüş və vaxtında cavablandırılmışdır.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.
Nümayəndəlik hesabat dövrü ərzində əraziyə xidmət göstərən 13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdır.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütamadi olaraq məlumat verilmişdir.
Nümayəndəlik hesabat dövrü ərzində rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən həyata keçirilən rayon tədbirlərinin hazırlanmasında yaxından iştirak etmiş, əhalinin tibbi müayinədən keçirilməsi, rayon İcra Hakimiyyəti və Mərkəzi Klinik Hospitalının rəhbərliyi ilə birlikdə müalicə olunan hərbi qulluqçuların “Silahlı qüvvələr günü” münasibəti ilə təbrik edilməsi üçün bayram şənliyinin təşkil edilməsi, aztəminatlı ailələrin uşaqlarının yay istirahəti (Qəbələ, “Akvapark” istirahət mərkəzləri, Bakı Dövlət sirkinə, dəniz gəzintisi və muzeyə ekskursiya) habelə yaşlı nəslin nümayəndələrinin “Bilgəh”sanatoriyasında istirahətinin və aztəminatlı ailələrə yeni-2017-ci il münasibətilə Heydər Əliyev fondu tərəfindən ərzaq bağlamaları verilməsi işinin təşkilində, rayon tədbirlərinə sakinlərin cəlb edilməsi tədbirlərin təşkilində iştirak etmişdir.
Nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yernidənqurma işləri aparılmışdır. Belə ki, Azadlıq pr, Bakıxanov, A.Qurbanov, H.Sarabski, C.Məmmədquluzadə, E.Tağızadə, Mirqasımov, S.Vurğun, M.Qaşqay, M.Qardaşları, A.Əliyev, C.Hacibəyli və s. küçələrində 157 kv.m. tamet daşı, 4350 kv.m asfalt örtüyü vurulmuş, A.Qurbanov, C.Məmmədquluzadə, Sarabski, Mərdanov qardaşları, N.Yusifbəyli, Ə.Qasımzadə, Bakıxanov, N.Məlikov, S.Rəhman, N.Vəzirov küçələri, Azadlıq pr. və Hərbi hospitalın həyətində 7243 kv.m asfalt örtüyü vurulmuş, 1190 kv.m fasad (Heydər Əliyev adına MTK və Türk səfirliyinin Sarabski küçəsi istiqamətindəki hasarları da daxil olmaqla) rənglənmiş, 50 400 ədəd kol və 180 ədəd ağac əkilmiş, 685 kv.m qazon örtüyü vurulmuşdur.
Qış mövsümü ilə əlaqədar Bakıxanov, Sarabski, Vaqif, Mərdanov Qardaşları, Mirqasımov, İ.Qasımov, A.Səhhət, S.Rüstəm, M.Qaşqay, A.D.Qurbanov, Y.V.Çəmənzəminli, N.Yusifbəyli və s. küçələrində ümumilikdə 1607 kv.m dam örtüyü şüşəli ruberoidlə təmir edilmiş, 2530 p.m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. Hesabat dövrü ərzində 191 p.m su xətti, 91 p.m qaz xətti, 1120 p.m istilik xətti, 8 ədəd giriş qapısı, 42 kv.m keçid meydançası təmir edilmiş, 58 kv.m ümumi istifadə yerləri şüşələnmişdir.
Akademik H.Əliyev küçəsi 17 saylı ünvanda Dövlət İmtahan Mərkəzinin inzibati binasının yerində yeni binanın tikintisi davam etdirilir.
Dövlət başçısi cənab İlham Əliyevin tikinti sektorunda fəallığı ilə seçilən sahibkarlara çağırış etməsindən sonra nümayəndəliyin ərazisində müxtəlif ünvanlarda V.Plotnikov küçəsində “Kontinental”MTK, Kaveroçkin küçəsində “Serviz” MTK, H.Ələsgərov küçəsində “Star” MTK, Ak.Həsən Əliyev küçəsində “Abşeron kristal” MTK, Ak.Həsən Əliyev küçəsində “Azamko”MTK, N.Yusifbəyli küçəsində “Anima” MTK, N.Yusifbəyli küçəsində “İron-İnşaat” və Mirqasımov küçəsində “Elleps-R” MTK-ın yüksək mərtəbəli, çoxmənzilli binaların inşa edilməsi işində Bakı şəhərinin görkəminə xələl gətirən, köhnə yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək yerində yüksək mərtəbəli, çoxmənzilli binaların tikilməsinə dair Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına əsasən 2 nömrəli nümayəndəliyin xidməti ərazisində də pilot tipli layihələrə start verilmişdir. Azadlıq pr., M.Qaşqay, V.Plotnikov və R.Axundov küçələrinin əhatə etdiyi ərazidə “Maşınqayıran” MTK tərəfindən aparılan pilot layihə çərçivəsində tikiləcək ilk binanın inşa edilməsi üçün əhalinin çox hissəsi köçürülmüş, söküntü işlərinə başlanılmışdır.Pilot layihənin həyata keçirilməsində nümayəndəliyin üzərinə rayon İcra Hakimiyyəti tərəfindən müəyyən vəzifələr qoyulmuş, əhali arasında maarifləndirilmə işləri aparılmışdır.
Nümayəndəlik rayonda keçirilən ictimai, mədəni-kütləvi tədbirlərin, təntənəli mərasimlərin təşkil olunmasında yaxından iştirak etmiş, rayon İcra Hakimiyyəti tərəfindən üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xidməti ərazisində 2016-cı il ərzində bir sıra əhəmiyyətli abadlıq-quruculuq işləri və zəruri sosial layihələr həyata keçirilmişdir.
51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyin 2016-cı ildə fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirilmişdir.
Hər il olduğu kimi, 2016-cı ilin yanvar ayında nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir.
Ərazinin sanitar vəziyyəti, küçələrin süpürlməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür.
İnzibati ərazidə yerləşən Tolstoy küçəsi 142 nömrəli ünvanda 16 №-li məktəbin ətrafında səkilərdə daimi avtomobillərin saxlanılması nəticəsində məktəblilərin və piyadaların gediş-gəlişinə çətinliklər yaranırdı. Bununla əlaqədar olaraq əsasən səkidə maşınların saxlanmasının qarşısını almaq, məktəbli və piyadaların sərbəst gediş-gəlişini təmin etmək məqsədi ilə səkiyə 27 ədəd tumba quraşdırılmış, 100m2 asfalt vurulmuşdur.
Bundan əlavə Şəmsi Bədəlbəyli küçəsi 100 saylı ünvanda binanın qarşısında 8 ədəd çinar ağacı əkilmiş və ətrafa asfalt örtüyü vurulmuşdur.
Üzeyir Hacibəyli küçəsində yol kənarında mütamadi olaraq gül kolları əkilmiş, qazon örtüyü salınmış, Zərifə Əliyeva küçəsi 59 saylı binanın qarşısında 150m2 yaşıllıq zolağı salınmış, səkilərə 300m2 asfalt örtüyü vurulmuşdur.
Əlibəy Hüseynzadə və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində, Keykab Səfərəliyeva 24 və Süleyman Rüstəm küçələrində ümumilikdə 335 p.m qaz xətti dəyişdirilmişdir.
Nəsimi Sukanal İdarəsi tərəfindən il ərzində Əlibəy Hüseynzadə, Dilarə Əliyeva, Kiçik Dəniz, Salatın Əsgərova, Vidadi küçələrində baş vermiş su qəzalarının qarşısı alınmış, Şamil Əzizbəyov 215, Salatın Əsgərova 182, 184; 8 May 20, 48; Azadlıq prospekti 18, Rəsul Rza 27, Droqal döngəsi 6 saylı binalarda kanalizasiya xətləri təmir olunmuşdur.
Dəmir yol vağzalının qarşısında, Azadlıq prospekti 20, Şamil Əzizbəyov küçəsi 148, 213, Əlimərdan bəy Topçubaşov 118, Rəsul Rza 27, 30, Tolstoy 156, Əlövsət Quliyev 126, 133, Rəşid Behbudov, Süleyman Rüstəm, Mərdanov Qardaşları küçələrinin tələb olunan hissələrdə Azəravtoyol servis Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə 2253m2 asfalt örtüyü vurulmuşdur. Bundan əlavə, Azəravtoyol servis tərəfindən Süleyman Rüstəm küçəsinin Salatın Əsgərova küçəsindən Füzuli küçəsinə gədər olan hissəsindəəsaslı təmir işləri aparılmış, yeni asfalt örtüyü vurulmuş 500 p/m yeni bardürlər qoyulmuş, köhnə kanalizasiya lüklərinin qapaqları yenisi ilə əvəz olunmuşdur.
Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində və Füzuli küçəsi 53 saylı binanın qarşısında çökmüş asfalt örtüyü bərpa edilmişdir.
Üzeyir Hacıbəyli 66 saylı ünvanda yerləşən Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə yataqxanasının fasad hissəsi yenidən təmir olunaraq, aqlay daşla üzlənmiş, binanın dam hissəsində mansard tikilərək əsaslı təmir olunmuşdur.
Hal-hazırda Dəmiryol vağzalının inzibati binasında və mehmanxanasında əsaslı təmir işləri davam etdirilir, “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında başlanılmış əsaslı təmir işləri başa çatdırılmış, ətrafında yaşılıq zolaqları salınmışdır.
Ölkə başçısının tapşırığına əsasən, fevral ayının 15-dən may ayının 2-nə qədər Respublikanın bütün bölgələrində olduğu kimi, xidməti ərazidə də əhalinin pulsuz tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam etdirilmişdir.
Sentyabr ayının 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı ümümxalq səsverməsi – Referendum keçirilmişdir. Nümayəndəlik seçki ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq verilən tapşırıqların yerinə yetirilməsini təmin etmişdir.
Rayonumuzun sosial-mədəni həyatı üçün aktuallıq kəsb edən bir məsələnidə xatırlamağı zəruri hesab edirəm. Bildiyimiz kimi, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun müvafiq sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilmiş, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə sakinlərin köçürülməsinə başlanılmışdır.
Hesabat dövründə vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması, məsuliyyətli yanaşmanın təmin edilməsi ilə bağlı verilən tapşırıqların icrası daim nəzarətdə saxlanılmışdır. Vətəndaşların qəbulu müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilmiş, qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi, müvafiq izahatların verilməsi təmin olunmuşdur.
Vətəndaşlardan qəbul edilmiş 38 ərizə qanunamüvafiq şəkildə araşdırılmış, lazımı tədbirlər görülmüş və vətəndaşlara yazılı şəkildə məlumat verilmişdir.
Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, əsas diqqət qəbul edilmiş qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aktlarının icrasına yönəlmişdir.
Gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə İdarə tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:
Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş “20 Yanvar faciəsi” şəhidlərinin keçdiyi şərəfli yolun gənclərə çatdırılması, istedadlı gənclərin aşkara çıxarılması və onlara öz qabiliyyətlərini nümayiş etdirmələri üçün şəraitin yaradılması məqsədilə 12.01.2016-cı il tarixdə 54 saylı orta məktəbdə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 Yanvar faciəsi”nin XXVI ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı, 14.01.2016-cı il tarixdə isə eyni adlı rəsm müsabiqələri keçirilmiş, hər iki müsabiqədə qalib gəlmiş iştirakçılar diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
Xocalı faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar 11.02.2016-cı il tarixdə 44 saylı tam orta məktəbdə “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı, 12.02.2016-cı il tarixdə isə 164 saylı tam orta məktəbdə eyni adlı rəsm müsabiqələri təşkil olunaraq keçirilmiş, qalib gəlmiş iştirakçılar diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, 30.03.2016-cı il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir.
31.03.2016-cı il tarixdə Bakı Qızlar Universitetində və Texniki Humanitar Liseydə tələbə və şagirdlərin iştirakı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmiş, ermənilərin xalqımıza qarşı törətdikəri müsibətlərdən söhbət açılmışdır.
Ümummilli lider Heydər Əliyevin ideyalarının gənclər arasında geniş təbliğ olunması və istedadlı gənclərin üzə çıxarılması məqsədilə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə 22.04.2016-cı il tarixdə 5 saylı tam orta məktəbdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi, 03.05.2016-cı il tarixdə isə 151 saylı tam orta məktəbdə rəsm sərgisi keçirilmiş, qalib gəlmiş şagirdlər mükafatlandırılmışlar.
09 may - Qələbə Gününə, 28 May - Respublika gününə, 26 iyun – Silahlı Qüvvələr gününə həsr olunmuş turnirlər keçirilmiş, qalib komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılmışlar.
14.07.2016-cı il tarixdə Nəsimi rayon Gənclər və İdman İdarəsində Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 47-ci ildönümü münasibətilə “Dahi şəxsiyyət – Heydər Əliyev” mövzusunda dəyirmi masa keçirilmişdir.
Ordu sıralarından təxris olunan gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətini diqqətdə saxlamaq və onların gələcək fəaliyyəti və peşə seçimini düzgün istiqamətləndirmək məqsədilə 28 iyul 2016-cı il tarixdə Nəsimi rayon Gənclər və İdman İdarəsində Ordudan tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.
Gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, onların milli tariximizə hörmət ruhunda tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə 05 avqust 2016-cı il tarixdə Gənclərin Şirvanşahlar saray kompleksinə və Qız Qalasına, 02.09.2016-cı il tarixdə isə Qobustan tarixi-memarlıq qoruğuna ekskursiyası keçirilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 08.12.2016-cı il tarixdə 44 saylı tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, 12.12.2016-cı il tarixdə isə bir qrup rayon gəncinin Fəxri Xiyabana ziyarəti təşkil edilmişdir.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyaları və Azərbaycan Respublikası Veteranlar Təşkilatının qərarına əsasən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
18 Oktyabr – “Müstəqillik günü” münasibətilə bir sıra tədbirlər həyata keçirilmişdir.
09 noyabr – Dövlət Bayrağı Günü münasibətilə 01.11.2016-cı il tarixdə 54 saylı tam orta məktəbdə “Mənim bayrağım” mövzusunda rəsm, 02.11.2016-cı il tarixdə 44 saylı tam orta məktəbdə eyni adlı inşa yazı müsabiqəsi, 04.11.2016-cı il tarixdə isə Dövlət Bayrağı Meydanında Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə “Bayrağımız – qürur mənbəyimizdir” şüarı altında kütləvi yürüş keçirilmişdir.
Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə İdarə tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.
Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası, o cümlədən həssas qruplardan olan gənclərin dəstəklənməsi məqsədilə İdarə tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə İdarə tərəfindən 2016-cı ilin yanvar-dekabr ayları ərzində gənclər sahəsi üzrə keçirilən 60 tədbirdə 10659 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə ümumtəhsil məktəblərinin komandaları arasında XXVII Spartakiadanın 12 növü üzrə, “Basketbol”, “Voleybol” futbol, mini futbol, müxtəlif stolüstü oyunlar, “Taekvondo” və s.yarışlar keçirilmiş, komandalara və idmançılara diplom və müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Ümumilikdə İdarə tərəfindən 2016-cı ilin yanvar-dekabr ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 41 tədbirdə 5986 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
2016-cı il ərzində Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsində və 19 №li Yanğından Mühafizə Bölməsində Şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.
Mülki-müdafiə işlərinin təşkilinə dair sənədlər vaxtı-vaxtında tərtib olunmuş, həyacan siqnalı üzrə əməkdaşların normativ vaxtda səfərbər olunması işi rübdə bir dəfədən az olmayaraq yerinə yetirilmişdir, onların ümümilli pasportlarla təmin olunması, MM çantalar ilə və ekipirovka ilə təmin edilməsi işləri görülmüşdür. Rayon ərazisində yerləşən mühüm əhəmiyyətlə və yanğın təhlükəli obyektlərdə vaxtaşırı taktiki təlim-məşğələlər təşkil edilmiş, həmin obyektlərdə yanğına qarşı rejimə əməl olunması üçün işçilərə səlahiyyətlərimiz çərçivəsində təlimatlar verilmişdir. Belə obyektlər üçün yanğınsöndürmə əməliyyat və kartoçkalarının işlənib hazırlanması yerinə yetirilmiş,rayon ərazisində olan yanğına qarşı su mənbələrinin daima saz vəziyyətdə saxlanilması məqsədilə Nəsimi rayon Su idarəsi və FHN-nin müvafiq qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir.
25-27 aprel 2016-ci il tarixlərdə Bakı şəhərində “Birləşmiş Millətlət Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun”-nun keçirilməsi ilə əlaqədar “Heydər Əliyev Sarayı”nda,”Holiday JN” otelində , “MARİOTT Abşeron” otelində və “Hilton”otelində yanğın təhlükəsizliyinin təşkili məqsədilə Nəsimi RDYMH-dən yanğın texnikası ilə 42 nəfər əməkdaşımız sutkalıq növbə çəkməyə cəlb olunmuşdur. 17-19 iyun tarixlərdə “Formula-1 QRAN PRİ BAKI” idman yarışlarında yanğın təhlükəsizliyinin təmin edilməsi üçün hissəmizdən 4 yanğın texnikası və 57 nəfər əməkdaşımızın iştirakı ilə yarışın keçirildiyi ərazidə sutkalıq növbə çəkilməsi təşkil olunmuşdur.
2016-cı il ərzində rayon ərazisində baş vermiş yanğınlar üğürla söndürülmüş, yanğınlarda həlak olan olmamışdir. İl ərzində baş vermiş yanğınlarda 5 nəfər yüngül xəsarət almış 2 nəfər xilas edilmiş, 27 nəfər təhlükə zonasından təxliyyə edilmişdir.
Nəsimi rayonunda 3 Dairə Seçki Komissiyası – 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyası fəaliyyət göstərir. Ümumxalq səsverməsi demokratik və şəffaf şəkildə keçirilmiş, rayonda olan 97414 seçicidən 59654 nəfəri, yəni 61,2%-i səsvermədə iştirak etmişdir.
Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun təklifi ilə Bakı və San Dieqo şəhərləri arasında yaranmış münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, eləcə də böyük sayda erməni icmasının mövcud olduğu Kaliforniyada Azərbaycanın təbliği məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə 4 nəfərdən ibarət nümayəndə heyəti cari ilin 23-31 tarixlərində ABŞ-ın Kaliforniya ştatına səfər etmişdir. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Asim Mollazadə, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev və Nəsimi RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Məmmədli olmuşlar.
2011-ci ildən etibarən Kaliforniyanın San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətləri qurulmuşdur. Əhalisinin sayına görə Kaliforniyanın ikinci, ümumilikdə ABŞ-ın səkkizinci ən böyük şəhəri olan San Dieqo şəhəri Kaliforniya ştatının siyasi və iqtisadi həyatında mühüm rol oynayır.
Səfər proqramı çərçivəsində Los Anceles, San Dieqo şəhəri və San Dieqo vilayətinin seçkili nümayəndələri, biznes dairələrilə, eləcə də müxtəlif təşkilatların rəhbərliklərilə görüşlər, həmçinin San Dieqoda Azərbaycanın müstəqilliyinin 25, Bakı-San Dieqo münasibətlərinin 5 illiyinə həsr olunmuş geniş tədbirlər keçirilmişdir.
Oktyabrın 24-də nümayəndə heyəti Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə ərsəyə gəlmiş «Əli və Nino» bədii filminin premyerasında iştirak etmişdir. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən premyerada, Hollivud kino sənayesinin tanınmış nüymayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodyserləri, recissorları və aktyorları və digər şəxslər iştirak edirdilər.
Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim etdi. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda “Azərbaycan Müstəqillik Günü” elan olunub.
Tədbirlərdə nümayəndə heyətinin üzvləri çıxışlar edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davamlı və dinamik inkişaf məntiqinə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində qazanılmış uğurları, Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi, Bakı-San Dieqo münasibətlərinin ötən 5 il ərzində inkişafı, San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyi, Azərbaycan-ABŞ münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğu, bu baxımdan Bakı-San Dieqo dostluğunun gözəl bir nümunə təşkil etdiyi vurğulanmış və ölkəmizdəki dini tolerantlıq, multikulturalizm ənənələrindən danışıldı.
Kaliforniya Ştat Senatoru Marti Blok və onun ofisinin aparatının rəhbəri Kris Vard ilə, San Dieqonun müharibə icması veteranları, daha sonra Tomas Ceferson Hüquq İnstitutunun rəhbəri Tomas Guernsey və institutun digər ziyalılıarı ilə, Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin liderləri ilə, San Dieqo Vilayəti Yəhudi Federasiyasının sədri Maykl Sonduk ilə, San Dieqo Limanı Administrasiyası idarə heyətinin sədri Marşal Merifild ilə, San Dieqo Cevish Cournalda, San DieqoVilayəti Nəzarətçilər şurasının sədri Ron Robert ilə, sonra Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez ilə , Los Anceles Amerika Yəhudi Komitəsinin üzvləri görüşlər keçirildi. Tədbirlərdə Azərbaycan milli sənət əsərlərindən ibarət hədiyyələr edildi.
Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə və Bakı-San Dieqo münasibətlərinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş ziyafət oldu.
Tədbirdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak edirdilər. Ziyafətdə nümayəndə heyətimiz tərəfindən çıxışlar edilərək Azərbaycanın qədim dövlətçilik ənənələrindən, müstəqilliyinin bərpasından, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dərin böhrandan xilas olmasından, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrilməsindən, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsindən danışıldı.
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli,1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
Milli Fəaliyyət Planlarının icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə vəzifələri müəyyənləşdirilmişdir. İkili tabelikdə olan yerli qurumların, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Mənzil istismarı sahələrinin, Xidmət sahələrinin, müəssisə və təşkilatların rəhbərlərinin, bələdiyyələrin üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri RİH Başçısı yanında Şuranın geniş yığıncağlarında Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq, yeniləşmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik, rüblük hesabatlarının İnternet səhifəsində açıqlanması, il ərzində mütəmadi olaraq toplantı və yığıncaqlarda ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genilşəndirilməsi məqsədilə RİH Başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilir və müvafiq qərarlar verilir. 2016-cı ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir. RİH Başçısının 1 nömrəli, 2 nömrəli və 3 nömrəli nümayəndəliklərinin illik hesabatları 2016-cı ilin yanvar ayında geniş müzakirə edilmiş, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Rayon İcra Hakiymiyyətinin 2015-ci ilin yekunlarına dair hesabatı 02.02.2016-cı il tarixdə şuranın geniş iclasında müzakirə edilmiş, yığıncaq iştirakçılarına və ictimaiyyət nümayəndələrinə görülmüş işləri əks etdirən film və «Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir – Nəsimi rayonunun 2015-ci ildəki sosial-iqtisadi göstəriciləri də bunu bir daha təsdiq edir» başlığı altında 12 səhifəlik «Nəsimi» xüsusi buraxılışı (qəzet) təqdim edilmişdir. Hesabat yanvar ayında internet saytında yerləşdirilmişdir.
Dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşür. Dövlət qulluqçularının peşəkarlığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2016/2017-ci tədris ilində rayon İcra Hakimiyyətinin iki əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» və «Davamlı inkişafın idarə edilməsi» ixtisasları üzrə maqistratura səviyyəsində qiyabi bölməyə qəbul olunmuş və hazırda Akademiyayda RİH-nin 4 əməkdaşı təhsil alvr. Etik davranış məsələləri üzrə illik hesabat hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim edilmişdir.
Dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması sahəsində işlər davam etdirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarınnın Müdafiəsi üzrə komissiya” Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş 31 may 2002-ci il tarixli, 336 11Q nömrəli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar” haqqında əsasnamə əsasında fəaliyyət göstərərək hesabat dövründə əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanuna zidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, dərslərdən yayınma hallarınınn qarşısını almağa, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsinə yönəldilmişdir.
2016-cı il ərzində komissiyanın 35 iclası keçirilmiş, idarə və təşkilatlardan, vətəndaşlardan daxil olmuş ərizə və məktublara, cinayət etmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbayvan Respublikasının Cinayət Qanunvericiliiyi ilə müəyyən olunmuş yaş həddinə çatmayanlar barəsində müvafiq dövlət orqanlarından daxil olmuş materiallara və tədbirlər planına nəzərdə tutulmuş məsələlərə baxılmışdır.
Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 271 saylı, 8 avqust 2014-cü il tarixli qərarının 2.19.1 bəndinə müvafiq olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların doğum faktının qeydə alınması ilə bağlı YYÇ-ların işləri və HM üzrə komissiyasına daxil olmuş müraciətlər əsasında Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciər olunmuş və 1 saylı KE-də yaşayan 39 azyaşlıya doğum haqqında şəhadətnamə alınmışdır.
Komissiya üzvləri tərəfindən risk qrupuna daxil olan ailələrə, övladlığa və himayəyə verilmiş uşaqların ailələrinə edilən səfərlərdə onların valideynləri və yaxud da qanuni himayəçiləri ilə maarifləndirici söhbətlər aparılmış, həmin uşaqların dərsə davamiyyəti, mənzil-məişət şəraiti, sağlamlığının vəziyyəti, himayədə olduğu ailənin maddi durumu öyrənilmiş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
Ötən İl ərzində komissiyaya internat məktəbi və ya körpələr evinə yerləşdirmək barədə 6 müraciət olmuşdır.
İl ərzində 7 dəfə valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların himayədarları Komissiyanın sədri tərəfindən qəbul olunmuş, onları narahat edən məsələlər, arzu və təklifləri öyrənilmiş, onlara müvafiq köməklik göstərilmişdir. 2016-cı il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən heç bir cinayət faktı qeydə alınmamışdır.
Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomalığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutmuşdur.
Azərbaycan Respublikası Narkomalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 02-07 saylı, 15.01.2016-cı il tarixli məktubuna müvafiq olaraq rayon komissiyasının 2016-cı il üçün iş planı təsdiq olunmuşdur.
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirmişdir.
Azərbaycan Respublikası Baş Nazirin müavini cənab Əli Həsənovun imzası ilə daxil olmuş 08.12.2015-cı il tarixli, 29/11-124 saylı məktubla əlaqədar 02.02.2016-cı il tarixdə “İki sahil” qəzetində rayon komissiyası tərəfindən Gənclər narkomaniyaya “YOX” deyir mövzusunda məqalə dərc edilmişdir.
19.02.2016-cı il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun 29/11-22 saylı, 19.02.2016-cı il tarixli məktubuna əsasən Nəsimi rayon İcra Hakimiyyəti Aparatında təlim-məşğələsi keçirilmişdir.
“Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiya tərəfindən 2016-cı il ərzində (4 dəfə) 126 vətəndaşdan müsadirə edilmiş 2 kq, 114.189 qram narkotik maddələr komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır.
2016-cı il ərzində Nəsimi rayonu ərazisində rayon Polis İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəs ilə bağlı 127 cinayət hadisəsi qeydə alınmış, onlardan 9 fakt satış məqsədilə, qalan 118 fakt isə bu maddələrin saxlanması üzrə olmuşdur.
Dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin ümumi çəkisi 19 kq 993 qram olmuşdur. Bunlardan 4 kq. 476 qram heroin, 15 kq. 417 qram marixuana, ümumilikdə 42 qram həşiş olmuşdur.
Əldə etdiyimiz mlumata əsasən 2016-cı ildə Narkoloji Dispanserdə 1423 nəfər narkoman, 11 nəfər toksikoman qeydə alınmışdır. Qeydə alınmış narkomanlardan 58 nəfərini qadınlar təşkil edir, 12 nəfəri isə profilaktik müayinədən keçmişdir.
Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı idarə, müəssisə və vətəndaşlara müraciətlər edilir. Rayon komissiyası bu sahədə işlərini daha da gücləndirərək rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti üzrə yaradılmış Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.
RİH Apellyasiya Şurasının il ərzində iclasları keçirilmiş Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanını rəhbər tutaraq Şuranın iş fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında digər İcra Hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə həyata keçirilməsi istiqamətində irəli gələn vəzifələr müəyyənləşdirilmiş və müvafiq tapşırıqlar verilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının «Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarında müraciətlərin elektron qəbulu sistemi»nə qoşulması ilə bağlı Prezident Administrasiyası rəhbərinin 22.07.2016-cı il tarixli, 2/551 nömrəli məktubuna əsasən zəruri təşkilatı-texniki tədbirlər görülmüş, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə müraciət edilərək Apellyasiya Şurasının sədri və üzvünə, katibliyin rəhbəri və üzvünə elektron imza sertifikatları alınmışdır. Rayon icra Hakimiyyətinə və Apellyasiya Şurasına daxil olmuş müraciətlər müəyyən olunmuş qaydada baxılaraq cavalandırılmışdır.
20 yanvar, Xocalı Faciəsi, «Novruz Bayramı», “Çernobıl” faciəsi günü, 9 May Qələbə günü, 28 May Respublika günü, Ramazan və Qurban bayramları ərəfəsində, Ahıllar günü, Əlillər günü, Yeni il ərəfəsində sakinlərə 11100-dən çox ərzaq payı və maddi yardımlar göstərilmişdir. Ramazan ayında, dekabr ayında ehsan süfrələri açılmışdır.
Dövlət qayğısı çərçivəsində 2016-cı ildə imtiyazlı şəxslərə mənzillər ayrılmışdır. 9 ailəyə, o cümlədən 4 gözdən əlil ailəsinə, 2 nəfər 20 yanvar əlili ailəsinə, 2 Qarabağ müharibəsi əlili ailəsinə, 1 şəhid ailəsinə mənzillər verilmişdir.
2016-cı il ərzində RİHBA tərəfindən Nəsimi rayonunda fəaliyyət göstərən siyasi partiyalar, onların rayon təşkilatları, ictimai təşkilatlar, dini qurumlar barədə məlumatların toplanması, sistemləşdirilməsi və yeniləşməsi, RİH-nə olan müraciətlər əsasında yeni təşkilat və qurumların qeydə alınması, bu qurumlarla tanışlıq işləri aparılmışdır. Görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” Qanunlarına uyğun olaraq aparılır və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai Siyasi şöbəsindən alınan təlimat və tövsiyələrə uyğun həyata keçirilmiş, mütəmadi olaraq görülmüş işlər barədə hesabatlar hazırlanmış və məlumatlar verilmişdir. Təşkilatların iclas və yığıncaqlarında, keçirdikləri tədbirlərdə mütəmadi iştirak edilmişdir.
Hazırda Nəsimi rayonunda 13 partiyanın rayon şöbələri və özəkləri fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Milli İstiqlal Partiyasının rayon təşkilatları istisna olmaqla digər 11 siyası partiyanın ilk təşkilatının Nəsimi rayonunda müstəqil fəaliyyəti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərirlər. Rayonda ən çox özəyi olan partiya Yeni Azərbaycan Partiyasıdır (114 ilk ərazi təşkilatı). Partiya üzvlərinin sayı günbəgün artır və hazırda 27.398 nəfər təşkil edir. Digər partiyaların rayon təşkilatlarının fəaliyyətləri nəzərə çarpacaq səviyyədə deyildir və sosial bazaları məhduddur.
Ümumilikdə partiyaların rayon təşkilatları tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna riayət olunması qənaətbəxşdir.
Qeyri-hökumət təşkilatları:
Nəsimi rayonu mərkəzi rayon olduğundan ərazidə bir sıra beynəlxalq və respublika miqyaslı təşkilat, fond, cəmiyyət, assosiasiyaların qərargah və baş ofisləri yerləşmişdir. Hazırlanmış məlumat bazasında rayon ərazisində fəaliyyətdə olan 45 təşkilat vardır. Bu təşkilatlardan 12-si respublika miqyaslı təşkilatların rayon şöbələridir ki, bunlardan da Veteran təşkilatları Şurasını, Ağsaqqallar Şurasını, Ağbirçəklər Şurasını, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri İctimai Birliyini, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyini, Qızıl Aypara Cəmiyyətini, Əlillər Cəmiyyətini, Korlar Təşkilatının, Çernobıl əlilləri cəmiyyətinin, 20 Yanvar Cəmiyyətlərinin, “Sodrujestvo” cəmiyyətinin və Azərbaycandakı Rus İcmasının rayon şöbələrini qeyd etmək olar. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi də RİH-lə sıx əlaqədə fəaliyyət göstərirlər.
RİH tərəfindən rayonda fəaliyyət göstərən ictimai təşkilatların rayon şöbələri ilə sıx əlaqələr yaradılmışdır. Veteran təşkilatları Şurası, Ağsaqqallar Şurasını, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Qızıl Aypara Cəmiyyəti, Əlillər Cəmiyyəti, Korlar Təşkilatı, Çernobıl əlilləri cəmiyyəti, 20 Yanvar Cəmiyyəti, “Sodrujestvo” cəmiyyətinin Nəsimi rayon təşkilatının hesabat seçki yığıncağında iştirak edilmiş və onların nümayəndələri rayon tədbirlərinə dəvət olunurlar.
Bütövlükdə rayondakı ictimai təşkilatlar nizamnamələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir və idarə olunurlar. Rayon İcra Hakimiyyəti tərəfindən yerli ictimai təşkilatlara lazımi diqqət göstərilir.
Dini qurumlar:
Respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində dövlət siyasəti bu gündə uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və bu kursu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.
Rayonun ərazisində 3 müsəlman icması - “Hacı Əjdərbəy” məscidi dini icması, “Məşədi Dadaş” məscidi dini icması və “Kərbəlayi Abdulla” məscidi dini icması, 3 yahudi icması Dağ yəhudilərinin dini icması, Avropa yəhudilərinin dini icması və Gürcü yəhudilərinin dini icması, 3 xristian icması - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası qurumu, “Yeni Həyat” Xristian incil dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Bakı şəhəri Bəhai dini icması fəaliyyət göstərir. Bütün dini icmalar dostluq və sülh şəraitində fəaliyyət göstərir, dini icmalar arasında heç bir qarşıdurma və ya problem olmur, rayonda tolerantlığ inkişaf edir, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır.
Rayonda dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.
TV və qəzetlərin jurnalistləri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən proseslər barədə vaxtaşırı məlumatlar verilir, keçirilən tədbirlərə dəvət olunurlar.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, aprel, iyul, oktyabr aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamları ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Qanunçuluq, asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfinqdən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
2016-cı il ərzində Nəsimi rayonu ərazisində cinayətkarlığın vəziyyəti, qeydə alınmış cinayətlərin təhlili göstərir ki, hesabat dövrü ərzində rayon ərazisində 1290 cinayət hadisəsi, o cümlədən, 248 ağır və xüsusi ilə ağır, 657 az ağır, 385 böyük ictimai təhlükə törətməyən cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınmış cinayət hadisələrindən 270 hadisə bağlı qalmış, cinayətlərin açılması 78,3 faiz olmuşdur.2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınmış ümumi cinayətlərin sayı 13 fakt və ya 1,0 faiz azalmış, cinayətlərin açılma vəziyyəti 79,1 faizdən 78,3 faizə enmişdir. Cinayətlərin sayının azalması 4 az ağır və 72 böyük ictimai təhlükə törətməyən o cümlədən 45 dələduzluq, 13 yol hərəkəti qaydalarının pozulması, 44 qəsdən bədənə yüngül xəsarət yetirmə faktının azalması hesabına olmuşdur ki, bu da müsbət hal kimi qeyd olunmalıdır. Lakin təhlili göstərir ki, 55 fakt ağır cinayət artmışdır. O cümlədən 6 qəsdən adam öldürmə, 6 qəsdən bədənə ağır xəsarət yetirmə, 2 quldurluq, 10 soyğunçuluq hadisələri artmışdır. Hesabat dövrünün sonuna 10 soyğunçuluq, 116 oğurluq, 54 dələduzluq, 12 xuliqanlıq, 24 narkotik vasitələrin satışı ilə bağlı cinayətlərin bağlı qalması Nəsimi rayon hüquq mühafizə orqanlarının əməkdaşlarını ciddi narahat etməlidir.
Nəsimi rayon İcra hakimiyyəti Başçısı Aparatında fəaliyyət göstərən İnzibati Xətalara dair işlərə baxılması üzrə komissiyaya il ərzində 24 inzibati xəta haqqında protokol daxil olmuş, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollarla bağlı cərimələr tətbiq olunmuş və 344 manat cərimə ödənilməsi təmin olunmuşdur.
Hesabat ili ərzində Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2016-cı il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 2229 ərizə və müraciəti daxil olmuşdur. 2015-ci ildə müraciətlərin sayı 1938 ərizə təşkil etmişdir. Müraciətlərin 24,7 %-i müsbət həll olunmuşdur. Əvvəlki il ilə (22,4 %) müqayisədə müsbət həll olunan müraciətlərin sayı artmışdır. Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasından nəzarət qaydasında daxil olan vətəndaş müraciətlərinin sayı azalmışdır.
Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 50,1 %-ni təşkil etmişdir. Bu məsələ ilə bağlı vətəndaşların müraciətlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmış və onlara müvafiq izahatlar verilmişdir. Bununla belə mənzil məsələləri, itismar müddətini keçmiş yaşayış sahələrində (bina və tikililərdə) yaşayan sakinlər tərəfindən təmir məsələləri ilə bağlı çoxsaylı təkrar müraciətlər edilməsi halları davam etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılanır. Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülməsi istiqamətində aparılan quruculuq işləri çərçivəsində ərazidə hazırlıq işləri, o cümlədən ərazinin köhnə tikililərdən təmizlənməsi, sakinlərin müvəqqəti köçürülməsi prosesinə başlanmışdır. Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar qanunvericiliklə nəzərdə tutulan şərtlərdən kənar, real olmayan istəkləri ilə söküntülərlə bağlı əsassız təkrar müraciətlər etmişlər.
Ölkədə sosailyönümlü iri layihələrin həyata keçirilməsi və nəticədə əhalinin rifahının yaxşılaşması insanların maddi-məişət məsələləri ilə bağlı dövlət qurumlarına ümidlə müraciət etmələrinə zəmin yaradır. 2016-cı ildə belə məsələlərə aid müraciətlərin sayı əvvəlki ilə nisbətən 2 dəfə artmışdır. Əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan insanlara diqqət nəzarətdə saxlanılaraq il ərzində 11100-dən çox vətəndaşa (2014-cü ildə 1975 nəfərə, 2015-ci ildə 5019 nəfərə) mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitlərinin yaxşılaşdırılması, o cümlədən mənzillərin təmiri üçün inşaat materiallarının ayrılması, yay-istirahət düşərgələrinin təşkili və digər köməkliklər göstərilmişdir. İl ərzində Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı təbəqəyə, kimsəsizlərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara yetirilən diqqət və qayğı ictimaiyyətin razılığına və sevincinə səbəb olmuşdur.
Hesabat dövründə vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, hər rübün yekununa görə ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.
Vətəndaşların qəbuluna, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsinə diqqət artırılmışdır. 2016-cı ildə rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytında yerləşdirilmişdir. RİH Başçısı tərəfindən il ərzində 403 nəfər qəbul edilmiş, yerlərdə keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması və həlli ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Nəticədə Azərbycan Respublikası Prezidenti Administrasiyasından, digər yuxarı instansiyalardan nəzarət qaydasında baxılması üçün daxil olmuş müraciətlərin sayı 30% azalmışdır.
Azərbaycan Respublikası Prezidenti Adminimtsrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələblərinə uyğun olaraq rüb ərzində işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.
Azərbaycan Respublikası Rrezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mərkəzi respublika qəzetlərində cari ilin 11-12 fevral tarixində dərc edilmiş «Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daim diqqət və qayğını prioritet məsələ hesab edir» başlığı ilə geniş məqaləsində vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələri, mövcud nöqsanların aradan qaldırılması istiqamətlərini müəyyənləşdirmişdir. RİH və yerli strukturların məsul əməkdaşları tərəfindən məqalədə qeyd olunan tövsiyələr və irəli gələn vəzifələrlə bağlı görüləcək işlərin icrası təmin olunmuşdur.
Rayon ərazisində ardıcıl abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin sayının əvvəlki dövrlə müqayisədə 35,0% azalmasına səbəb olmuşdur.
Bildiririk ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Aparatı üzrə sənədlər daimi fəaliyyət göstərən sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası tərəfindən ekspertizadan keçirilmişdir. 2011-ci ilin daimi saxlanılan sənədləri seçilib qaydaya salınaraq mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir.
2011-ci və 2013-cü illər üzrə saxlama müddəti başa çatmış, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlər və işlər ayrılaraq məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, hesabat yığıncaqlarında tənqidi qeydlərin icrasının vəziyyəti il ərzində nəzarətdə saxlanmış, irəli gələn vəzifələrin həlli istiqamətində zəruri tədbirlər görülməsi təmin edilmişdir. 2016-cı ilin yanvar və fevral ayında RİHB-nın 1 nömrəli, 2 nömrəli, 3 nömrəli Sahə İƏD nümayəndələrinin hesabat yığıncaqlarında, RİH Başçısının ilin yekununa dair hesabat yığıncağında səslənmiş tənqidi qeydlər və təkliflərlə bağlı il ərzində müvafiq tədbirlər həyata keçirilmiş, abadlıq, təmir, qaz, elektrik enerjisi, su və kanalizasiya, istilik enerjisi təchizatının yaxşılaşdırılması, “Abad həyət”, infrastrukturların salınması və qorunması üzrə məsələlərin əksəriyyəti tam, qalan hissəsi qismən həll edilərək növbəti ildə davam etdiriləcəkdir. 1 və 3 nömrəli Sahə İƏD nümayəndəlikləri üçün inzibati binanın tikintisi məsələsinin həlli torpaq sahəsinin məhdudluğu səbəbindən mümkün olmamışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarlarının icrası daim diqqət mərkəzində saxlanılmış və qərarların icra olunmasının başa çatdırılması üçün müvafiq zəruri tədbirlər həyata keçirilmişdir.
2016-ci il ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2016-cı il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.
Ölkə başçısı öz çıxışlarında dəfələrlə vurğulamış və gündəlik fəaliyyəti ilə göstərir ki, hakimiyyətin xalqa qulluq etməkdən, onun rifah halının gündən-günə yaxşılaşması üçün çalışmaqdan vacib işi yoxdur. Nəsimi RİH bundan sonra da onun üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq, rayonun bütün imkanlarını xalqımıza xidmət göstərməyə səfərbər edəcəkdir.
Аzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.