Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı
Bu gün Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir. Nəsimi rayonu 1 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev, Rayon Ağsaqqallar Şurasının sədri İmran Cəfərzadə, Azərbaycan Tibb Universitetinin prorektoru, professor Sabir Əliyev və Rayon Ağsaqqallar Şurasının üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Şuranın sədri İmran Cəfərzadə açaraq son bir ildə görülən işlər barədə danışdı və gündəlikdə duran məsələləri konfrans iştirakçılarının nəzərinə çartdırdı.
Sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev çıxış edərək cəmiyyətimizdə ağsaqqalların nüfuzundan və onlara göstərilən dövlət qayğısından danışdı.
Tədbir Respublika Ağsaqqallar Şurasının qurultayına rayondan göndəriləcək nümayəndələrin seçilməsi ilə başa çatdı.