Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar iclas keçirilib

15 fevral 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın növbəti yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında»  30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə bağlı rayon İcra Hakimiyyəti, yerli strukturlar, hüquq-mühafizə orqanları, bələdiyyə, mənzil kommunal təsərrüfatı və  xidmət sahələrinin qarşısında duran vəzifələrin geniş müzakirəsi aparılmışdır.

Şuranın iclasını Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq bildirdi ki, Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətində keçirilən geniş müşavirədə verilən tapşırıqların yerinə yetirilməsi istiqamətləri  müəyyənləşdirilmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir.

Şuranın sədri qeyd etmişdir ki, son illər Bakı şəhərində, eləcə də Nəsimi rayonunda respublikamızda əldə olunmuş iqtisadi inkişaf nəticəsində yeni-yeni müxtəlif təyinatlı binalar və obyektlər tikilərək istifadəyə verilmiş, yeni binalara əhalinin köçməsi nəticəsində rayon əhalisinin sayı artmışdır ki, bu da şəhərin, o cümlədən rayonun mühəndis - kommunikasiya təminatına düşən yükü xeyli artırmışdır. Mövcud vəziyyət rayonun mühəndis kommunikasiya sistemlərinin təkmilləşdirilməsini zəruri edir.

Odur ki, mühəndis – kommunikasiya sistemlərinin şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2016-cı il tarixli, 1184 nömrəli fərmanı ilə Bakı şəhərində mühəndis – kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlərin görünməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndində Bələdiyyələrə ərazinin planlaşdırılması və tikinti layihələrini müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırmaları həvalə edilmişdir.

Həmin Fərmanla torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi cari ilin yanvarın 1-dən etibarən müvəqqəti olaraq dayandırılmışdır.

Fərmanın 2-ci bəndinə əsasən Dövlət Şəhərsalma  və Arxitektura komitəsinə və yerli İcra Hakimiyyəti orqanlarına ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahəsi olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməməsi tapşırılmışdır.

 Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışına davam edərək bildirdi ki,  rayonda tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməməsi barədə tapşırığa ciddi riayət olunmalıdır. Xüsusən rayonun mikrorayon ərazisində ümumi istifadədə olan torpaq sahələri ciddi nəzarətdə saxlanılmalıdır.

Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov çıxış edərək bildirdi ki, rayon ərazisində «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin tələbləri pozulmaqla ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparılması aşkar edilməmişdir.

Daha sonra Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov, Nəsimi rayon Prokuroru Salman Məmmədli, Nəsimi rayon Polis idarəsinin rəis müavini Mehman Əliyev, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yahyayev, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr və digər çıxış edənlər Fərmanın icrası ilə bağlı bir sıra təkliflər verdilər.

Keçidlər