“Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusunda tədbir keçirildi
17 fevral 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili Dəyərə çevirək" devizi altında “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında V-IX sinif şagirdləri və məktəbin tarix, ana dili və ədəbiyyatı fənni müəllimlərinin birgə hazırladığı tədbir nümayiş etdirildi. Tədbir boyu Vətənimizin hər bir guşəsinə seyrə çıxan şagirdlər bir-birindən maraqlı və dəyərli məlumatlar verərək, Azərbaycanımızı, mədəni irsimizi öz interaktiv oyunları və çıxışları ilə nümayiş etdirdilər. Məktəblilər hər bölgənin tarixinə, etnoqrafiyasına, adət-ənənəlirinə böyük hörmətlə yanaşdılar, milli dəyərlərimizi bizə bir daha nümayiş etdirdilər. Bölgələrimizi inci dənələritək bir araya yığıb vahid Azərbaycan bayrağı altında birləşdirdilər. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, valideynlər və məktəb kollektivi iştirak edirdi.