Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon ictimaiyyəti Gənc Tamaşaçılar Teatrında

23 fevral 2017 | 16:00

Nəsimi rayonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.  Növbəti tədbir fevral ayının 23-də Gənc Tamaşaçılar  Teatrında təşkil edilmişdir.

Tədbirdən  əvvəl Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  və qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirtmişdilər.

Daha sonra  Sevinc Elsevərin  Xocalı faciəsindən bəhs edən  “Arzu və Murad” adlı  tamaşasına  Nəsimi rayon ictimaiyyətinin  baxışı keçirilmişdir. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.

Gənc Tamaşaçılar Teatrının “Arzu və Murad” tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər