Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon nümayəndə heyəti İzmitdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə

28 fevral 2017 | 16:00

Türkiyənin İzmit bələdiyyəsi ilə Nəsimi rayon bələdiyyəsi arasında «Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında» niyyət protokolu imzalanmışdır. 2015-ci ilin sentyabr ayında Bakıda səfərdə olan nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını və orada dəfn olunan türk əsgərlərinin məzarlarını, daha sonra Mustafa Kamal Atatürkün abidəsini ziyarət etmiş, daha sonra Bayraq Meydanı Kompleksi,  Heydər Əliyev Mərkəzi ilə və şəhərimizin görməli yerləri ilə tanış olmuşlar. Daha sonra İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində qəbul edilərkən İzmit şəhərində Xocalı abidəsinin ucaldılması haqqında müzakirələr aparılmışdır.

Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım tədbiri 2015-ci ildə İzmit şəhərinin Yenişəhər məhəlləsində parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə təşkil edilmişdir.

Tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkiliMəlahət İbrahimqızı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər  ermənilərin özlərinin uydurduqları qondarma erməni soyqırımı yalanlarını bütün dünyaya yayaraq  Xocalı və digər faciələrdə Azərbaycanlılar və Türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır etdiklərini bildiriblər.  Türkiyə və Azərbaycanın bütün maneələrə baxmayaraq, beynəlxalq platformlarda qondarma erməni soyqrımı yalanlarına qarşı birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Nəsimi rayon nümayəndə heyəti İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişdilər.Qonaqlar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasında, Kocaeli Universitetində, Kocaeli Heydər Əliyev Kültür Mərkəzində, TADEF-da yeni yaradılmış Xocalı muzeyində keçirilən tədbirlərdə iştirak etmişdilər. Kocaeli Universitetində 600 nəfər müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən anım tədbirində erməni vəhşiliyi, erməni vandalizmi bir daha lənətlənmişdir.

Keçidlər