Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə bayram tədbiri keçirilmişdir.

16 mart 2017 | 16:00

Xalqımızın əziz bayramlarından  olan Novruz Bayramı paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı Rayon İcra hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun  mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.

Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmişdir.

Nəsimi rayon İcra  Hakimiyyəti  Başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov tədbir iştirakçılarını salamlayaraq, əsgərləri Novruz Bayramı münasibəti ilə təbrik etmiş, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin  cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olduqlarını və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat  apararaq böyük konsert proqramı təşkil etdiklərinə bildirmişdir.

Tədbirdə  əməkdar artist İlkin Hüseynovun, tanınmış incəsənət ustaları Nadir Bayramlı və Zahid Qubadlının  çıxışları əsgərlərdə xoş təəssurat bağışlamışdır.

Keçidlər