Nəsimi rayonunda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər keçirilir
Novruz bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində yaşayan uşaqlara bayram sovqatları aparılmışdır.
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılmışdır. Hal hazırda bu körpələr evində valideyn himayəsindən məhrum olmuş 56 nəfər uşaq yaşayır.
Nümayəndələr körpələr evindəki valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşmüş, onların vəziyyəti ilə maraqlanmış, uşaqlara hədiyyələr təqdim edilmişdir.
Görüşdə iştirak edənlər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evinin baş həkimi Nəhayət Əliyeva Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.