Şriftin ölçüsü :

Saytın rəngi :

T.Q.Şevçenkonun anadan olmasının 203-cü ildönümü qeyd edilmişdir.

09 mart 2017 | 16:00

Taras Şevçenkonun anadan olmasının 203-cü ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən 9 mart 2017-ci il tarixdə Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur.

Qeyd olunan tədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.

Anım mərasimdə T.Şevçenkonun ölməz əsərlərindən nümunələr səsləndirilmiş, Ukrayna diaspor təşkilatının uşaq yaradıcılıq qruplarının ifasında şairin həyat və yaradıcılığına həsr olunmuş səhnəciklər göstərilmişdir. 

 

Keçidlər