Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsinə Nəsimi rayonunda start verildi.

08 aprel 2017 | 16:00

    Nəsimi  rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər  keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iməclik təşkil edilmişdir.
Rayonun 4-cü mikrorayon ərazisində yerləşən 111 saylı tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir.
     Məktəbin həyətində süni meyvə ağaclarından hazırlanmış kompozisyalara baxış keçirilmiş, sonra məktəblilərin ifasında şən musiqi nömrələri ifa olunmuşdur.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılır. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır.
       Məlum olduğu kimi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verəcəkdir. Layihə çərçivəsində aprel ayı ərzində ağac əkmə aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin keçirilməsində əsas məqsəd məktəblilər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.
Tədbir iməclik iştirakçılarında xoş ovqat oyatmışdır.

 

Keçidlər