Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2017-ci ilin I rübünün yekunları üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə
H E S A B A T I
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlətimizin başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd etdi, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləmişdir.
Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğuladı. 2017-ci ilin ilk 3 ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan Prezident İlham Əliyev bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu ilin birinci rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən Prezident İlham Əliyev bildirdi ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlətimizin başçısı vurğulamışdır ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Dövlətimizin başçısı vurğulamışdır ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.
Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd etmişdir, bu “referendum”u keçirməklə Ermənistanın bir daha özünü biabır etdiyini vurğulamışdır. “Dərhal qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu “referendum”u pisləmişlər və tanımadıqlarını demişlər. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu”, - deyən dövlətimizin başçısı məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs olmuşdur.
Cocuq Mərcanlı kəndinin bərpasını da tarixi hadisə adlandıran dövlətimizin başçısı bu gün orada yeni qəsəbənin salındığını, ilkin mərhələdə 50 evin tikildiyini, yeni yolun salındığını, məscidin inşa olunduğunu, sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu qeyd etmişdir. Vurğulamışdır ki, bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir. Bununla yanaşı, bu, bir daha göstərir ki, 20 ildən çoxdur doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıtmaq arzusu ilə yaşayırlar.
Prezident İlham Əliyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bu il də köçkünlər üçün yeni qəsəbələr salınır. Onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcəkdir. Bundan başqa, ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcəklər. Bu prosesin mərhələli həll ediləcəyini, bu məqsədlə məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq hazır binalarda mənzillərin ayrılacağını deyən dövlətimizin başçısı vurğulamışdır ki, bütün bu məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır və Azərbaycan bu potensialı yaratmışdır. Bunu 2017-ci ilin birinci rübünün yekunları da göstərir.
İqtisadiyyatımızın əsas göstəricilərinə nəzər salan Prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirmişdir. Birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarımızın 38,5 milyard dollar təşkil etdiyini deyən dövlətimizin başçısı bunu önəmli məsələ adlandırmışdır. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artmış, idxal isə 17 faiz azalmışdır. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.
Bu göstəricilərin iqtisadi inkişafımızı aydın əks etdirdiyini, gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyimizi deyən Prezident İlham Əliyev birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırmışdır. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını deyən dövlətimizin başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırmışdır.
Bu il Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisə kimi Bakıda artıq üçüncü dəfə keçirilən Məşvərət Şurasının iclasını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, bu iclasın yekunu olaraq ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunmuşdur. Bildirmişdir ki, Cənub Qaz Dəhlizinin tezliklə istifadəyə verilməsi həm bizim, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir.
Prezident İlham Əliyev nəqliyyat sektorunda da bu ilin əvvəlində yaxşı nəticələrin qeyd edildiyini bildirmişdir, Astaraçay çayı üzərindən keçən körpü vasitəsilə mart ayında Azərbaycandan İrana birinci qatarın yol salındığını diqqətə çatdırmışdır, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də bu il istifadəyə verilməsinin nəzərdə tutulduğunu demişdir.
Dövlətimizin başçısı bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərində 25 faiz artımın olduğunu qeyd edərək, bunu Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yolların, otellərin inşası, müalicəvi turizmin inkişafı ilə əlaqələndirmişdir. Bildirmişdir ki, 3 ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilmişdir. Səksəndən çox ölkə vətəndaşı elektron vizalar alır. Bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyən Prezident İlham Əliyev gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini dedi və bunun böyük idman bayramı olacağını vurğulamışdır.
İclasa yekun vuran Prezident İlham Əliyev 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirmışdir. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulamışdır ki, süni qiymət artımına yol verilməməlidir. Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlətimizin başçısı valyuta ehtiyatlarımızın xarici borcumuzdan 5 dəfədən çox olduğunu söylədi və bunu yaxşı nəticə adlandırmışdır. Diqqətə çatdırmışdır ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir. Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür, həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, yaxud da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu prosesin artıq geniş vüsət aldığını, mikrorayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq bağçalarının inşa edilməsini tapşırmışdır və bu yolla da uşaq bağçası probleminin həll ediləcəyini söyləmişdir.
Prezident İlham Əliyev sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırmışdır. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd etmişdir və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulamışdır.
Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini qeyd etmişdir. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılmasının, yeni ixrac bazarlarına çıxışın təmin edilməsinin, logistika mərkəzlərinin yaradılmasının vacibliyini söyləmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, il ərzində infrastruktur layihələrinin icrasına diqqət yetiriləcək. Bunlar elektrik enerjisi ilə təminat, qazlaşdırma, içməli su, yolların inşası layihələridir. “Sovetski” adlanan ərazinin abadlaşacağını, yeni gözəl istirahət məkanının yaradılacağını qeyd edən dövlətimizin başçısı sosial-infrastruktur layihələrinin icra olunduğunu, modul tipli 3 məktəbin tikildiyini, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu söyləmişdir. Bu ilin birinci rübündə 13 tibb müəssisəsi də tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.
Bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanılmasının vacibliyini bildirən dövlətimizin başçısı sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmasının vacibliyini qeyd edərək, bu il Quba və Mingəçevirdə “ASAN xidmət” mərkəzlərinin açılacağını bildirmişdir. Prezident İlham Əliyev Şəki və İmişlidə də belə mərkəzlərin binalarının tikintisinin aparıldığını diqqətə çatdırmışdır.
Dövlətimizin başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğulamışdır.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri aparılmışdır.
Fevral ayının 10-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Bina 1956-cı ildə inşa edilib. Ümumi sahəsi 29 min kvadratmetr olan binada 505 otaq var. Binanın 3 korpusu dördmərtəbəli, bir korpusu isə beşmərtəbəlidir.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılmış, Ümummilli Liderin büstü qoyulmuşdur.
Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait, server otağında qatarların hərəkətinin onlayn izlənməsi sistemi yaradılmışdır. Bundan başqa, otaqda GPS izlənmə sistemi də tətbiq edilir.
Dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, iki su anbarı inşa edilib. Mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunan binanın dam örtüyü tam yenilənmişdir.
Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşlar.
Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilmişdir. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.
Vağzal binasının üslubu və fasadı Bakı üçün ənənəvi tikililərdən fərqlənir. Belə ki, vağzalın eksteryeri qədim Şərq üslubuna xasdır. O dövrdə Şərq üslubunda tikilən bina dəbdəbə və əzəmətin təzahürü sayılırdı. Bu binanın fasadında Şirvanşahlar sarayının bir çox elementlərindən də istifadə olunub. Uzun illər istismar və baxımsızlıq üzündən bina görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində burada əsaslı yenidənqurma işlərinə start verilib. Vağzal binasında milli ornamentlərə uyğun olaraq yenidənqurma həyata keçirilmişdir.
Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılmışdır.
Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. “ASAN kommunal” mərkəzlərinin yaradılması Azərbaycan Prezidentinin ötən il imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərir. Burada 3 qurum - “Azərişıq” və “Azərsu” ASC-lər, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. Mərkəzdə “Azərişıq” və “Azərsu” ASC-lərin hər biri üçün 10, “Azəriqaz” İstehsalat Birliyi üçün isə 9 xidmət pəncərəsi yaradılıb. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub. Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb. Onu da deyək ki, bu il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı “ASAN kommunal” mərkəzində bu günədək 3200-dən artıq müraciət qeydə alınıb.
Bakı Dəmir Yolu Vağzalının belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurla davam etməsini aydın göstərir. Bu layihənin icra olunması həm də Azərbaycan dəmir yollarının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Dövlət başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış oldular. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.
2017-ci ilin yanvar –mart aylarında rayonunun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
Rayonun sosial-iqtisadi həyatını əks etdirən makroiqtisadi göstəricilər 2017-ci ilin yanvar-mart ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərni xeyli üstələmişdir.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 140824.0 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Nəqliyyat. 2017-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 83941.0 min manatlıq xidmətlər göstərilmişdir .
İnformasiya və rabitə. 2017-ci ilin yanvar-mart aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 77992.0 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2 dəfə çox rabitə xidməti göstərilmişdir.
Tikinti. 2017-ci ilin yanvar-mart aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 137523.2 min manat məbləğində investisiyadan istifadə edilmişdir, bu da keçən ilin müvafiq dövrünə nisbətən 105.0 faiz təşkil etmişdir. İstifadə edilmiş vəsaitin 136109.1 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 4.0% coxdur.
Ticarət. 2017-ci ilin yanvar-mart aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 249600.7 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15.0 faiz çox istehlak malları satılmışdır.
Əmtəə dövriyyəsinin 99.9 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 120560.0 min manatlıq, yaxud 2016-cı ilin müvafiq dövrünün səviyyəsindən 31.3 % cox ödənişli xidmət göstərilmişdir.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2016-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 12.2 artaraq 578.0 manat olmuşdur.
2017-ci ilin yanvar-mart aylarında rayonun sənayesində 140824.0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 17.0 faizi məhsul istehsalının, 83.0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 60677.0 min manatlıq və ya ümumi istehsalın 43.0 faizi qədər, qeyri-dövlət sektorunda isə 80147.0 min manatlıq və ya ümumi istehsalın 57.0 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehlakçılara 140544.0 min manatlıq və ya bütün sənaye istehsalının 99.8 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2017-ci ilin aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 3018.5 min manat olmuşdur.
E M A L S Ə N A Y E S İ
Rayonda mühüm növ qida məhsulları özəl müəssisələr tərəfindən istehsal edilmiş və aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Geyim istehsalı sahəsi üzrə ixtisaslaşan müəssisələr tərəfindən 3216.0 min manatlıq məhsul istehsal edilmişdir.
Tikinti materialları sənayesi sahəsində istehsal edilmiş məhsulların həcmi 11,2 faiz azalaraq 4924,4 min manat təşkil etmişdir.
Faktiki qiymətlərlə sənaye müəssisələrinin göndərdikləri məhsulun həcmi min manat
2017-ci ilin yanvar-mart aylarında göndərilmiş məhsulun həcmi |
O cümlədən özünün istehsalı olan məhsulun göndərilməsi |
140544.0 |
130430.0 |
Rüb ərzində istehlakçılara 140544.0 min manatlıq və ya bütün sənaye istehsalının 99.8 faizi qədər məhsul göndərilmişdir.
İ n f o r m a s i y a və r a b i t ə İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 77992.0 min manatlıq və ya əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 5.2 dəfə cox rabitə xidməti göstərilmişdir.Xidmətlərin 94.0 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən gösdərilmişdir.
N ə q l i y y a t
2017-ci ilin yanvar - mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfində 83941.0 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4.9 faiz coxdur.
Tikinti
2017-ci ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 137523.2 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.0faiz cox olmuşdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 134879.2 min manat (98.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 2644.0 min manat (2.0 faiz) sərmayə yönəltmişlər.
2017-ci ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan 136109.1 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4.0 faiz cox olmuşdur.
2017-ci ilin yanvar-mart aylarında podrat təşkilatlarının gördükləri işin həcmi 133659.1 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4.1 faiz artmışdır.
ƏMTƏƏ BAZARI
2017-ci ilin yanvar-mart aylarında rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin müvafiq dövrünə nisbətən 15.0 faiz artaraq 249600.7 min manat olmuşdur. İstehlak məhsullarının 18.9 faizi hüquqi şəxslərin, 73.3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 7.8 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.
2017-ci ilin yanvar-mart aylarında
pərakəndə ticarət dövriyyəsinin strukturu
Pərakəndə ticarət dövriyyəsinin 99.9 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 249351.1 min manatlıq və ya 2016-cı ilin yanvar-mart aylarının səviyyəsindən 15 faiz çox istehlak məhsulları satılmışdır.
Rayonun ticarət şəbəkəsindən əhaliyə cari ilin əvvəlindən satılmış ərzaq məhsullarının həcmi 141024.4 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 108576.3 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 56.5 və 43.5 faiz təşkil etmişdir.
İAŞƏ XİDMƏTLƏRİ
2017-ci -cı ilin yanvar-mart ayları ərzində 13649.3 min manatlıq və ya 2016-ci ilin eyni dövrü ilə müqayisə 8.9 faiz çox iaşə xidmətləri göstərilmiş, dövriyyəsinin 100.0 faizi qeyri-dövlət müəssisələrin hesabına formalaşmışdır.
İaşə dövriyyəsinin 9.5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 90.5 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşmüşdür.
Artımın 28.3 faizi hüquqi şəxslərin, 71.7 faizi isə fərdi sahibkarların fəaliyyəti sayəsində yaranmışdır.
Əhaliyə göstərilən pullu xidmətlər
2017-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artaraq 120560.0 min manat olmuşdur. Ümumi həcmin 78.3 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 94398.4 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş pullu xidmətlərin 7.0 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 114352.5 milyon manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin 7.8 faizini məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə 9403.6 min manatlıq məişət xidməti göstərilmişdir. Məişət xidmətlərinin 99.2 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.
Əmək bazarı
2017-ci ilin aprel ayının 1-i vəziyyətinə rayon üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 1778 nəfər olmuşdur ki, bunlardan 551-u qadın, 1227-i kişidir. Mart ayında işsizliyə görə müavinət alanların sayı 196 nəfər, işsizliyə görə müavinət alanlara hesablanmş orta aylıq müavinət məbləği isə 403.0 manat olmuşlur. İşçi qüvvəsinə təlabat (01 aprel vəziyyətinə) rayon üzrə 236 nəfərdir, onlardan 53 nəfəri fəhlələrdir.
İşcilərin sayı və əmək haqqı
2017-ci ilin yanvar-fevral aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 612 nəfər və ya 0.4 faiz artaraq 147678 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 12.2 faiz azalaraq 578.0 manat olmuşdur.
Cari ilin yanvar-fevral ayları üzrə işçilərin orta sayı və orta aylıq nominal əmək haqqı səviyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməsi rayon üzrə aşağıdakı kimi xarakterizə olunur:
|
İşçilərin orta sayı-cəmi |
Orta aylıq əmək haqqı |
||
|
2017-ci ilin |
2016-cı ilin |
2017-ci ilin |
2016-cı ilin |
Rayon üzrə |
147678 |
147066 |
578.0 |
515.2 |
“Əmək haqqı fondunun mülkiyyət növünə görə
xüsusi çəkisi (faizlə)
Rayon üzrə muzdla işləyənlərin sayı və onlara hesablanmış əmək haqqı fondu dövlət mülkiyyətində qeyri-dövlət mülkiyyətinə nisbətdə çoxluq təşkil edir.
2017-ci ilin I rübündə yeni açılmış iş yerləri
2017-cı ilin I rübündə 953 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.
Yeni acılmış iş yerlərinin sayı (01 oktyabr 2003- 01 aprel 2017-ci il)
|
Yekun |
2003-cü il IV rüb |
2010-cu il |
|||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
|
Nəsimi rayonu |
39434 |
39404 |
17633 |
17603 |
1397 |
1397 |
Cədvəlin davamı
2011-ci il |
2012-ci il |
2013-cü il |
2014-cü il |
2015-ci il |
||||||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
ondan daimi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
|
2034 |
2034 |
3366 |
3366 |
2634 |
2634 |
3133 |
3133 |
3247 |
3247 |
|
Cədvəlin davamı |
|
|
|
|||||||
2016-ci il |
2017ci |
il |
|
|||||||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
|
||||||
5037 |
5037 |
953 |
953 |
|
Demoqrafik vəziyyət
2017-cı ilin aprelin 01-i vəziyyətinə rayonun əhalisi 219.6 min nəfər olmuşdur. Ərazisi 10.0 kv. km, əhalinin sıxlığı 1 kv km-ə 21960 nəfərdir.
2017-ci ilin yanvar-mart aylarında rayonda 533 nəfərin doğumu və 312 nəfərin ölümü qeydə alınmışdır.
2016-сı ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 9.5 -dən 9.7-ə qalxmış, təbii artım 4.7 –dən 4.0-ə enmiş, ölənlərin sayı isə 4.8-dən 5.7-ə qalxmışdır.
Rayonda 2017-ci ilin yanvar- mart aylarında 213 nikah və 109 bosanma aktı qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5.4 –dən 3.9-ə enmiş, boşanmaların sayı isə dəyişməmişdir.
2017-ci ilin yanvar-mart aylarınd doğum, ölüm, nigah və boşanmalar haqqında məlumat
İllər |
Doğum |
Ölüm |
Nigah |
Boşanma |
2017 |
533 |
312 |
213 |
109 |
2016 |
537 |
274 |
264 |
108 |
2017-ci və 2016-cı ilin yanvar-mart aylarında əhalinin təbii hərəkəti
2017-ci və 2016-cı ilin yanvar-mart aylarında
əhalinin şəhərlər arasında yerdəyişməsi
|
Gələnlərin sayı |
Gedənlərin sayı |
|
Yanvar –mart |
Yanvar-mart |
2017-ci ildə |
84 |
- |
2016-cı ildə |
83 |
- |
2017-ci ilin yanvar-mart aylarında pasport xidmətləri tərəfindən daimi yaşamaq üçün 84 nəfər rayona gələn, gedən isə qeydə alınmamışdır. 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə rayona gələnlərin sayı 1 nəfər artmış, gedənlər qeydə alınmamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Sizin 7-12/1 saylı 03 aprel 2017-ci il tarixli məktubunuzla əlaqədar bildiririk ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin I rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır.
Əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması məsələləri diqqət mərkəzində ciddi saxlanılaraq Rayon Məşğulluq Mərkəzi və digər aidiyyəti qurumlarla gündəlik müzakirələr aparılır, bu sahədə dinamik nəticələr əldə edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını rəhbər tutaraq gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması qarşısıda duran başlıca vəzifələrdən biri olmuşdur.
2017-ci ilin I rübü ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanlardan 60%-i, peşə kurslarına cəlb olunanların 70%-i, işsizlik müavinəti alanların 25%-i gənclər olmuşdur.
Bu müddət ərzində görülmüş tədbirlər nəticəsində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində 272, çoxmənzilli binaların təmiri ilə bağlı 259 nəfər işə götürülmüşdür.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” na uyğun olaraq Nəsimi rayonunda tikintisi nəzərdə tutulmuş kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə loqistika mərkəzi 19 mart 2017-ci il tarixində istifadəyə verilmişdir. Loqistika mərkəzinin - Yaşıl marketin gələcəkdə tam gücü ilə işləməsi üçün 1000 nəfərdən çox adamın işə cəlb olunması nəzərdə tutulmuşdur.
9 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə görüləcək işlərə dair müşavirə keçirilmiş, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür.
“Bakı Tikiş Evi” SC-də yeni işə götürülmüş məcburi köçkünlərin əmək şəraiti ilə tanışlıq üçün Rayon İcra hakimiyyətinin rəhbərliyi tərəfindən müəssisədə görüş keçirilmişdir. Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Hazırda müəssisədə 150-ə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü işlər aparılmışdır.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü işlər həyata keçirilir.
Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılması sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması işləri aparılır. 30-dan çox təkliflər müzakirə edilmiş, müəyyən edilmiş ünvanlar üzrə 15 layihə razılaşdırılmış, 3 layihə üzrə ərazilərin boşaldılaraq söküntü işlərinə başlanılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə 28 noyabr 2016-cı il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 222 saylı Sərəncamı ilə “2016-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.
“Ərazi Məşğulluq Proqramı”na əsasən 2017-ci ilin I rübü ərzində Məşğulluq Mərkəzinə 3390 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə 1852 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 581 nəfər olmuşdur.
Mərkəzə müraciət edən 952 nəfərdən, yəni Mərkəzdə əvvəllər qeydiyyatda duranlardan, dəvət edilənlərdən və təkrar müraciət edənlərdən boş iş yerlərinə əsasən müəssisə və təşkilatlara göndərilən 305 nəfəri oradakı əmək haqqının aşağı olması və digər səbəblərdən təklif olunan işdən imtina etmişdirlər.
Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.
Peşə hazırlığı işinin səmərəliliyinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının ən vacib məsələlərdən biri olmasını nəzərə alıb işəgötürənlərin real tələbləri nəzərə alınaraq hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 45 nəfərin peşə təlimi kurslarına cəlb ediləcəyi proqnozlaşdırılsa da bu dövr ərzində 48 nəfər 3 ixtisas üzrə ( kompyuter istifadəçisi, qənnadçı, dərzi, mebel quraşdırıcısı,aşpaz ) kursa cəlb edilmişdir.
İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə 75 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.
Hesabat dövrü ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan işaxtaran və işsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi Məşğulluq xidmətinin daim diqqət mərkəzində olmuşdur.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə mərkəz tərəfindən xüsusi diqqət göstərilmişdir.
Hesabat dövrü ərzində Məşğulluq Mərkəzi tərəfindən 7 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 3 nəfər qaçqın və məcburi köçkünə isə işsizliyə görə müavinət ödənilmiş, 3 nəfər isə peşə təlimi kurslarına cəlb edilmişdir.
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Prezidentinin Fərmanını rəhbər tutaraq gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması Məşğulluq Mərkəzi qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.
2017-ci ilin I rübü ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanlardan 60%, peşə kurslarına cəlb olunanların 70% , işsizlik müavinəti alanların 25% gənclər olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutaraq Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verilmişdir.
Belə ki, 2017-ci ilin I rübü ərzində Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 415 nəfəri və ya 36%, peşə hazırlığı kurslarına cəlb olunanların 40% və ya 19 nəfəri qadınlar olmuşlar. 229 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərinə 2017-ci ilin I rübü ərzində 17 nəfər işlə təmin olunmuşdur ki, onlardan 7 nəfər əlil, 7 nəfər məcburi köçkün, 1 nəfər çox uşaqlı qadın, 1 nəfər yetkinlik yaşına şatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valudeyinlər, 1 nəfər 20 yaşadək gənclər olmuşdur.
Hesabat dövrü ərzində “Ərazi məşğulluq proqramı”na əsasən 128 nəfərə işsizlik müavinəti verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 501 nəfərə işsizlik müavinəti verilmişdir. Müavinət alanlardan 229 nəfər qadın, 31 nəfəri minimum əmək haqqı məbləğində müavinət almışdır.
2017-ci ilin I rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 658,0 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq illik plan 67% yerinə yetirilmişdir.
2017-ci ilin I rübü ərzində pensiya və müavinətlərin ödənilməsi üçün 17610,0 min manat vəsait köçürülmüşdür. Qeydiyyatda olan əmək pensiyaçılarının sayı 24180 nəfər (5238 nəfəri işləyən, 18942 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16872 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5306 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 2002 nəfər təşkil edir.
2017-ci ilin «Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 2611 nömrəli Sərəncamına əsasən 01.01.2017-ci il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2016-cı ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır.
Bu Sərəncama əsasən rayon şöbəsi üzrə 22703 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi üzrə aylıq 244,7 min manat artım olunaraq ödənilmişdir. I rüb ərzində pensiyaların ödənilməsinə 18109,6 min manat, dəfn xərcinin ödənilməsinə 59,2 min manat, qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 70,2 min manat, fiziki şəxslərə 4,5 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 72,8 min manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 126,1 min manat vəsait xərclənmişdir.
Nəsimi rayon Sığorta Agentliyi tərəfindən 2017-ci ilin birinci rübü ərzində sığortanın bütün növləri üzrə 2017-ci ilin I rübü ərzində 86295,00 manat tədiyyə toplanmışdır.
Belə ki, fərdi qəza üzrə 85518,00 manat, nəqliyyat vasitələrinin tam sığortası üzrə 500,00 manat, daşınmaz əmlak sığortası üzrə 277,00 manat sığorta tədiyyəsi toplanmışdır. Beləliklə plan 300000,0 manat olduği halda, 86295,0 manat tədiyyə toplanmışdır.
Bədbəxt hadisələrdən sığortanın səmərəliliyini nəzərə alıb, bu növ sığortanın daha da inkişaf etməsinə və müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinə nail olunmuşdur.
8 saylı Xəzinədarlıq üzrə 2017-ci ilin I rübü ərzində dövlət büdcəsinin Nəsimi rayonu üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 1 milyon 969 min 851 manat vəsait proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 844 min 014 manat yəni 42.8% vəsait xərclənmişdir.
Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 207 min 218 manat təyinata qarşı 94 min 067 manat və ya 45.4%, kommunal təsərrüfatı xərcləri 993 min 355 manat təyinata qarşı 380 min 663 manat və ya 38.3%, əsas bölmələrə aid edilməyən xərclər üzrə 769 min 278 manat təyinata qarşı 369 min 284 manat və ya 48.0% icra olunmuşdur.
Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 1-ci rüb ərzində müvafiq tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin 3 ayı ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir.
Xəstəliklərin adı |
2016-ci il |
2017- ci il |
Nəticə |
Salmanellyoz |
12 |
8 |
azalma33.3% |
ümumi bağırsaq infeksiyası |
131 |
129 |
azalma 1.5 % |
Bunlardan: Protey enteriti |
42 |
40 |
Azalma 4.8% |
Qida zəhərlənməsi |
7 |
5 |
azalma 28.5 % |
Viruslu hepatit Cəmi: |
2 |
1 |
azalma 50% |
Viruslu hepatit A |
- |
1 |
|
Viruslu hepatit B |
- |
- |
|
Viruslu hepatit C |
2 |
|
|
Su çiçəyi |
285 |
280 |
Azalma 1.8 % |
Skarlatina |
- |
1 |
- |
brüselyoz |
- |
- |
|
Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir. Malyariya xəstəliyi aşkar olunmamış, milli profilaktik peyvənd planının yerinə yetirilməsi icrası rüblük kafidir.
Rayonun uşaq poliklinikaları və doğum şöbələri vaksin preparatları, şpris və iynələrlə tam təmin olunmuşlar.
2017- ci ilin 3 ayı müddətində doğum evlərində 1534 uşaq doğulmuş və onlardan 1480 VƏP, 1480 OPV və 1518 HB vaksini almışdır.
Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.
Azərbaycan Respublikası SN- in 08.12.15- ci il tarixli 101 saylı “Donuz qripi xəstələrinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” və 19.01.16- cı il tarixli 3 saylı “Donuz qripi xəstəliyinə qarşı əlavə tədbirlər barədə” əmrlərinə əsaslanaraq seminar məşğələləri keçirilmiş, MPM- də bu əmrlərin icrasına nzəarət gücləndirilmişdir. Qripə şübhəli xəstələrdən müayinələrin götürülməsi və hospitalizasiya olunub müalicə edilməsi təşkil olunmuşdur.
Rayon İH Başçısının 1 nömrəli Sahə İƏD üzrə ərazidə müvafiq tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 1, 2a, 3 və 16b saylı binaların və Cavadxan 62 saylı binaların fasadları rənglənmişdir.
Rəşid Məmmədov 15 və 17 saylı binalar təmir olunmuş və həyətində "Abad Həyət" layihəsi çərçivəsində işlər görülmüşdür. Burada 1 ədəd sakinlərin istirahəti üçün söhbətgah və azyaşlıların əyləncəsi üçün 3 ədəd oyun elementi quraşdırılmışdır. Həyətə 40 ədəddən yuxarı şam və küknar ağacları əkilmişdir. Əraziyə 200 kv.m-dən çox asfalt örtüyü çəkilmişdir. 13.03.2017-ci il tarixdə adı çəkilən ünvanda "Abad Həyət"-in açılış tədbiri keçirilərək sakinlərin ixtiyarına verilmişdir.
Cavadxan 70 və 72 saylı binaların həyəti, Seydzadə 5 saylı binanın arxası, Əliisgəndər İsgəndərov küçəsi 1,3,7 saylı binaların həyətləri qanunsuz çəpərləmələrdən təmizlənmişdir. 156 saylı baxçanın həyəti təmizlənmişdir.
Eləcə də 3-cü mkr H.B.Əliyev 4,36,42,46 saylı binaların ətrafında ümumilikdə 700 kv.m sahə qanunsuz çəpərləmələrdən təmizlənmişdir.
1-ci mkr ərazisində yerləşən köhnə parkın təmirinə başlanılmışdır. Parkda ahıl insanların istirahəti üçün 1 ədəd köşk tikilmişdir. Azyaşlı uşaqların istirahəti üçün müxtəlif oyun elementləri quraşdırılmışdır. Parkın ərazısınə səkidaşları döşənməyə başlanılmışdır və işlər davam edir.
4-cü mkr M.Cəlal 40 ünvanda yerləşən "Qərənfil" uşaq baxçasının əsaslı təmirinə başlanılmışdır. Baxçanın həyətində olan quru və yararsız ağaclar kəsilərək götürülmüş və digər ağaclar budanmışdır. Baxçanın həyətində uşaqların oynaması üçün ərazilər hazırlanır. Digər əraziyə qazon döşənir və gül kolları əkilir. Uşaq baxçasının fasadı və daxili otaqları təmir olunur. İşlər davam edir.
13.01.2017-ci il tarixdə Avropa otelində Nəsimi RİHB-nın 1 saylı Sahə iəd üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına dairhesabat yığıncağı keçirilmişdir.
14.03.2017-ci il tarixdə İmperial şadlıq sarayında Nəsimi rayonunun aztəminatlı ailələrinə, şəhid ailələrinə, Çernobıl və Qarabağ müharibəsi əlillərinə Novruz sovqatı paylanmışdır.
20.03.2017-ci il tarixdə Pişəvari küçəsində Yeni Loqistika mərkəzi-Yaşıl Market istifadəyə verildi. Burada Respublika daxili istehsal müəssisələrinin malları o cümlədən müxtəlif kənd rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsullarının ucuz qiymətlərlə satışı təşkil edilmişdir.
Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmış və hal-hazırda davam etməkdədir. Fevral ayının 15-dən bugünədək 8500-dən artıq sakin pulsuz tibbi müayinədən keçmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yanvar ayından başlayaraq nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.
12 yanvar 2017-ci il tarixdə tam demokratik şəraitdə nümayəndəliyin hesabat yığıncağı keçirilmişdir.
Nümayəndəlik üç ay ərzində əraziyə xidmət göstərən 13, 14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmişdir. Üç ay ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yernidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.
Ərazidə qoyulmuş məişət tullantıları üçün konteynerlərdə sıradan çıxmış 33 təkər yenisi ilə əvəz olunmuş, 56 konteyner rənglənmiş və nömrələnmiş, 55 oturacaq rənglənmiş,küçələrdə işıq dirəkləri və bardurlar yuyulmuşdur.6 ədəd yeni konteyner qoyulmuşdur.
S.Vurğun küçəsi 941-ci məhəllədə, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda təmizlik işləri aparılmışdır. Mərdanov Qardaşları küçəsi 96a saylı binanın zirzəmisi təmizlənmiş, köhnə kanalizasiya xəttləri yenisi ilə əvəz olunmuşdur. Ak.Həsən Əliyev küçəsi 17 ünvanında TQDK köhə binasının yerində yeni binanın tikintisi işləri davam etdirilir. M.Qaşqay küçəsi 16 ünvanında təmir işləri görülüb, bina tam yararlı hala salınmışdır. M.Qaşqay və S.Zeynalov küçələrinin kəsişməsində 40 kv.m, E.Tağızadə küçəsində isə 55 kv.m asfalt örtüyü vurulmuşdur
Nümayəndəlik 16 mart 2017-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Novruz bayramı münasibərilə əsgərlərlə bayram tədbiri keçirmişdir.
2017-ci il yanvar ayının 10-da “Holidey İnn” otelində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
Hər il olduğu kimi 2017-ilin yanvar ayında nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər mütəmadi olaraq davam etdirilir.
Belə ki, Ş.Əzizbəyov 154, 159, 170, 172, döngə 1, S.Əsgərova 168, 180, 182, Vidadi 175, 179, 181, 189, D.Əliyeva 243, 243a, 28 May 14, 29, 56, S.Rəhimov 197, 203, Ə.Quliyev 133, Füzuli 79, K.Səfərəliyeva 26 küçələrində və Azadlıq prospektində 164 p/m su xətti təmir edilmişdir.
28 May 52, 54, 56, 58, 60, 62; Nizami 100, 102, 103, 104, 105, 107, 117, 119, 131, 135, 137; Xaqani 65, F.Əmirov 10, Zorge 13 saylı binalarda “Bakı Abadlıq” tərəfindən əsalı təmir işləri aparılır. Azər Avtoyol tərəfindən K.Səfərəliyeva küçəsi 23, 25 saylı ünvanlarda küçədə bardürlər dəyişdirilmişdir, hal-hazırda asfalt örtüyü vurulur.
C.Məmmədquluzadə döngə 1, S.Rəhimov 150, 215, 28 may 29, m 13, 22; Ş.Əzizbəyov 107, 211, 217, Əbilov 94, Ü.Hacıbəyov 66, M.Qaşqay 5, m 4, K.Səfərəliyeva 19, m 23, Vidadi 160 küçələrində və Xətai prospektində 460 m2 dam örtüyü təmir edilib.
Ş.Əzizbəyov 174, 176; S.Rəhimov 215, Droqal döngəsi 4 saylı ünvanlarda 236 m2binanın fasadları rənglənib.
B.B.Məcidov 85, 28 May 3, S.Rəhimov 205, Füzuli 53 və Azadlıq prospektlərində 50 p/m kanalizasiya xətləri təmir edilib və 2 ədəd lyuk dəyişdirilib.
Füzuli 53, Ə.B.Hüseynzadə 92, S.Rəhimov 135 küçələrində 8 ədəd zibil konteynerləri təmir edilib.
Vidadi 189, H.Aslanov 101 saylı ünvanlarda 13 m2 asfalt örtüyü vurulumuş, R.Behbudov, Ş.Əzizbəyov, Füzuli, D.Əliyeva küçələrində və Bülbül prospektində 720 səki daşları, 50 ədəd zibil qutuları, 120 ədəd işıq dirəkləri yuyulmuş, K.Səfərəliyeva 26, S.Rəhimov 197 küçələrində 10 m2 keçid meydançaları təmir edilmişdir.
Birinci rübdə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Cavadxan küçəsi 31,54, Mir Cəlal küçəsi 54 saylı ünvanda 5 mərtəbəli 8 girişli, Mir Cəlal küçəsi 56, H.Seyidzadə küçəsi 2 və 32 saylı ünvanlarda 5 mərtəbəli,
6 girişli, eləcə də H.Seyidzadə küçəsi 9 və 29, R.Məmmədov küçəsi 5 saylı ünvanlarda 5 mərtəbəli 4 girişli yaşayış binalarının fasadlarında və dam örtüklərində əsaslı təmir işlərinə başlanmışdır.
Bundan başqa, 3-cü mkr. ərazisindəki R.Məmmədov küçəsi 15 və 17 saylı yaşayış binalarının fasadlarında əsaslı təmir işləri, eyni zamanda həmin binaların ətrafında abadlıq-quruculuq tədbirləri yerinə yetirilmişdir. R.Məmmədov küçəsi 15 saylı binanın 2130 kv.m fasadına emulsiya vurulmuş, 16 ədəd pəncərə plastik pəncərələrlə əvəz edilmiş, 4 ədəd giriş qapısı quraşdırımış, həyətədə 1 ədəd (3x6) m ölçüdə istirahət guşəsi( besedka), 5 ədəd müxtəlif növ uşaq yelləncəyi quraşdırlmış, 18 kv.m tamet daşı döşənib, 80 p.m. bardyur düzülmüş və 100 kv.m istinad divarı tikilmişdir.
R.Məmmədov küçəsi 17 saylı binanın 900 kv.m fasadına emulsiya, yan fasadına 165 kv.m dəmir şifer vurulmuşdur.
Abadlıq işləri aparılan zaman həyətyanı əraziyə 450 kv.m asfalt döşənmiş, istinad divarının 320 kv.m səthi rənglənmişdir. Həmin binaların qarşısında torpaq işləri aparılmış, 102 ədəd ağac budanmış və əlavə olaraq 160 ədəd şam ağacı və 100 dekorativ kol əkilmişdir.
S.Rəhimov küçəsi 213 və 215, Ş.Əzizibəyov küçəsi 174 və 176, D.Əliyeva küçəsi 243, Droqal döngəsi 4 və 6 saylı binaların fasadlarında təmir işləri aparılmış, həmin binaların fasadlarının ümumilikdə 3970 kv.m sahəsi rənglənmişdir.
R.Behbudov küçəsindəki istirahət parkında abadlıq-bərpa işləri aparılmış, oturcaqlar təmir edilmiş və rənglənmişdir. Bu zaman istinad divarları və yol kənarındakı plakatların səthi yuyulub təmizlənmişdir.
Ü.Hacıbəyov küçəsinə 3000 ədəd gül əkilmiş, eləcə də Ü.Hacıbəyov, R.Behbudov, Füzuli və cavadxan küçəslərindəki işıq dirəkləri rənglənmişdir.
Hal-hazırda I mkr. Moskva pr. 68 saylı binanın yaxınlığında olan istirahət parkında əsaslı və abadlıq işləri aparılır.
Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri yenisi ilə əvəz edilmiş, eyni zamanda
4 ünvanda yeni zibil meydançası tikilmiş, digərləri təmir olunaraq, ağardılmışdır.
I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəprlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.
Kazımovski küçəsi 1a, 1/3, 7a saylı binaların qarşısında abadlıq və təmizlik işləri aparılmışdır.
İlin I rübü qış mövsümünə təsadüf etdiyindən, bu dövr ərzində MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 145 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.
Rayon İcra Hakimiyyətinin balansında olan binalarda yaşayan əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbulu üçün 356 ünvanda qəbul məntəqəsi vardır.
Həmin qəbul məntəqələri 849 ədəd xüsusi konteyner və 268 ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur.
Hər gün bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına nəzarət təşkil edilmişdir.
Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən birinci rüb ərzində 117 saylı y/st-da 35 kv-luq Azinko №1, 2 mühafizələri yoxlanılmış, №3, 3372 № 1, 2, cərəyan transformatorları dəyişdirilmiş, kabel xəttləri təmir edilmişdir. 87 saylı y/st-da 25 mVA 1 və 2 saylı tr-r, 630 kva 1 və 2 saylı XSTR, 16 mVA 1 və 2 saylı tr-r, 35 və 10 kv-luq BAEQA, 35 kv-luq QPQ-də 35 kv-luq “117-87” 100y/st-da 10 kv-luq TM 1, 100y/st-da 10 kv-luq TM 2 k/x, 99 saylı y/st-da 10 kv-luq TM 2071 və TM-2311, 86 saylı y/st-da 35 kv-luq “96-86” k/x, 100y/st-da 10 kv-luq TM-Qafqaz Otel № 1, 117y/st-da 6 kv-luq TM-1500 100y/st-da 10 kv-luq TM 1, 2 –də cari təmir və mühafizəsinin yoxlanılması işləri aparılmışdır.
10/6 kv-luq kabel xətlərinin təmiri zamanı 213 metr yüksək gərginlikli kabel istifadə olunmuşdur. 0,4 kv-luq kabel xəttinin dəyişdirilməsi, təmiri və sayğaclaşma zamanı 6999 metr müxtəlif markalı kabellər istifadə olunmuşdur. Alçaq gərginlik lövhələrində 9 ədəd 250А, 400-lik 0,4 kv-luq ayırıcılar quraşdırılmışdır.
Sayğaclaşma və yenidənqurma zamanı 123 ədəd təksayğaclı qutu, 4 ədəd SMS tipli 6 sayğaclı pano, 25 ədəd SMS tipli 8 sayğaclı pano, 9 ədəd SMS tipli 10 sayğaclı pano və 7 ədəd SMS 12 sayğaclı pano quraşdırılmışdır. Şəbəkənin öz gücünə 380 ədəd sayğac panoları təmir olunub, SMS sayğacların quraşdırılması üçün hazırlanmışdır.
Nəsimi rayon Sukanal İdarəsi tərəfindən 2017-ci ilin birinci rübü ərzində 01.04.2017-ci il tarixinə qeydiyyata alınmış 219219 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilir. Hal-hazırda abonentlərin ümumi sayı 73342 abonent təşkil edir, o cümlədən: əhali sektoru üzrə 65792 abonent, qeyri- əhali sektoru üzrə-7550 abonentdir.
Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 77,1%-i, yəni 169000 nəfərdən çox əhali sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 22.9% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 6 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.
Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km, məhəllədaxili şəbəkə-165.0km) artıqdır.
Tərəfimizdən istismar olunan kanalizasiya şəbəkəsinin isə ümumi uzunluğu 162.0 km, yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır.İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə-690 ədəddir.
8(səkkiz) ünvanda ümumi həcmi 5154.0 m3 olan su anbarı tərəfimizdən istismar olunur və aprel-may aylarında yuyulub-zərərsizləşdirilməsi işləri təsdiq olunmuş plan-qrafikə əsasən icra olunacaqdır.
Nəsimi rayon Sukanal İdarəsinin balansında olan 89 ədəd məhəllədaxili nasos stansiyasından hal-hazırda 47 ədədi fəaliyyət göstərir. Daimi su alan əraziılərdə bir-birinə yaxın olan nasosxanalar birləşdirilmiş, məsrəflərə qənaət məqsədi ilə 45 ədəd nasosxananın fəaliyyəti dayandırılmış və əhali fasiləsiz su təminatına keçirlmişdir.
Mənbələrdən alınan suyun həcmi 2017-ci ilin 3 ayında 7750000.0 m3 –dən artıq olmuşdur, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə alınan suyun həcmi 550000.0 m3 azalmış, nəticədə 7.3% qənaət əldə olunmuşdur. 2017-ci ilin 1-ci rübü ərzində abonentlərə 2974782.0m3 həcmində su satılmışdır. Göstərilən xidmətlərin həcmi 2872606.0 manat təşkil edmişdir. Abonentlər tərəfindən 2750000.0 manat həcmində ödəniş edilmişdir. Yığım faizi 95.7% olmuşdur.
Ümumilikdə idarəmiz üzrə hal-hazırda 73342 abonentin 59000 nəfərindən artıq su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı 80.44 % təşkil edir.
Ümumi abonentlərin 28.0%-i “Smart” tipli sayğaclarla təmin olunmuşlar.
2017-ci ilin 1-ci rübü ərzində 2000-dən artıq yeni su sayğacı quraşdırılmış, təmir olunmuş, dəyişdirilmiş və ya qeydiyyata alınmışdır.
Ümumi uzunluğu 150.0 pm-dən artıq olan müxtəlif diametrli su xətləri çəkilmiş, 200.0 metrdən çox təmir olunmuşdur. -210,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək, yenisi ilə əvəz olunmuşdur.
2017-ci ilin 3 ayı ərzində magistral və məhəllədaxili su kəmərlərində 1387 ünvanda, kanalizasiya şəbəkələrində isə 2146 ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır.
Rayon ərazisində müxtəlif diametrə malik 5 ədəd yeni siyirtmə quraşdırılıb istismara verilmiş, 13 ədəd siyirtmə təmir olunmuşdur. 1 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır.
Məhəllədaxili nasos stansiyalarında 2017-ci ilin 1-ci rübü ərzində müxtəlif gücə malik 27 ədəd elektrik mühərriki, müxtəlif markalı 38 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir.
2017-ci ilin 3 ayı ərzində 14000.0pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 1800.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 320 ədəd yağış barmaqlıqları, 870 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 3 ədəd yeni yağış barmaqlığı, 3 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.
5-ci mikrorayon ərazisində, Cavadxan küşəsi 17,17a,23,23a və 31 saylı yaşayış binalarında binadaxili və məhəllədaxili su xətlərinin əsaslı təmiri işlərinə başlanılmışdır. 408 mənzildə, binaların 1-ci mərtəbələrində və zirzəmilərində yerləşən kommersiya yönümlü obyektlərdə “Azərsu” ASC-nin “Pilot” layihəsi çərçivəsində su xətlərinin yenilənməsi və sayğacların quraşdırılması işləri davam etdirilir. 2017-ci ildə mikrorayon ərazisində daha 12 binada əsaslı təmir işlərinin aparılması və sayğaclaşma nəzərdə tutulub.
1 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən 2017-ci ilin birinci rübdə rayon ərazisində 26 ədəd qazanxana, 19 ədəd istilik məntəqəsi, 220 ədəd yaşayış binası, 6 səhiyyə, 15 məktəb, 10 uşaq bağçası və 21 ədəd digər obyekti fasiləsiz olaraq istilik enerjisi istehsal edərək istiliklə təmin edilmişdir.
Birinci rübdə aşağıda göstərilən ünvanlarda istehsalat prosesi zamanı yaranan qüsurlar aradan qaldırılmışdır.
H.Seyidzadə 2 ünvanında L=90m D=89mm boru yenisi ilə əvəz olunmuşdur.
H.Seyidzadə 30 ünvanında L=20m D=114mm borunun qüsurlu hissəsi təmir edilmişdir.
Toçubaşov 23 ünvanında L=40m D=76mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
S.Rüstəm 33 ünvanında D.159 mm borunun qüsurlu hissəsi təmir edilmişdir.
Qulu Quliyev 11/13 ünvanına gedən məhəllə daxili istilik xəttində L=2 metr d.114 mm-lik boru təmir olinmuşdur
Azadlıq prospekti 90 ünvanında aşağı paylama istilik xətti təmir edilmişdir. L=20 metr d.50mm
IV əlavə mikrorayon 1 saylı istilk məntəqəsində 4k-6 tipli şəbəkə nasosu 6k-8 tipli nasos ilə əvəz olunmuşdur.
Həmçinin,A.Mustafayev küçəsi 11, S.Rüstəm küçəsi 52, S.Vurgun küçəsi 116, Q.Quluyev küçəsi 11\13, A. Məhərəmov küçəsi 21,29,19, Cavadxan küçəsi 26,34,38,10,12 və. s ünvanlarda məhəllə daxili və aşağı paylama istilik xətlərində cari təmir işləri görülmüş, yaranan axıntılar dərhal aradan qaldırılaraq sakinlər istilik enerjisi ilə təmin olunmuşdur.
138 saylı qazanxana, III mikrorayon 2,3 və 4 saylı istilik məntəqələrinin dam örtük qatı, ümumilikdə 530m2, təmir olunmuşdur.
Nəsimi Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin 2017-ci il üçün tədbirlər planına müvafiq olaraq 3 ay ərzində planlaşdırılmış tədbirlər əsasən yerinə yetirilmişdir.
Rayonun mülki müdafiə xidmətlərinin və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərinin 2017-ci il üçün mülki müdafiə tədbirlər planlarının tərtib olunmasına metodiki köməkliklər göstərilmişdir. Ümumilikdə 205 obyektdən 175 obyektin tərtib olunmuş illik tədbirlər planı müvafiq qaydada razılaşdırılmışdır.
18 yanvar 2017-ci il tarixdə 70 saylı MKİS–nin, 19 fevral 2017-ci il tarixdə 51 saylı MKİS-nin, 14 mart 2017-ci il tarixdə 52 saylı MKİS-nin ərazisində yerləşən kollektiv mühafizə qurğularının vəziyyətinə baxış keçirilmiş və müvafiq olaraq arayışlar tərtib edilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının təsdiq edtiyi 2017-ci il üçün rəhbər, komandir-rəis heyətinin Mərkəzi MM kurslarında komplektləşdirmə planına müvafiq olaraq hesabat dövründə nəzərdə tutulmuş kateqoriyalar üzrə dinləyicilərin göndərilməsi təmin edilmişdir.
18 yanvar 2017-ci il tarixdə Nəsimi rayonu, S. Rüstəm küçəsi 25 ünvanında yerləşən Bakı Slavyan Universitetində, 23 fevral 2017-ci il tarixdə S.Rüstəm küçəsi 31 ünvanında yerləşən 164 saylı tam orta məktəbdə, 15 fevral mart 2017-ci il tarixdə S.Vurğun küçəsi 956-cı məhəllədə yerləşən Ə.F. Qarayev adına 2 saylı kliniki Uşaq Xəstəxanasında, 16 mart 2017-ci il tarixdə 3 saylı Uşaq Xəstəxanasında şöbənin əməkdaşları tərəfindən MM qüvvələrinin fərdi mühafizə vasitələri, radiasiya, kimya kəşfiyyat cihazları ilə təminatına, hazırlığına nəzarət edilmiş və onlara metodiki köməklik göstərilmişdir.
Nəsimi rayonu, K.Səfərəliyeva 1 ünvanında yerləşən “Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində 22 fevral 2017-ci il tarixdə Mülki müdafiə dəstələrinin hazırlığının yoxlanılması həyata keçirilmişdir. Tədbirə İdarənin 130 nəfər şəxsi heyətdən 32 nəfər cəlb edilmişdir. .
1 mart 2017-ci il tarixdə “Ümumdünya mülki müdafiə günü”nün qeyd olunması ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı verilmiş, rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, o cümlədən məktəbəqədər tərbiyə müəssisələrində nümünəvi baxış təlimləri keçirilmiş, mənzil kommunal istismar sahələrinin ərazisində yaşayan, işləməyən əhali arasında fövqəladə hadisələrdən müdafiə sahəsində davranış qaydalarına dair izahat xarakterli məlumatlar təbliğ olunmuşdur. Azərbaycan Dillər Universitetində tələbə, müəllim və digər pedoqoji kollektivin, Fövqəladə Hallar Nazirliyinin və Mülki müdafiə idarəsinin əməkdaşlarının iştirakı ilə nümunəvi tədbir keçirilmişdir. Tədbirdə fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi, fövqəladə hadisələr zamanı təxliyə və davranış qaydaları nümayiş etdirilmişdir. Tədbir zamanı fotoşəkillər və video çəkilişlər həyata keçirilmidir. Tədbirdə ümumilikdə 250 nəfər iştirak etmişdir.
15 mart 2017-ci il tarixdə Nəsimi rayonu, 12 saylı Uşaq Poliklinikasında rəhbər heyəti ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilmişdir. Tədbirdə ümumilikdə tədbirdən poliklinikanın şəxsi heyətindən 90 nəfəri bəhrələndi.
Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsində 2017-ci ilin birinci rübü ərzində Rayon ərazisində yerləşən mühüm əhəmiyyətlə və yanğın təhlükəli obyektlərdə vaxtaşırı taktiki təlim-məşğələlər təşkil edilmiş, həmin obyektlərdə yanğına qarşı rejimə əməl olunması üçün işçilərə səlahiyyətlərimiz çərçivəsində təlimatlar verilmişdir.
May-iyun aylarında keçirilməsi nəzərdə tutulan “Yanğın Xilasetmə İdmanı” üzrə Bakı birinciliyi uğrunda yarışlarda və “Ən yaxşı manqa” baxış müsabiqəsində iştirak etmək və naliyyətlər qazanmaq məqsədilə mütəmadi olaraq xüsusi məşqlər təşkil olunub, yerinə yetirilməkdədir.
2017-ci ilin may-iyun aylarında Bakı şəhərində “IV İslam Həmrəyliyi Oyunları” və “Formula-1” yarışlarının keçiriləcəyi ərazidə və obyektlərdə yanğından mühafizə işinin təmin edilməsi məqsədilə müvafiq hazırlıq işləri yerinə yetirilir, həmin tədbirlərdə növbə çəkməyə cəlb olunacaq əməkdaşlarımızla lazımi treninqlər təşkil olunur və cəlb olunan yanğın texnikası və texniki ləvazimatların sınaqdan keçirilməsi, tam hazırlıq səviyyəsinə gətirilməsi işləri yerinə yetirilir.
2017-ci ilin I rübü ərzində rayon ərazisində baş vermiş yanğınlar üğürla söndürülmüş, yanğınlarda həlak olan olmamışdir.
Rüb ərzində 23.01.2017-ci il tarixdə S.Salayev küçəsi-63 ünvanında ev sahibinin həyat yoldaşı 1959-cu il təvəlludlü Zeynalova Sfera Canəli qızı yanğın zamanı xilas edilmiş, ilk tibbi yardım göstərilərək həyata qaytarılmışdır. 21.02.2017-ci il tarixdə 5-ci mikrorayonda Asif Məhərrəmov küçəsi 4/66 ünvanında qaz sızması nəticəsində partlayış baş vermiş və ev sahibinin oğlu 1990-cı il təvəllüdlü Məmmədzadə Orxan Yasin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı yanıq mərkəzinə çatdırılmışdır.
Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş “20 Yanvar faciəsi” şəhidlərinin keçdiyi şərəfli yolun gənclərə çatdırılması, istedadlı gənclərin aşkara çıxarılması və 44 saylı tam orta məktəbdə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 Yanvar faciəsi”nin 27-ci ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı, 46 saylı tam orta məktəbdə eyni adlı rəsm müsabiqələri keçirilmişdir.
Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar 14.02.2017-ci il tarixdə 5 saylı tam orta məktəbdə “Müharibə uşaqların gözü ilə” mövzusunda inşa yazı, 16.02.2017-ci il tarixdə isə 46 saylı tam orta məktəbdə eyni adlı rəsm müsabiqələri təşkil olunmuşdur. 54 saylı tam orta məktəbdə ədəbi-bədii tədbir, 20.02.2017-ci il tarixdə Texniki Humanitar Liseydə “Müharibə uşaqların gözü ilə” mövzusunda dəyirmi masa keçirilmişdir.
31.03.2017-ci il tarixdə Azərbaycan Dillər Universitetində tələbələrin iştirakı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmiş, ermənilərin xalqımıza qarşı törətdikəri müsibətlərdən söhbət açılmışdır.
Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onlrın qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası, o cümlədən həssas qruplardan olan gənclərin dəstəklənməsi məqsədilə İdarə tərəfindən bir sıra tədbirlər, 17.02.2017-ci il tarixdə 1 saylı tam orta məktəbdə rayonun orta ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Narkomaniya, Siqaret və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilasıdır” mövzusunda konfrans keçirilmişdir.
2017-ci ilin yanvar-mart ayları ərzində gənclər sahəsi üzrə keçirilən 16 tədbirdə 3644 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə Nəsimi rayon məktəblərinin VII-VIII sinif şagirdlərinin iştirakı ilə 09-12.01.2017-ci il tarixdə 44 saylı tam orta məktəbdə arasında voleybol (oğlanlar) yarışı üzrə rayon turniri, 15.02.2017-ci il tarixdə Respublika velotrekində Olimpiya Hərəkatı – 2017 layihəsi çərçivəsində velosiped idmanı üzrə turnir, 17.01.2017-ci il tarixdə 159 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş güllə atıcılığı üzrə rayon turniri, ali məktəb tələbələrinin iştirakı ilə 27-28.01.2017-ci il tarixlərdə Bakı Slavyan Universitetində 2 fevral– Gənclər gününə həsr olunmuş futzal yarışı üzrə turnir, 17.02.2017-ci il tarixdə 54 saylı tam orta məktəbdə atletika dördnövçülüyü üzrə (qızlar) turnir, 21.02.2017-ci il tarixdə 46 saylı tam orta məktəbdə 26 fevral - Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Mahir nişançı” adlı güllə atıcılığı üzrə turnirkeçirilmişdir.
Ümumilikdə 2017-ci ilin yanvar-mart ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 7 tədbirdə 1476 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
2017-ci ilin birinci rübü ərzində rayonda RİH-nin təşkilatçılığı ilə bir sıra tədbirlər və toplantılar təşkil olunaraq keçirilmişdir.
Yanvar ayında rayonun 1, 2 və 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Yanvar ayında 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətində Tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuşdur.
Tədbirlər planı çərçivəsində yanvar ayının 17-də RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə iştirak edən rayon rəhbərliyi, rayonun digər ictimai təşkilatlarının və birliklərinin, Sosial Müdafiə Fondu rəhbərləri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. 20 Yanvar Respublika cəmiyyətinin sədri Sultan Əzimzadə, Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, 2-ci qrup əlil Tofiq Allahverdiyev çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Görüşdə şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.
Yanvar ayının 18-də 1 saylı tam orta məktəbdə H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin və məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Tədbirdə rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, 20 Yanvar və Qarabağ müharibəsi veteranları və şəhid ailələləri iştirak edirdilər. Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı çıxış etmişdir.
Rayonun ali və orta məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar yığıncaqlar və toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuşdur.
Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur.
Rayonun orta məktəblərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Tərtib olunmuş qrafik üzrə 17-19 yanvar tarixlərində orta və ali məktəblərin şagird və tələbələri tərəfindən «Şəhidlər Xiyabanı»nın ziyarət olunması təşkil edilmişdir.
20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində şəhidlərin ruhuna dualar oxunmuşdur. Bu tədbirlər və görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomaniya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın tədbirlər planına əsasən yanvar ayının 24-da Nəsimi rayonu 46 saylı məktəbdənkənar tərbiyə işi Mərkəzində “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdir.
Gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər təşkil edilib keçirilir.
Nəsimi rayon ictimaiyyətinin, xüsusilə gənclərin iştirakı ilə yanvar ayının 27-də Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasına baxış keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və ümumən, talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən yanvar ayının 27-də 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə humanitar qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyası B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Mərkəzi qan bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən əziyyət çəkənlərə dəstək olaraq keçirilmişdir. Qanvermə aksiyasında Nəsimi rayonu ərazisində yerləşən idarə və təşkilatların, orta təhsil müəssisələrinin kollektivləri, ümumiyyətlə, 500-dən çox könüllü iştirak etmişdir.
2 Fevral – Azərbaycan Gəncləri günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Fevral ayının 1-də Azərbaycan Gəncləri günü ərəfəsində Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş, 1000 nəfərdən çox gəncin iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Tədbirdə çıxış edənlər ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə və gənc kollektivə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Nəsimi gənclərini təbrik edənlər Milli Məclisin üzvləri - Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Hüseynov, Ülvi Quliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gərayzadə, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Əfqan Abdullayev, Azərbaycan Universitenin rektoru Fərid Əhmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov və digər rəsmilər iştirak edirdilər. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatmışdır.
Fevral ayının 2-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2017-ci il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağın yekunlarına görə rayon İcra Hakimiyyətinin 2016-cı il üçün fəaliyyəti «qənaətbəxş» qiymətləndirilmişdir. Toplantı iştirakçıları adından möhtərəm Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olundu.
Yekun hesabatda 2016-cı il ərzində görülən işlərdən bəhs edən film nümayış olunmuşdur. Həmçinin tədbir iştirakçılarına nəfs şəkildə tərtib olunmuş Nəsimi rayonu jurnalı təqdim edilmişdir. Sonda ilin yubilyarlarına və idman qaliblərinə Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olundu.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində o, cümlədən Bioloji Təbabət Klinikasında da əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdu.
Tibbi müayinələrin başlandığı fevral ayının 15-dən aprel ayının 1-dək olan müddət ərzində rayon üzrə 35232 nəfər müayinələrdən keçmişdir. Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür. Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlük, ongünlük və aylıq yekunlar araşdırılmış, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tibbi müayinələrin nəticələri ilə bağlı gündəlik və yekun hesabatlar verilmişdir.
Fevral ayının 6-da Nəsimi Rayon İcra Hakimiyyətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı tədbir keçirilib.
Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır. Tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.
Fevral ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi, Yasamal və Nərimanov rayon Prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə seminar müşavirə keçirilmiş,
iştirakçılar “Fitnə” filmini izləmişlər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahin Həsənli iştirak etmişdilər.
Fevral ayının 11-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Nəsimi rayon YAP Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı bir qrup fəal gənclərlə Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar. Milli Qəhrəmanın Qusarın Şəhidlər xiyabanındakı qəbri ziyarət olunub, onun orta təhsil aldığı Həzrə kənd tam orta məktəbin kollektivi ilə görüş olub. Məktəbdə keçirilən görüşdən sonra Milli Qəhrəmanın ailə üzvləri ziyarət olunub.
Fevral ayının 13-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasının 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə bir qrup şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, məktəblərin hərbi rəhbərlərinə və 2016-cı ilin aprel döyüşlərində şücayət göstərən əsgər və zabitlərə xatirə hədiyyələri və gül dəstələri təqdim edilmişdir.
Fevral ayının 15-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın növbəti yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə bağlı rayon İcra Hakimiyyəti, yerli strukturlar, hüquq-mühafizə orqanları, bələdiyyə, mənzil kommunal təsərrüfatı və xidmət sahələrinin qarşısında duran vəzifələrin geniş müzakirəsi aparılmışdır.
Şuranın iclasında Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətində keçirilən geniş müşavirədə verilən tapşırıqların yerinə yetirilməsi istiqamətləri müəyyənləşdirilmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir.
Fevral ayının 17-də 8 N-li tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili Dəyərə çevirək" devizi altında “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında V-IX sinif şagirdləri və məktəbin tarix, ana dili və ədəbiyyatı fənni müəllimlərinin birgə hazırladığı tədbir keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomaniya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın tədbirlər planına əsasən fevral ayının 17-də Nəsimi rayonu 1 N-li tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdi. Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat tərzinin təbliğ edilməsi olmuşdur.
«Xocalı soyqırımının iyirmi beçinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Nəsimi rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirimiş, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunub keçirilmişdir.
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Faciənin ildönümü ərəfəsində - fevral ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Xocalı sakinləri ilə görüş zamanı tədbir iştirakçılarının müraciətlərinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fərdi qəbul təşkil edilmişdir. Qəbul zamanı onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilmişdir.
Fevral ayının 23-də Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsindən bəhs edən “Arzu və Murad” adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilmişdir. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.
Tədbirdən əvvəl qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirtmişdilər.
Fevral ayının 24-də Nəsimi rayon ictimaiyyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılmışdır.
Fevral ayının 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqili anım mərasimi keçirilib. Mərasimdə Bakı Musiqi Akademiyasının dirijoru Fuad İbrahimovun rəhbərliyi altında Gənclər Kamera Orkestrinin müşayiətilə C.Albinoninin “Adajio”, İ.Baxın “Ariya”, F.Şopenin “Noktyurn c-moll”, F.Əmirovun “Nizami” simfoniyasından final hissə, V.Adıgözəlovun “Qərənfil”, “Şuşa”, M.Mirzəyevin “Dahi ustad Ü.Hacıbəyliyə ithaf”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin göz yaşları”, Fərhad Bədəlbəylinin “Ave-Mariya” əsərləri səsləndirilib.Tədbir Qara Qarayevin “Matəm Odası” ilə yekunlaşıb.
Fevral ayının 24-25-də rayonun bütün ali və orta məktəblərində keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, divar qəzetləri buraxılmış, inşa müsabiqəsi keçirilmişdir.
Fevral ayının 24-26-da Nəsimi rayon nümayəndə heyəti İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişdilər. Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Anım tədbiri 2015-ci ildə İzmit şəhərinin Yenişəhər məhəlləsində parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə təşkil edilmişdir. Tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.
Nəsimi rayon nümayəndə heyəti həmçinin İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişlər. Qonaqlar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasında, Kocaeli Universitetində, Kocaeli Heydər Əliyev Kültür Mərkəzində, TADEF-da yeni yaradılmış Xocalı muzeyində keçirilən tədbirlərdə iştirak etmişlər. Kocaeli Universitetində 600 nəfər müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən anım tədbirində erməni vəhşiliyi, erməni vandalizmi bir daha lənətlənmişdir.
Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.
Ukrayna səfirliyi tərəfindən Ukrayna və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycana səfərləri çərçivəsində fevral ayının 21-də Nəsimi rayonu ərazisində yerləşən görkəmli şair Taras Şevçenkonun abidəsini ziyarət ediblər. İşçi qrupun üzvləri Nəsimi rayonu ərazisində yerləşən Ukraynanın Azərbaycandakı konqresinin ofisinin açılış mərasimində də iştirak etmişlər.
Mart ayının 1-də 8 N-li tam orta məktəbdə “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda tədbir keçirilmiş və “Fitnə” filmi nümayiş olunmuşdur. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilmişdir.
Mart ayının 3-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublika Velotrekində 5 mart - Bədən tərbiyəsi və idman günü qeyd edilmişdir. İdman bayramı tədbirində rayonun tam orta məktəblərində təhsil alan idmanla məşğul olan, Dünya, Avropa yarışlarında, Respublika və Bakı şəhər Çempionatlarında qalib olmuş məktəblilər iştirak ediblər. Azərbaycan Velosiped Federasiyasının velosipedçilərinin bayraqlarla yürüşü ilə başlanan idman bayramında müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları və məktəblilərin hazırladıqları flaşmob tamaşaçıların alqışları ilə qarşılanmışdır. Tədbir konsertlə davam etmişdir.
Mart ayının 7-də RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə «Maestro» restoranında tədbir və konsert təşkil olunmuşdur. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
Taras Şevçenkonun anadan olmasının 203-cü ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən mart ayının 9-da Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur.
Qeyd olunan tədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər. Anım mərasimdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış etmiş, Bakı Slavyan Universitetinin tələbələri T.Şevçenkonun ölməz əsərlərindən nümunələr səsləndirilmiş, Ukrayna diaspor təşkilatının uşaq yaradıcılıq qruplarının ifasında şairin həyat və yaradıcılığına həsr olunmuş səhnəciklər göstərilmişdir.
Nəsimi rayonunda Novruz bayramının keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, bağlarda, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində və mədəniyyət ocaqlarında baharın gəlişinə həsr olunmuş tədbirlər hazırlanmışdır. Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunmuşdur.
Mart ayının 13-də Novruz bayramı ərəfəsində 3- cü mikrorayon Rəşid Məmmədov küçəsi 15 ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 120 mənzilli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə 150 ağac əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
Mart ayının 14-də xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” nda olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəbliləri 16-19 mart 2017-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyada iştirak etmişlər. Nəsimi rayonundan 27 nəfər məktəbli, 2 nəfər rəhbər və 1 nəfər tibb bacısı Naxçıvan Muxtar Respublikasına səfər etmişlər.
İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçıların qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.
Mart ayının 15-də RİH-də turda iştirak edən şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə turun məqsədi barədə məlumat verilmiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışilmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulamışdır. Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən birində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulur.
Tədbirdə ilk dəfə olaraq Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə ifa edildi. Sonra məktəblilərin iştirakı ilə çəkilmiş “Ölkəmizi tanıyaq” klipi tədbir iştirakçılarına təqdim olundu.
Mart ayının 16-da məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınması mərasimləri keçirilmişdir. Tur iştirakçıları Naxçıvan şəhərində “Duzdağ” otelində yerləşdirilmişlər.
Turlar zamanı məktəblilərimiz Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar. Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası, Naxçıvan Dövlət Universiteində, Naxçıvan Avtomobil zavodunda, “Gəmiqaya Mineral Sular” MMC-də, Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyini və “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.
Həmçinin Ordubad şəhərinə səyahətlə davam etdirilmiş və burda şagirdlər Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad rayon Tarix-Diyarşünasliq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar. Daha sonra Şahbuz rayonuna səfər çərçıvəsində tur iştirakçıları Şahbuz şəhər 2 nömrəli orta məktəbi, “Farma-Şah”MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası və Ağbulaq İstirahət Mərkəzində olmuşlar.
Culfa rayonuna səfər edən tur iştirakçılar Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanış olmuşlar.
Sonra Naxçıvan şəhərinin Gənclər Mərkəzində Naxçıvan MR-nın Gənclər, İdman naziri və Təhsil naziri ilə tur iştirakçılarının görüşü keçirilmişdir.
Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsində ilk dəfə idi ki, olmuş və onlar evlərinə çox böyük təəssüratlarla qayıtmışlar. Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şarait yaradılmışdır.
Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərimizin Naxçıvan Muxtar Respublikası ilə tanışlığı uğurla başa çatmış, şagirdlərimiz bu möhtəşəm layihədən məmnun olduqlarını bildirmiş və layıhənin yaradıcısı olan Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək bundan sonra daha da səylə çalışacaqlarına, yaxşı oxuyacaqlarına söz vermişlər.
Mart ayının 16-da Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmişdir. Tədbirdə tanınmış incəsənət ustalarının çıxışları əsgərlərdə xoş təəssurat bağışlamışdır.
Novruz bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində yaşayan uşaqlara bayram sovqatları aparılmışdır. Nümayəndələr körpələr evindəki valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşmüş, onların vəziyyəti ilə maraqlanmış, uşaqlara hədiyyələr təqdim edilmişdir.
Novruz bayramı tədbirləri çərçivəsində rayonda keçirilən tədbirlərdən biri mart ayının 17-də İmperial şadlıq sarayında Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qırmızı Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir.
Novruz Bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvlərinə, ümumilikdə 2500-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri məcburi köçkünlərin, ictimai birliklərin nümayəndələri, iş adamları və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Mart ayının 17-də Nəsimi rayonunda yeni Loqistika mərkəzi - Yaşıl market istifadəyə verilmişdi. “ 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Nəsimi rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə loqistika mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. 1,6 ha sahədə yerləşən Yaşıl marketdə 1500 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Yeni istifadəyə verilmiş Yaşıl marketdə 1000 ədəd piştaxta, 28 ədəd müasir tipli mağaza, 5 soyuducu kamera, 200 avtomobil üçün dayanacaq sahəsi mövcuddur.
Mərkəzin açılışında Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, İqtisadiyat naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Sahibkarlığa Kömək Milli fondunun icraçı direktoru Şirzad Abdullayev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı iştirak etmişlər. Qonaqlar geniş ərazidə yerləşən açıq və bağlı satış məntəqələrini gəzmiş, ayrı-ayrı pavilionlarla tanış olaraq alıcılarla söhbətlər etmişlər.
Pavilionlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan müxtəlif çeşiddə kənd təsərrüfatı, ərzaq və qida məhsullarının satışı təşkil olunmuşdur. Mərkəzdə həmçinin məhsulların topdan satışının təşkili üçün sərgi pavilionu mövcuddur. Açılış mərasimi Novruz bayramına məxsus tərtibatla bəzədilmiş və əyləncəli bayram konseti təşkil olunmuşdur.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu ilin may ayında Kaliforniyada Nəsimi rayonu üzrə nümayəndə heyətinin təşkilatçılığı ilə keçiriləcək proqrama Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlərin təşkil edilməsi, “Əli və Nino” filminin nümayiş etdirilməsi, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi tədbirləri daxildir.
Foto-sərgiyə hazırlıq üçün Baş Konsulluq tərəfindən təklif edilmiş San Dieqolu fotoqraf Nikolas Agelidisin mart ayının 17-də Bakıya səfərinin ilk günündə Nəsimi rayon İcra hakimiyyətində görüş təşkil edilmişdir.
Tanınmış fotoqrafın “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi üçün paytaxtımıza 10 günlük səfəri çərçivəsində proqramın tərtib olunmuş və Bakı şəhərinin sərgidə nümayiş ediləcək fotoşəkillərinin çəkiliş ünvanları müəyyənləşdirilmiş, qonağın səmərəli fəaliyyəti üçün bütün müvafiq şəraitin yaradılmışdır. Tanınmış San Dieqolu fotoqraf Nikolas Agelidis Azərbaycana səfər etdiyi üçün məmnun olduğunu, Bakı şəhərinin gözəlliyinə ilk anlardan heyran olduğunu bildirdi. Foto sərgi üçün çox maraqlı və zəngin material- şəkillər çəkə biləcəyini bildirmişdir.Görüşün sonunda Nəsimi rayon İcra hakimiyyəti tərəfindən tanınmış San Dieqolu fotoqraf Nikolas Agelidisə xatirə hədiyyələri təqdim edildi.
Mart ayının 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonu H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilmişdir. Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Əməkdar artist Fuad İbrahimovun müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər. Məktəbin şagirdlərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər keçirilir. Nəsimi rayonu ərazisində 2373 ailə olmaqla 8713 nəfər məcburi köçkün məskunlaşmışdır. Onların mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları istiqamətində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Müşavirədən sonra Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də görüş təşkil edilmiş, məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülərək bu müəssisədə 150-nəfərə yaxın məcburi köçkün işlə təmin olunmuşdur.
Mart ayının 31-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirmişdir. Tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları,Nəsimi rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə C.Naxçıvanski adına hərbi liseyin xidmətdə fərqlənən bir qrup kursantına rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdu. Nəsimi rayon 8 saylı tam orta məktəbin “Şahinlər” hərbi komandası üzvlərinin hərbi and içməsi və hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar tədbir iştirakçılarının böyük alqışlarına səbəb oldu.
Mart ayının sonunda rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Belə ki, rayonda yerləşən tam orta məktəblərdə sərgilər təşkil olunmuş, dəyirmi masalar, konfranslar, rəsm sərgiləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində birinci dərs soyqırım tarixinə həsr olunmuşdur. 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən mart ayının 31-də rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında Nəsimi məktəblilərinin rəsm sərgisi keçirilmişdir. Tədbirdə 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuş, çəkdikləri rəsmlərə görə 10 nəfər məktəbliyə Rayon İcra Hakimiyyətinin diplomları təqdim edilmişdi.
2017-ci ilin 3 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2017-ci ilin 3 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 508 ərizə və müraciəti ( 2016cı ilin 3 ayı 511 ərizə) daxil olmuşdur.
Onlardan 142-si Prezidentin Administrasiyasından,
7-si Milli Məclisdən,
11-i Nazirlər Kabinetindən,
91-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
257-si vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 18-i təkrar, 66-sı kollektiv ərizələrdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mərkəzi respublika qəzetlərində cari ilin 15-16 fevral tarixində dərc edilmiş «Azərbaycan Prezidentinin apardığı əsaslı isalahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır» başlığı ilə geniş məqaləsində vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələri, mövcud nöqsanların aradan qaldırılması istiqamətlərini müəyyənləşdirmişdir.
RİH və yerli strukturların məsul əməkdaşları tərəfindən məqalədə qeyd olunan tövsiyələr və irəli gələn vəzifələrlə bağlı görüləcək işlərin icrasına başlanmışdır.
Cari ilin 3 ayı ərzində Azərbaycan Respublikası Prezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin 3 ayı ərzində sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün bütün qüvvəllər səfərbər ediləcəkdir.