Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2017-ci ilin I rübünün yekunları müzakirə olunmuşdur

13 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci  ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.
    Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi hissəsində yerləşən Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində diqqətəlayiq uğurlar qazanılmışdır. Keçən ili bütün sahələrdə ciddi nailiyyətlərlə yola salmış nəsimililər ilin birinci rübünün sosial-iqtisadi göstəricilərini də kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırmışlar.

     Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin etmişdir.

     Nəsimi rayonunun inkişafına göstərilən daimi himayənin nəticəsidir ki, ilin əvvəlindən rayonun sosial-iqtisadi  həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olmuşdur. Bunu konkret fakt və rəqəmlər də aydın göstərir.
     Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.

    Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır. Novruz bayramı ərəfəsində istifadəyə verilən Loqistika mərkəzinin--Yaşıl marketin gələcəkdə tam gücü ilə işləməsi üçün  1000 nəfərdən çox adamın işə cəlb olunması nəzərdə tutulur.
    Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır.

     Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılması sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır. 30-dan çox təklif müzakirə edilmiş, müəyyən edilmiş ünvanlar üzrə 17 layihə razılaşdırılmış, 3 layihə üzrə ərazilər boşaldılaraq söküntü işlərinə başlanılmışdır.

    Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə həsr olunmuş  müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə nəzərdə tutulan işlərə dair müşavirə keçirilmiş, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Nəsimi RİH-in təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür. Hazırda müəssisədə 150-ə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir.

    Rayon İH Başçısının 1 Saylı İnzibati Dairəsi ərazisində ilin əvvəlindən abadlıq-quruculuq işləri davam etdirilmişdir. Hüseyn Seyidzadə küçəsi 1, 2a, 3 və 16b saylı binaların və Cavadxan küçəsi 62 saylı binaların fasadları rənglənmişdir. Rəşid Məmmədov küçəsi 15 və 17 saylı binalar təmir olunmuş və həyətində "Abad Həyət" layihəsi çərçivəsində işlər görülmüşdür. Burada sakinlərin istirahəti üçün söhbətgah və azyaşlıların əyləncəsi üçün  oyun elementləri quraşdırılmışdır. Həyətə şam və küknar ağacları əkilmişdir. Əraziyə asfalt örtüyü çəkilmiş, "Abad həyət" sakinlərin ixtiyarına verilmişdir.

    Cavadxan küçəsi 70 və 72 saylı binaların həyəti, Seyidzadə küçəsi  5 saylı binanın arxası, Əliisgəndər İsgəndərov küçəsi 1,3,7 saylı binaların həyətləri, III mikrorayonda  H.B.Əliyev küçəsi 4,36,42,46 saylı binaların ətrafı qanunsuz çəpərləmələrdən təmizlənmişdir. 156 saylı bağçanın həyəti də təmizlənmişdir. I mikrorayon ərazisində yerləşən köhnə parkın təmirinə başlanılmışdır.
IV mikrorayon M.Cəlal küçəsi  40 ünvanda yerləşən "Qərənfil" uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır. Uşaqların oynaması üçün ərazilər hazırlanır. Digər əraziyə qazon döşənir və gül kolları əkilir. Uşaq bağçasının fasadı və daxili otaqları əsaslı təmir olunur.

    2 Saylı İnzibati Dairəsi ərazisində də abadlıq- təmir işləri uğurla davam etdirilir. Nümayəndəlik 3 ay ərzində ərazidə müəssisə və təşkilatlar, xidmət sahələri sıx əlaqədə fəaliyyət göstərmiş, bir sıra abadlıq və yernidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.

    Səməd Vurğun küçəsi 941-ci məhəllədə, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, Sevil Qazıyeva adına parkda, Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda təmizlik işləri aparılmışdır. Mərdanov qardaşları küçəsi 96a saylı binanın zirzəmisi təmizlənmiş, köhnə kanalizasiya xəttləri yenisi ilə əvəz olunmuşdur. Həsən Əliyev küçəsi 17 ünvanında TQDK köhə binasının yerində yeni binanın tikintisi işləri davam etdirilir. M.Qaşqay küçəsi 16 ünvanında təmir işləri görülmüş, bina tam yararlı hala salınmışdır. M.Qaşqay və S.Zeynalov küçələrinin kəsişməsində, E.Tağızadə küçəsində asfalt örtüyü vurulmuşdur

    3 Saylı  İnzibati Dairənin ərazisində də abadlıq-quruculuq işləri eyni diqqət və qayğı iə davam etdirilir. Ş.Əzizbəyov küçəsi 154, 159, 170, 172, döngə 1; S.Əsgərova küçəsi 168, 180, 182; Vidadi küçəsi 175, 179, 181, 189; D.Əliyeva  küçəsi 243, 243a, 28; May küçəsi 14, 29, 56; S.Rəhimov küçəsi 197, 203; Ə.Quliyev küçəsi 133; Füzuli küçəsi 79; K.Səfərəliyeva küçəsi 26 və Azadlıq prospektində su xəttləri təmir edilmişdir. 28 May küçəsi 52, 54, 56, 58, 60, 62; Nizami küçəsi 100, 102, 103, 104, 105, 107, 117, 119, 131, 135, 137; Xaqani küçəsi 65, F.Əmirov küçəsi 10; Zorge küçəsi 13 saylı binalarda əsaslı təmir işləri aparır. K.Səfərəliyeva küçəsi 23, 25 saylı ünvanlarda bardürlər dəyişdirmişdir, hazırda asfalt örtüyü vurulur.

    Ümimiyyətlə, hər 3 Sahə İƏD ərazisində xidmət təşkilatları və digər podrat qurumları çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işləri aparmışdır.
Əhalinin su, elektrik enerjisi, qaz və istilik təchizatı daim nəzarətdə saxlanılmış, qəzalar dərhal aradan qaldırılmış, xidmətin səviyyəsi yüksəldilmişdir.
Ərazidəki təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahə müəssisələrinin ahəngdar fəaliyyəti təmin edilmiş, hər sahədə səmərəli iş qurulmasına kömək göstərilmişdir.

     Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi, əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmış və hazırda uğurla davam etməkdədir. Bugünədək rayonda 45 mindən artıq sakin pulsuz tibbi müayinədən keçmişdir.

    20 Yanvar  və Xocalı faciələrinin anım günləri, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, Aprel döyüşlərinin ildönümü rayonun bütün kollektivlərində qeyd edilmiş, çoxsaylı vətənpərvərlik tədbirləri təşkil olunmuşdur. Yeni il və Novruz bayramları münasibətilə silsilə və kütləvi şənliklər keçirilmişdir. Peşə bayramları, təqvimin əlamətdar günləri də təntənə ilə qarşılanmış, ayrı-ayrı sahələrdə fərqlənənlər mükafatlandırılmışlar. Müxtəlif   bayramlarla əlaqədar  rayondakı  aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı  4000 nəfərdən artıq olmuşdur.
Nəsimililər cəbhə xətindəki hərbi hissəyə hamiliyi davam etdirmişlər. Sağlam həyat tərzi, əhalinin asudə vaxtının səmərəli təşkili, gənclərin problemləri ilə bağlı bir sıra görüş və müzakirələr də keçirilmişdir. Nəsimi məktəbliləri “Ölkəmizi tanıyaq” tur aksiyasında fəal iştirak etmişlər.

     ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərləri ilə dostluq əlaqəsi davam etdirilmiş, hər iki ölkədə müxtəlif tədbirlər, görüşlər keçirilmişdir.

    “İslam həmrəyliyi” ili və İslam Oyunları ilə bağlı rayonda müxtəlif tədbirlər keçirilmiş, lazımi hazırlıq işləri davam etdirilir.
     Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
     Hesabat dövründə  rayonun hüquq-mühafizə orqanları tərəfinfən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
2017-ci ilin 1-ci rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İclasda  “Bakı Tikiş Evi ” ATSC-nin sədri Fidail Rəhimov, Nəsimi  rayon MKTB-nin rəisi Elman Yəhyayev, ƏSMN yanında SMF-nun Nəsimi   rayon şöbəsinin müdiri  Əsgər Əsgərov,  Nəsimi rayon  Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzov və iş adamı İsa Qaraşov   çıxış etmişlər.
Tədbirdə həmçinin Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva yubileyi münasibəti ilə təbrik edilmişdir.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. Milli Məcsilin üzvləri Məlahət İbrahim qızı, Ziyad Səmədzadə  və  Asim Mollazadə hesabat yığıncağının işində iştirak etmişlər.

Keçidlər