Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin konfransı keçirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri Aygün Məmmədova bildirdi ki, Azərbaycan xalqının Ümumilli lideri, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni tarixi şəraitə uyğun davam etdirilməsi nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, paytaxtımız və regionlarımız tamamilə simasını dəyişmidir. Natiq qeyd etmişdir ki, hesabat dövründə “Həmkarlar ittifaqlarının həyatında da əsaslı dəyişikliklər baş vermişdir. 10 Həmkarlar İttifaqını ətrafında birləşdirən rayon komitəsinin üzvlərin sayı 255 nəfər işçini əhatə etmişdir.
Hesabat dövründə ( yanvar 2015-aprel 2017) 28 nəfər üzvə məzuniyyət müddəti dövründə “Ülfət”, “Flaqman”, “Venesiya” və “Mayak” istirahət mərkəzlərinə, 25 nəfər üzvə isə “Bilgəh”, “Abşeron”, “Naftalan” və “Günəşli” müalicə sanatoriyalarına yollayışlar verilmişdir.
Hesabat dövrü ərzində nəzərdə tutulan üzvlük haqqlarının yığılması təmin edilmiş, Respublika Komitəsinin nizamnaməsinə uyğun olaraq ayırmalar vaxtında köçürülmüşdür.
Sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin təftiş komissiyasının sədri Qədir İsayev hesabat məruzəsi ilə çıxış edərək komissiyanın gördüyü işlər barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
Hesabat məruzələrinə dair çıxışlardan sonra yenidən Aygün Məmmədova Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri, Qədir İsayev isə təftiş komissiyasının sədri seçildi.
Konfransda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VI qurultayına nümayəndələr seçilmişdir.