Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Aprel döyüşləri dərsləri” davam edir

21 aprel 2017 | 16:00

Aprel döyüşləri - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan  xalqı qəhrəman xalqdır.


                                   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  


     2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər.  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Aprel göyüşləri dərsləri” yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, qəhrəmanlıq tariximizin daha dərindən öyrənilməsinə xidmət edir.
   46  saylı məktəbin tarix müəllimi Fatimat Əliyevanın   təqdimatında  Aprel döyüşləri dərsinə başlanıldı.  F.Əliyeva  hazırladığı slaytla Qarabağ müharibəsi  və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat verdi.
     Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili  Azər Quliyev  məktəblilər qarşısında çıxış edərək Qarabağ müharibəsi zamanı  mənfur ermənilərin Qarabağda  dinc əhalinin başına gətirdiyi işgəncələrdən danışmış,  iştirak etdiyi döyüşlər haqqında məktəblilərə məlumat vermişdir. Bildirdi ki, Aprel döyüşləri  zamanı Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.
    Qarabağ müharibəsi zamanı iştirak etdiyi döyüşlərdən, bu müharibə zamanı Azərbaycan oğullarının şücaətindən danışmış, əmin olduğunu bildirmişdir ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.

Keçidlər