Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı təbliğat tədbirləri davam edir.

02 may 2017 | 16:00

Nəsimi rayonunun  42 nömrəli tam orta məktəbində   “IV İslam həmrəyliyi oyunları”nın təbliğinə həsr olunan “ “Qüvvət elmdədir” adlı tədbirdə məktəbin direktoru Firəngiz Həmidova IV İslam  İslam Həmrəyliyi Oyunları ilə əlaqədar məktəbdə həyata keçirilən layihələrdən danışdı.

 Sonra məktəblilər Xəzərdən başlayan Su səyahətinin rəmzi olan səhəngi səhnəyə gətirdilər. Məktəblilər  müxtəlif  müsəlman  xalqlarının  milli  geyimlərində “Ana yurd” marşı ilə yallı ifa etdilər. 

Müxtəlif elm sahələrini –coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və tarixi əhatə edən elmi-bədii hissələrdə müxtəlif dövrlərin müsəlman alimlərinin dünya görüşləri məktəblilərin ifasinda təqdim olundu. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və  IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən  danışan  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu möhtəşəm tədbirin ölkəmizdə  keçirlməsi  həm islam ölkələrinin özünə həmdə bütün dünyaya  nümunə sayıldığını dedi.

Həmçinin vurğulandı ki,  İslam dünyasında böyük nüfuza malik olan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb.

Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri, o cümlədən müsəlman respublikaları tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Ümumiyyətlə rayonda IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunan tədbirlər davam edir.

Keçidlər