Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ABŞ-ın Kaliforniya ştatında Azərbaycan xalqının Ümumilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanır.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ABŞ-ın Kaliforniya ştatında Azərbaycan xalqının Ümumilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanır.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” söyləyən Ulu öndərin anadan olmasının 94 illiyi ilə əlaqədar bu günlərdə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə bu dahi insanın əziz xatirəsi böyük hörmət və ehtiramla anılır, yad edilir.
Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir.
Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir.
Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ABŞ-ın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlər keçiriləcəkdir.Bu məqsədlə bu ilin may ayının 5-dən Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti Kaliforniyada səfərdədir.
Proqrama Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlərin təşkil edilməsi, “Əli və Nino” filminin nümayiş etdirilməsi, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin keçirilməsi, Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüş tədbirləri daxildir.