Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kaliforniyanın San Dieqo şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə geniş konsert keçirilib
Qeyd edək ki, hazırda Kaliforniyada işçi səfərdə olan Nəsimi rayon nümayəndə heyəti tərəfindən Los Anceles və San Dieqo şəhərində bir sıra tədbirlər keçirib. Bu səpkidə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyətinin iştirakı ilə San Dieqo Şəhər Şurasında və digər önəmli rəsmi dairələrdə görüşlər keçirilib.
Keçirilən görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmasını qeyd edərək ,Bakı ilə San Dieqo arasında 6 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib. Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirib. Asif Əsgərov Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırıb.
San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyini vurğulayan Asif Əsgərov, bu istiqamətdə qarşıdakı illərdə müvafiq səylərin göstəriləcəyini, iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artacağını bildirib. Bu istiqamətdə qarşıdakı dövrdə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu vurğulayan Asif Əsgərov San Dieqodakı Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etməyə dəvət edib.
Nəsimi rayon nümayəndə heyəti tərəfindən keçirilən bütün rəsmi görüşlərin sonunda Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunub.