Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti tərəfindən ABŞ-nın Kaliforniya ştatının Los Anceles və San Dieqo şəhərlərinə işçi səfəri zamanı bir sıra görüşlər keçirilmişdir

09 may 2017 | 16:00

Qeyd edək ki, hazırda Kaliforniyada işçi səfərdə olan Nəsimi rayon nümayəndə heyəti tərəfindən Los Anceles və  San Dieqo şəhərində bir sıra tədbirlər keçirib. Bu səpkidə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyətinin iştirakı ilə  San Dieqo Şəhər Şurasında və digər önəmli rəsmi dairələrdə görüşlər keçirilib.
     Keçirilən görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmasını qeyd edərək , Bakı ilə San Dieqo arasında 6 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib. Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirib. Asif Əsgərov Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırıb.
    San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyini vurğulayan Asif  Əsgərov, bu istiqamətdə qarşıdakı illərdə müvafiq səylərin göstəriləcəyini, iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artacağını bildirib. Bu istiqamətdə qarşıdakı dövrdə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu vurğulayan Asif Əsgərov San Dieqodakı Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etməyə dəvət edib.
     Nəsimi rayon nümayəndə heyəti tərəfindən  keçirilən bütün rəsmi görüşlərin sonunda Azərbaycanla bağlı xatirə  hədiyyələri  təqdim olunub.

Keçidlər