Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri çərçivəsində Asif Məhərrəmov 31 saylı ünvanda işlər davam etdirilir.

20 fevral 2023 | 11:15

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 31 saylı binanın  həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilmişdir.

Asif  Məhərrəmov  31  saylı ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.

Qeyd edək ki, hal-hazırda həyətdə torpaq işləri görülür, bardur, tamet daşları və qazon örtüyü vurulur, istinad divarları hörülərək bərpa olunur. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, idman qurğuları,  oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri  quraşdırılır. Həyətə  asfalt örtüyünün vurulması, yeni işıqlandırma sisteminin və yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması istiqamətdə  işlər  davam edir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər