Alı Mustafayev 41 saylı binada abadlıq-quruculuq işləri başa çatdı.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu, Alı Mustafayev 41 saylı ünvanda abadlıq quruculuq işləri yekunlaşıb.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 1500 kv.m-ə yaxın asfalt örtüyü, 400 kv.m-dən artıq qazon, 300 kv.m tamet daşı vurulub, 150 p.m-dən artıq yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, hündürlüyü 8 metr olan 100 p.m-dən artıq istinad divarı bərpa olunaraq rənglənib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 100-ə yaxın müxtəlif növ həmişəyaşıl ağaclar, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 160 p.m. su xətti çəkilib. Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.