Alı Mustafayev 41 saylı binada quruculuq və yenidənqurma işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu, Alı Mustafayev 41 saylı ünvanda yerləşən ümumi yaşayış binanın həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar ərazidən çıxarılıb, dam örtüyünün təmiri, fasadının bərpası və rənglənməsi, binanın qarşısında kanalizasiya xətlərinin, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, blokların qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, eyni zamanda həyətdə aşma təhlükəsi olan istinad divarlarının beton konstruksiya ilə gücləndirilməsi işləri başa çatmışdır.
Eyni zamanda yeni işıqlandırma sistemləri quraşdırılıb, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, müxtəlif növ uşaq - oyun elementləri və oturacaqlar quraşdırılıb.
Hal -hazırda həyətə bardürlərın, tamet daşlarının və asfalt örtüyünün vurulması işlərinə başlanılıb.