Alı Mustafayev 41 saylı binada quruculuq və yenidənqurma işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Alı Mustafayev 41 saylı binanın həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar ərazidən çıxarılıb, binanın qarşısında mövcud istinad divarında dəmir beton konstruksiya ilə gücləndirmə dayaqları quraşdırılıb.
Hal-hazırda ümumi yaşayış binanın dam örtüyünün əsaslı təmir olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, fasadın bərpası və rənglənməsi, həyətə yeni bardürlərin, asfalt və tamet daşlarının vurulması, blokların qapı və pəncərələrinin yeniləniləri ilə əvəz olunması işləri davam etdirilir.
Eyni zamanda Alı Mustafayev 41 saylı binanın həyətində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah və oturacaqların quraşdırılması işləri nəzərdə tutulub.