Şriftin ölçüsü :

Saytın rəngi :

A.Məhərrəmov 45, 47 saylı binalarda abadlıq və quruculuq işləri yekunlaşmaq üzrədir.

14 aprel 2022 | 10:34

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 45, 47 saylı binaların  həyətində, binanın dam örtüyü və  fasadında bərpa və rəngləmə işləri aparılıb, yağış suları axıdan borular və navalçalar dəyişdirilib,  giriş qapıları və pəncərələr yenisi ilə  əvəz olunub, həyətə yeni bardürlər və tamet daşları vurulub, istinad divarları aqlay üzlüklərlə bərba olunub.

Eyni zamanda A.Məhərrəmov küçəsi 45, 47  saylı binaların həyətində  sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementləri və söhbətgah quraşdırılıb.

Hal hazırda işlər yekunlaşmaq üzrədir, həyətdə  yaşıllıq zolaqlarının salınması, asfalt örtüyünün vurulması işləri aparılır.

Keçidlər