Anım Günü ilə bağlı “Şəhidim, səni anıram. Çünki bu tarixi sən yazmısan!” adlı tədbir keçirilib
Anım Günü ilə əlaqadar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhidim, səni anıram. Çünki bu tarixi sən yazmısan!” adlı tədbir keçirilib.
Anım Günü Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra məktəblilərin ifasında “Döyüş səhnəciyi” kompozisiyası, “Şəhid məktubu” rəqsi, “Bayraq kölgəsində şəhid məzarı” şeiri və müxtəlif ədəbi-bədii nümayiş etdirilib.
Tədbirdə həmçinin şəhid Tarıverdiyev Nicatın nənəsi biologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Şükufə Məmmədova və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edib.
Sonda şəhidlərin xatirəsinə əkilmiş ağaclara və yaşıllıqlara qulluq göstərilib, xatirə şəkilləri çəkilib.