Şriftin ölçüsü :

Saytın rəngi :

Anım günündə Nəsimi rayon Şəhidləri ziyarət olundu.

27 sentyabr 2024 | 16:12

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də  başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.

44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.

Anım günündə Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  Nəsimi rayon təşkilatlarının nümayəndələri, Şəhid ailələri və müharibə iştirakçılarının ailələri, rayon ictimaiyyətinin nümayəndələri 2 saylı Fəxri və Şəhidlər Xiyabanında, Hökməli və Digah qəbristanlıqlarında dəfn olunmuş şəhidlərimizi ziyarət edərək dərin hörmət və ehtiramlarını bildirmiş, məzarları üzərinə əklil və gül dəstələri düzmüşlər.

 

Keçidlər