Anti – Terror əməliyyatlarında yaralanan Hərbçilərimiz ziyarət olundu.
Erməni hərbi birləşmələrinin Qarabağda mütəmadi olaraq törətdiyi terror hadisələrinə son qoymaq məqsədi ilə Sentyabr ayının 19 dan etibarən lokal xarakterli anti-terror əməliyyatlarına başlandı. Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu müasir Azərbaycan Respublikasının tarixində yeni bir səhifə açdı. Cəmi 23 saat 43 dəqiqə ərzində cənab Ali Baş komandanın qətiyyəti, müzəffər orudmuzun peşəkarlığı sayəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu.
RİH-nin Başçısı, Nəsimi rayon Polis İdarəsinin rəisi, YAP-nın Nəsimi rayon təşkilatının sədri, RİH başçısının müavinləri və şöbə müdirləri tərəfindən Anti – terror əməliyyatları çərçivəsində xəsarət alan DİN-nin əməktaşları və hərbçilərmiz müalicə aldıqları tibb müəssisələrində və evlərində ziyarət olunmuşlar. Yaralı hərbçilərmizə və onların ailələrinə RİH tərəfindən müvafiq yardımlar göstərilmişdir.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən hərbçilər və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.