Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov 22, 24, 28 saylı ünvanlarda asfaltlaşma işləri aparılıb.

26 may 2023 | 10:05

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla aparılır.

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda yararsız vəziyyətə düşmüş məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmir olunması ilə bağlı müvafiq tövsiyyələr verilmişdir.

Bunanla əlaqədar Nəsimi rayon Asif Məhərrəmov 22, 24, 28 saylı ünvanlarda yararsız vəziyyətə düşmüş yollara yeni asfalt örtüyü vurulmuş, eyni zamanda sanitar təmizlik işləri aparılmışdır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər