Asif Məhərrəmov 31 saylı ünvanda aparılan abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 31 saylı binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilmişdir.
Asif Məhərrəmov 31 saylı ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.
Qeyd edək ki, hal-hazırda həyətdə torpaq işləri görülür, bardur, tamet daşları və qazon örtüyü vurulur, istinad divarları hörülür. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılır. Həyətə qazon örtüyünün vurulması, yeni işıqlandırma sisteminin və yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub və bu istiqamətdə işlər davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.