Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov 33 saylı binada abadlıq-quruculuq işləri davam edir.

29 noyabr 2022 | 10:29

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 33 saylı binanın  həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb ərazidən çıxarılıb, torpaq işləri görülüb, istinad divarları bərpa olunub.

Asif  Məhərrəmov  33  saylı ümumi yaşayış binasında   yağış suları axıdan boru və navalçaların dəyişdirilib, binanın fasadı, dam örtüyü və giriş blokları əsaslı təmir olunub, eyni zamanda qapı və pəncərələr yeniləri ilə əvəz olunub, həyətə bardurlər düzülüb, işiqlandırma sistemi və su xətləri yenilənib.

Qeyd edək ki, hal-hazırda həyətdə tamet daşlarının vurulması işləri aparılır, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,  oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin  quraşdırılması işləri də nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər