Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov 33 saylı binada yenidənqurma və abadlıq işləri davam edir.

01 noyabr 2022 | 10:36

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif  Məhərrəmov 33 saylı binanın  həyətində istinad divarlarının bərpası,  çəpərə alınmış sahələrin açılması, kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağacların budanılıb ərazidən çıxarılması işləri nəzərdə tutulub.

Asif  Məhərrəmov  33  saylı ümumi yaşayış binasının  fasadının bərpası  işləri davam edir.  Eyni zamanda binanın giriş blokları təmir olunur, qapı və pəncərələrin yeniləri ilə əvəz olunur, yağış suları axıdan boru və navalçaların dəyişdirilir, dam örtüyünün əsaslı təmir olunur. Qeyd edək ki,  həyətə bardur və tamet daşlarının vurulması və işiqlandırma sisteminin   yenilənməsi işləri də nəzərdə tutulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,  oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin  quraşdırılması işləri də nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər