Asif Məhərrəmov 45, 47 saylı binalarda abadlıq və quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 45, 47 saylı binalarda dam örtükləri əsaslı təmir olunub, blokların qapı və pəncərələri yeniləniləri ilə əvəz olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Həyətlərdə ağacların aqrotexniki qaydada budanılması işləri aparılır, binalarının fasadlarında bərpa və rəngləmə işləri davam edir, yeni bardürlər və tamet daşları vurulur, istinad divarları hörülür.
Eyni zamanda ümumi yaşayış binalarında sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması, söhbətgahların, oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub.