Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov 45, 47 saylı binalarda son tamamlanma işləri aparılır.

18 aprel 2022 | 11:05

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 45, 47 saylı binalarda dam örtükləri əsaslı təmir olunub  həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan ağacların aqrotexniki qaydada çıxarılması və  budanması, binanın fasadında bərpa və rəngləmə işlərinin aparılması başa çatıb. Yağış suları axıdan borular və navalçalar dəyişdirilib, binan  giriş qapıları və pəncərələri yenisi ilə  əvəz olunub, həyətə yeni bardürlər və tamet daşları vurulub, işıqlandırma sistemi yenilənib, istinad divarları aqlay üzlüklərlə bərpa olunub.

Eyni zamanda binaların həyətində  sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün idman fitnes alətləri, müxtəlif növ uşaq oyun elementləri, söhbətgahlar və oturacaqlar quraşdırılıb.

A.Məhərrəmov küçəsi 45, 47  saylı binaların həyətində əlil arabaların hərəkəti üçün və avtomobillərin parklanması üçün yerlər  ayrılıb, həyətdə torpaq işləri görülüb , yeni ağaclar əkilib, yaşıllıq zolaqları salınıb, eyni zamanda yaşıllıqların suvarılması üçün yeni su xətləri və drenaj sistemi çəkilib.

Hal-hazırda   asfalt örtüyünün vurulması işləri davam edir.

Keçidlər