Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov 64, 20 yanvar 4/66 saylı binalarda abadlıq-quruculuq işləri davam etməkdədir.

08 sentyabr 2022 | 10:33

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 64 və 20 yanvar küçəsi  4/66  saylı binaların həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb.

Hər iki binanın dam örtüyündə və fasadında əsaslı təmir-bərpa işləri aparılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binaların qapı və pəncərələri yeniləri  ilə əvəz olunub. Zirzəmilərdə yerləşən ümumi kanalizasiya sistemləri əsaslı təmir olunub. Binaların giriş pilləkənləri, istinad divarları aqlayla üzlənilib, həyətlərdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, oturacaqlar və mini-futbol meydançası quraşdırılıb.

Eyni zamanda  həyətlərdə torpaq işləri görülüb, yaşıllıqların suvarılması üçün yeni su xətləri,  yeni işiqlandırma sisteminin çəkilib, yeni bardürlərın və tamet daşlarının vurulması işləri başa çatıb.

Qeyd edək ki, həyətdə əlil arabalarının rahat hərəkəti üçün panduslar inşa olunub və avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş xüsusi yerlər ayrılıb.

Hal-hazırda həyətlərdə yaşıllıqların salınması və həmişəyaşıl dekotativ ağaçların əkilməsi işləri başa çatıb. Qeyd edək ki, həyətlərdə müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının, şahmat meydayçasının quraşdırılması  işləri başa çatıb. Kiçik tullantılar üçün zibil qabları qoyulub, eyni zamanda həyətlərə asfalt örtüyünün vurulması işləri görülür.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər