Asif Məhərrəmov 64, 20 yanvar 4/66 saylı binalarda abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 64 və 20 yanvar küçəsi 4/66 saylı binaların həyətində çəpərə alınmış sahələr açılmış, kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb.
Hər iki binanın dam örtüyündə və fasadında əsaslı təmir-bərpa işləri başa çatıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binaların qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Zirzəmilərdə yerləşən ümumi kanalizasiya sistemləri əsaslı təmir olunub. Binaların giriş pilləkənləri, istinad divarları aqlayla üzlənilib, həyətlərdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, oturacaqlar və mini-futbol meydançası quraşdırılıb.
Eyni zamanda həyətlərdə torpaq işləri görülüb, yaşıllıqların suvarılması üçün yeni su xətləri, yeni işiqlandırma sisteminin çəkilib, yeni bardürlərın və tamet daşlarının vurulması işləri başa çatıb.
Qeyd edək ki, həyətdə əlil arabalarının rahat hərəkəti üçün panduslar inşa olunub və avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş xüsusi yerlər ayrılıb.
Həyətlərdə yaşıllıqların salınması və həmişəyaşıl dekorativ ağacların əkilməsi işləri başa çatıb. Qeyd edək ki, həyətlərdə müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının, şahmat meydayçasının quraşdırılması işləri başa çatıb. Kiçik tullantılar üçün zibil qabları qoyulub, eyni zamanda həyətlərə asfalt örtüyünün vurulması işləri başa çatıb.
Asif Məhərrəmov 64 və 20 yanvar küçəsi 4/66 saylı ünvanda son tamamlanma işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.