Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov 64 və 20 yanvar 4/66 saylı binalarda abadlıq- qurculuq işləri aparılır.

02 avqust 2022 | 10:09

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif  Məhərrəmov 64 və 20 yanvar küçəsi  4/66  saylı binaların  həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar budanılıb, ərazidən çıxarılıb.

Hər iki binanın dam örtüyü, giriş pilləkənləri təmir olunub,  yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın zirzəmisində yerləşən ümumi  kanalizasiya sistemində əsaslı təmir işləri aparılıb.

Binaların fasadında bərpa işləri davam etdirilir. qapı və pəncərələr yeniləri  ilə əvəz olunur,  həyətdə istinad divarları bərpa olunaraq aqlayla üzlənilir,  torpaq işləri,  yeni bardürlərın və  tamet daşların  vurulması işləri aparılır.

Eyni zamanda yeni işiqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,   oturacaqlar, müxtəlif növ uşaq - oyun elementləri,  idman qurğularının quraşdırılması, yaşıllıqların salınması  və mini-futbol meydançasının   quraşdırılması işləri də davam edir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər