Asif Məhərrəmov 64 və 20 yanvar 4/66 saylı binalarda abadlıq- qurculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 64 və 20 yanvar küçəsi 4/66 saylı binaların həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar budanılıb, ərazidən çıxarılıb.
Binalarda yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın zirzəmisində yerləşən ümumi kanalizasiya sistemində əsaslı təmir işləri aparılıb. Binaların qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Qeyd edək ki, həyətdə əlil arabalarının rahat hərəkətinin təmin olunması üçün panduslar inşa olunub.
Hər iki binanın dam örtüyündə və fasadında bərpa işləri davam etdirilir, giriş pilləkənləri, istinad divarları aqlayla üzlənilir, həyətdə torpaq işləri, yeni bardürlərın və tamet daşlarının vurulması işləri aparılır.
Eyni zamanda yeni işiqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq - oyun elementləri, idman qurğularının quraşdırılması, yaşıllıqların salınması və mini-futbol meydançasının quraşdırılması işləri də davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.