Asif Məhərrəmov 64 və 20 yanvar 4/66 saylı binalarda qurculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 64 və 20 yanvar küçəsi 4/66 saylı binaların həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar budanılıb, ərazidən çıxarılıb.
Hər iki binanın dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib , binanın zirzəmisində yerləşən ümumi kanalizasiya sistemində təmir işləri aparılıb.
Binaların fasadında bərpa işləri davam etdirilir. Blokların giriş pilləkənləri təmir olunur, qapı və pəncərələr yeniləri ilə əvəz olunur, həyətdə istinad divarları aqlayla üzlənir, torpaq işləri, yeni bardürlərın və tamet daşların vurulması işləri aparılır.
Eyni zamanda yeni işiqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq - oyun elementləri, idman qurğularının quraşdırılması, yaşıllıqların salınması və mini-futbol meydançasının yaradılması işləri də davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.