Asif Məhərrəmov 64 və 20 yanvar 4/66 saylı binalarda qurculuq işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 64 və 20 yanvar küçəsi 4/66 saylı binaların həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb.
Hər iki binanın dam örtüyündə və fasadında bərpa işləri aparılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binaların qapı və pəncərələri yeniləri ilə əvəz olunub, zirzəmilərdə yerləşən ümumi kanalizasiya sistemləri əsaslı təmir olunub. Binaların giriş pilləkənləri, istinad divarları aqlayla üzlənilib, həyətlərdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar quraşdırılıb, torpaq işləri görülüb, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilib.
Qeyd edək ki, həyətdə əlil arabalarının rahat hərəkəti üçün panduslar inşa olunub.
Hal-hazırda yaşıllıqların salınması, yeni bardürlərın və tamet daşlarının vurulması işləri aparılır. Eyni zamanda yeni işiqlandırma sisteminin çəkilməsi, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının, mini-futbol meydançasının quraşdırılması işləri davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.