Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov 64 və 20 yanvar küçəsi 4/66 saylı binalarda abadlıq və yenidənqurma işləri davam edir

05 iyul 2022 | 10:01

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Asif  Məhərrəmov 64 və 20 yanvar küçəsi  4/66  saylı binaların  həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agaclar budanılıb, ərazidən çıxarılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib.  Binanın həyətində olan istinad divarlarının beton konstruksiya ilə gücləndirməsi işi aparılır.

Ümumi yaşayış binaların fasadının bərpası, rənglənməsi işləri aparılır. Blokların qapı və pəncərələrinin yeniləri  ilə əvəz olunması,   hər iki binanın dam örtüyünün əsaslı təmiri, həyətdə torpaq işləri,  yeni bardürlərın, asfalt və tamet daşlarının vurulması işləri aparılır.

Eyni zamanda yeni işiqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,   oturacaqlar və müxtəlif növ uşaq - oyun elementləri,  idman qurğularının quraşdırılması və mini-futbol meydançasının   yaradılması işləri də davam edir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər