Asif Məhərrəmov küçəsi 64 və 4/66 saylı ünvanda yerləşən binalara baxış keçirilmişdir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində A.Məhərrəmov küç. 64 və 4/66 saylı binaların həyətində quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Rayon İcra Hakimiyyəti Başçısı və Aparatının məsul əməkdaşları Nəsimi rayonu A.Məhərrəmov küç. 64 və 4/66 saylı ünvanlarda aparılacaq abadlıq və qurculuq işləri ilə də tanış oldular.
Hazırlanmış layihəyə uyğun olaraq binanın fasadının və dam örtüyünün əsaslı təmiri, binanın yağış sularını axıdan boru və navalçaların dəyişdirilməsi, blokların qapı və pəncərələrinin yenisi ilə əvəz olunması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni yaşıllıq zolaqlarının salınması, söhbətgahlar, idman meydançası, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması işləri nəzərdə tutulub.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.