Azadlıq prospekti 80 saylı ünvanda abadlıq və yenidənqurma işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Azadlıq prospekti 80 saylı 3 girişli 6 mərtəbəli ümumi yaşayış binanın fasadı əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz edilib. Binanın giriş blokları, qəfəsləri təmir edilərək, pilləkənləri aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub. Qeyd edək ki, binanın dam örtüyünün də əsaslı təmiri nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.