Azadlıq prospekti boyunca piyada səkilərdə təmir və bərpa işləri aparılıb.
29 oktyabr 2022 | 10:16
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yarasız vəziyyətə düşmüş yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülən işlər çərçivəsində Azadlıq prospekti boyunca piyadalar üçün nəzərdə tutulmuş, yarasız vəziyyətdə olan səkilərdə əsaslı təmir və bərpa işləri aparılıb, eyni zamanda yeni bardürlər düzülərək tamet daşları vurulub.