Azadlıq prospektində növbəti asfaltlaşma işləri başa çatıb.
24 may 2022 | 11:34
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun Azadlıq prospekti Sahib Zeynalov küçəsinin kəsişməsindən Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər yolun əsaslı təmir-bərpa işləri başa çatıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər prospekt və küçələrində asfaltlaşma və abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.