Azadlıq prospektində piyada səkilərində əsaslı təmir işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.
Nəsimi rayonu Azadlıq prospekti boyunca piyada səkilərində əsaslı təmir işləri aparılıb.
Görülmüş işlər çərçivəsində qeyd olunan ünvanda dairə ətrafinda piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması, eyni zamanda piyadaların hərəkətinə maneə yaradan elementlərin ləğv edilməsi istiqamətində işlər aparılmışdır.
Aparılan təmir işləri zamanı yeni piyada səkilərinə yeni tamet daşları vurulmuş, bardürlərin düzülmüşdür. Qeyd edək ki, piyadaların rahat hərəkətinin təmin edilməsi üçün müəyyən hissələrdə səkilərin genişləndirilməsi işləri də aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.