Azadlıq prostekti boyu yolun və binaların fasadının əsaslı təmiri işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Rayonun Azadlıq prospekti boyu yaşayış binalarının fasadlarında təmir-bərpa işləri aparılır. Binaların eyvanları təmir edilir, yararsız vəziyyətdə olan elementlər bərpa olunur, fasadlar yeni görkəmə gətirilir.
Eyni zamanda prospekt boyu yolda yeraltı kommunikasiya xətləri dəyişdirilir, yeni asfat örtüyünün vurulmasına hazırlıq işləri aparılır və piyada səkilərində təmir-bərpa işləri nəzərdə tutulubdur.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.